Icma.az
close
up
RU
1 ay sonra yenə oldu, əhalidə narahatlıq başladı VİDEO

1 ay sonra yenə oldu, əhalidə narahatlıq başladı VİDEO

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Oktyabrın 29-da Xəzər rayonunun Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusunun yanması vətəndaşlar arasında narahatlığa səbəb olub. Belə ki,  “Çinar Trans” MMC-yə məxsus nəqliyyat vasitəsi alov içində qalaraq tamamilə yararsız hala düşüb. Sentyabrın 29-da Sumqayıtda da oxşar hadisə yaşanmış, 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın olmuşdu.

Ardıcıl avtobus yanğınlarının səbəbi nədir? Sərnişinlər ictimai nəqliyyat vasitələrinə necə güvənməlidir?

Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, ümumilikdə nəqliyyat vasitələrində baş verən yanğınların əsas səbəbi elektrik sistemində yaranan nasazlıqlardır:

“Belə hallar əsasən elektrik xətlərinə edilən müdaxilələr nəticəsində ortaya çıxır. Məsələn, əlavə avadanlıqların quraşdırılması, naqillərdə qısaqapanma, yaxud elektrik sistemində yaranan alışma və qızma prosesi yanğına səbəb ola bilər. Bu adətən, mühərrik bölməsindən, yanacaq çənindən və ya digər hissələrdən başlayır. Xüsusilə, çənə yaxın hissələrdən elektrik xətlərinin keçməsi və birləşmə nöqtələrindəki nasazlıqlar risk yaradır. Avtobus və digər iri nəqliyyat vasitələrində də yanğınlar, əsasən, bu cür elektrik problemlərindən qaynaqlanır. Digər mühüm səbəb isə nəqliyyat vasitəsinin düzgün texniki istismar olunmamasıdır. Bu, təkcə mexaniki yoxlamaları deyil, elektrik sisteminin də mütəmadi nəzarətini əhatə etməlidir”.

Aslan Əsədov

Ekspert bildirib ki, nəqliyyat vasitəsinin təhlükəsizliyinə, eləcə də gündəlik texniki yoxlanışına cavabdeh şəxslər vəzifələrini vaxtında və dəqiqliklə yerinə yetirməlidirlər:

“Çünki yanğın prosesi birdən-birə baş vermir, əvvəlcə qığılcım və ya kiçik qızma müşahidə olunur, sonra isə bu, alışmaya çevrilir. Avtobus qəfildən alışa bilməz. Belə halların qarşısını almaq, sərnişinlərin inamını qazanmaq üçün diqqətli olmaq, texniki göstəriciləri izləmək və təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmək vacibdir. Əks halda, bu cür problemlər təkrarlanaraq insanlar üçün də risk yaradacaq”.

Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.

Globalinfo.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut avtobusunda qeydə alınıb.

Hələlik hadisənin baş vermə səbəbi və xəsarət alanlar barədə məlumat yoxdur.

FHN-dən bildirilib ki, hadisə vaxtı BMC markalı avtobusun yanar hissələri yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Posted by Globalinfo.az on Tuesday, October 28, 2025

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri