Icma.az
close
up
RU
Ziyanı büdcə qarşılayırdı, indi vətəndaş ödəyəcək Qiymət artımı ilə bağlı AÇIQLAMA

Ziyanı büdcə qarşılayırdı, indi vətəndaş ödəyəcək Qiymət artımı ilə bağlı AÇIQLAMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, “Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif (qiymət) Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi qaldırılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, istilik tariflərinin dəyişməsi keyfiyyətə və xidmətin mahiyyətinə xüsusi təsir göstərməyəcək:

"Tariflər əvvəlcədən aşağı olsa da, struktur dövlət büdcəsi hesabına maliyyələşdirilirdi. "Azəristiliktəchizat" təşkilatının fəaliyyəti hökumətin qərarları və maliyyə imkanları çərçivəsində dəstəklənirdi. Bu qurum əvvəldən zərərlə işlədiyini bəyan edir və zərərləri dövlət büdcəsi hesabına ödənilirdi. Hazırda qiymət artımı xidmətin keyfiyyətini artırmayacaq və ya xidmət sahəsini genişləndirməyəcək. Sadəcə xidmətin dəyəri əvvəl də yüksək idi, fərq ondadır ki, ziyanı büdcə qarşılayırdı. İlin əvvəlində qaz və işıq tarifləri də artırılmışdı. İstilik təchizatı isə məhz qaz və elektrik enerjisi ilə mümkün olur. Minimal əmək haqqı da artırılmışdı. Bu da "Azəristiliktəchizat" əməkdaşlarının sosial və əmək şəraitinin yaxşılaşdırılmasına yönəlib".

Ekspertin sözlərinə görə, xərclərin artması və büdcə asılılığının azaldılması fonunda tarifin qaldırılması qərarı verilib.

"Məqsəd dövlətin bu sahəyə ayırdığı dotasiyanı azaltmaqdır. Ucqar ərazilərə istilik xidmətinin göstərilməsi isə səmərəli deyil. Mərkəzləşdirilmiş istilik əsasən çoxmərtəbəli binalarda tətbiq olunur. Fərdi evlərdə və ucqar bölgələrdə bu sistemin qurulması baha başa gəlir və effektiv sayılmır. Buna görə də xidmət daha çox iri şəhərlərdə və yaşayış komplekslərində tətbiq olunur. Tarif artımı köklü dəyişiklik yaratmayacaq. Sadəcə olaraq, dövlət büdcəsinin yükü vətəndaşın üzərinə keçiriləcək. Əvvəllər istehlakçılar hər kvadratmetr üçün 30 qəpik ödəyirdilərsə, indi bu rəqəm 45 qəpik olacaq. Amma bu, bütün vətəndaşlara şamil olunmur. Fərdi kombisi və ya kompleksin daxili istilik sistemi olan sakinlər bu artımdan təsirlənməyəcək. Söhbət yalnız "Azəristiliktəchizat"ın müştərilərindən, yəni əsasən köhnə binalarda yaşayanlardan gedir. Yeni binalarda isə ya sakinlər fərdi istilik sistemləri quraşdırır, ya da kompleksin öz istilik təchizatı olur və kommunal haqlar aylıq ödənilir.

Hazırda "Azəristiliktəchizat"ın müştəriləri 50% daha çox ödəyəcəklər. Bu, sadə hesablamadır. Əgər 70 kvadratmetrlik evdə əvvəl aylıq 21 manat ödənilirdisə, indi bu məbləğ 31 manat 50 qəpik olacaq. Yəni vətəndaş daha çox vəsait ödəyəcək. Qərar bütün istehsalçılara deyil, yalnız "Azəristiliktəchizat"ın müştərilərinə aiddir. Təşkilatın maliyyə vəziyyəti bu yolla yaxşılaşacaq və dövlət büdcəsindən asılılığı azalacaq. Qurum əvvəllər də zərərlə işləyirdi və istiliyi güzəştlə təqdim edirdi. İndi isə bu siyasətdən imtina olunur. Tariflər ötən il də artırılmışdı, bu il də artırılır. Məqsəd tarifləri bazar reallığına və xidmətin real dəyərinə uyğunlaşdırmaqdır",- deyə X.Kərimli yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri