Icma.az
close
up
RU
Azərbaycan 41ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi”dir Fotolar

Azərbaycan 41ci İstanbul Beynəlxalq Kitab Sərgisinin “fəxri qonaq ölkəsi”dir Fotolar

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 2-də 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib.

Bu barədə “Qafqazinfo”ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Uşaqlıq şənlikdir” şüarı altında TÜYAP kompleksində təşkil olunan sərgi bu il ölkəmiz üçün xüsusilə əlamətdardır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ilk dəfə sərgidə “fəxri qonaq ölkə” qismində iştirak edir.

Sərginin açılışında İstanbul valisi Davud Gül, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, TÜRKSOY-un baş katibi Sultan Raev, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Bəyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini Xalq yazçısı Çingiz Abdullayev, Xalq yazıçısı Elçin, eləcə də ölkəmizdən və Türkiyədən tanınmış və gənc yazarlar iştirak ediblər.

Bildirilib ki, 9 gün davam edəcək sərgidə Türkiyədən və xaricdən 2000-dən çox yazıçı və şair iştirak edir. Sərgi çərçivəsində 200-dən çox imza mərasimi daxil olmaqla, 450-dək müxtəlif səpkili tədbir təşkil olunacaq.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirilib ki, Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan və Türkiyə eyni etnik-mədəni köklərə malik olmaqla zəngin ortaq dəyərləri paylaşmaqdadır.

Qeyd olunub ki, türk ədəbiyyatının böyük simaları Rəşad Nuri Güntəkin, Yaşar Kamal, Nazim Hikmət, Əziz Nesin kimi yazarların əsərləri Azərbaycanda böyük rəğbətlə qarşılanıb, dəfələrlə nəşr edilib:

“Bu gün də ölkəmizdə türk ədəbiyyatının tanınmış simalarının əsərlərinin tərcüməsi və təbliği işi davam etdirilir. Eyni zamanda məşhur Azərbaycan yazarları Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Almas İldırım, Əhməd Ağaoğlu,  Bəxtiyar Vahabzadə və başqalarının əsərlərinin Türkiyə oxucuları tərəfindən sevilməsi bizləri fərəhləndirir. Əhməd Cavadın qələmə aldığı, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bəstələdiyi və Qafqaz İslam Ordusunun marşı kimi səslənən “Çırpınırdın, Qara dəniz” şeiri xalqlarımızın dilinin əzbəridir”.

Nazir müavini bildirib ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri tarixinin qızıl dövrünü yaşayır. Bunun da əsasında, ilk növbədə, dövlət başçılarımız - Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti şəxsi dostluğu dayanır.

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Ekrem İmamoğlu, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Nəşriyyatlar Baş İdarəsinin rəhbəri Taner Beyoğlu, Türkiyə Yayınçılar Birliyinin sədri Kenan Kocatürk, İstanbul valisi Davud Gül, sərginin “fəxri yazarı” Yalvaç Ural və başqaları çıxış edib, sərginin əhəmiyyətini vurğulayıb. Çıxışlarda Türkiyədə kitab sənayesinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrdən söz açılıb.

Sonra İstanbul valisi Davud Gül mədəniyyət nazirinin müavini Fərid Cəfərova valiliyin hədiyyə plaketini təqdim edib.

Daha sonra sərginin bədii hissəsi başlayıb.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində milli stendimizdə 20-dən çox müxtəlif səpkili tədbirin təşkili nəzərdə tutulub.






















Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri