Icma.az
close
up
RU
1 milyonu belə bölüblər Aralarında sədr, baş həkim, direktor, baş mühasib də var

1 milyonu belə bölüblər Aralarında sədr, baş həkim, direktor, baş mühasib də var

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri-axtarışda olan musiqiçi həbs edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilir.

Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb. Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaq olub.

Cinayətdə adı hallanan Yasin bu prosesə qoşulana kimi incəsənətlə məşğul olub, ona sözügedən iş üzrə nisbətən kiçik fiqur da demək olar. Elə toy danışığı zamanı müştərilərdən biri ona belə bir işə qoşulmağı təklif edib. Musiqiçi ilə razılaşma belə olub ki, adına şirkətlər yaradılacaq, o, əziyyət çəkmədən hər mədaxil nəticəsində pul qazanacaq. Yasini bu işə cəlb edən daha böyük "baş"lar var. Onlar da istintaqa cəlb edilib, həbsdədirlər.

Hazırkı təqsirləndirilən şəxsi ona görə nisbətən kiçik fiqur adlandırırıq ki, onun qazancı hər köçürülən məbləğdən cəmi 200-300 manat olub. Məsələn, dövlət qurumlarının birindən 20 min manat pul köçürülübsə, oradan Yasinə 200-300 manat çatıb. O, istintaq müddətində özünü qismən təqsirli bilib.

Y.Əhmədov barəsində bu ilin iyulunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində 179.4-cü (mənimsəmə-xüsuilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt Yasin istintaqdan gizlənib, bu səbəbdən axtarışa verilib. O, bir neçə gün əvvəl tutulub, barəsində 2025-ci ilin yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib.

İstintaq cinayət məqsədilə istifadə edilən şirkətlərin hansı vəzifəli şəxslərlə iş gördüyünü üzə çıxarıb.

Süni şəkildə tenderlərdə qalib gələn şirkətlərə pul köçürüb mənimsəmə edən həmin şəxslərin adları istintaq materiallarında yer alıb:

- "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədrinin köməkçisi Abdullayev Samir Ramiz oğlu;

- "Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası"nın baş həkimi Xudiyev Azər Mənaf oğlu;

- "Bakı şəhər Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobaza"sının direktoru Məmmədov Yaqub Şəmsi oğlu;

- "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru Vəliyev Elman İsrafil oğlu;

- "Xızı rayon Şorabad bələdiyyəsi"nin sədri İsmayılov Fazil Şükür oğlu;

- "Dəmiryolservis" MMC-nin sabiq direktoru Lütfəlibəyov Əli Əşrəf Orxan oğlu;

- "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin sabiq baş mühəndisi Sadıqov İsmayıl Lətif oğlu;

- "Bakı Xareoqrafiya Akademiyası"nın sabiq baş mühasibi Əzimov Sahib Şakir oğlu.

Adları keçən şəxslər xidmət göstərilməsi üçün 299 şirkətə dəyərindən artıq dövlət vəsaiti köçürüblər. Ümumilikdə qurumlardan 5 milyondan artıq pul köçürülüb, onun 1 milyondan bir qədər çox hissəsi sahibkarlarla köçürmə edən vəzifəlilər arasında bölüşdürülüb.

Məsələn, qurumlardan biri iki il ərzində mal-materiallar alınması üçün şirkətlərə dəyərindən 160 min manat artıq pul köçürüb.

Korrupsiya cinayətlərində əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Bu əsasla adları çəkilən vəzifəlilərin hamısına vurduqları ziyan tam ödətdirilib. Həmçinin cinayət məsuliyyətindən azad olunmaları üçün vurduqları ziyanın 25-50 faizi miqdarında dövlət büdcəsinə ödəniş də edilib. Bu səbəbdən qanunun müddəasına əsasən, onlar barəsindəki xüsusilə külli miqdarda mənimsəmə cinayətinə bəraətverici əsaslar olmadan xitam verilib.

Musiqiçi şirkət rəhbərinə gəlincə, o, əməlinə görə hələ mühakimə ediləcək.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see223

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see198

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see154

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see149

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see145

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see135

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see133

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see131

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see129

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see128

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see127

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see126

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see126

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see125

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see124

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see123

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see122

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see121

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see117

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri