Dəri gödəkçəyə tələbat son həftədə 450 faiz yüksəlib Səbəb
Icma.az bildirir, Bizim media portalına istinadən.
Cen-sen Huang ətrafındakı qalmaqal dəri gödəkçələrə tələbatı gözlənilmədən artırıb. Axtarışların sayı son həftədə 450 faiz yüksəlib.
Nvidia şirkətinin qurucusu Cen-sen Huang noyabr ayında mediada onun guya “çinli casus”la romantik münasibətlərinin olması barədə məlumatların dərcindən sonra vəzifəsindən azad edilib. Qara dəri gödəkçə uzun illərdir Huangın fərqləndirici geyimi, həmçinin texnologiya ictimaiyyətində memlərin və zarafatların mövzusu olub.
Bizim.Media “Bloomberg”ə istinadən xəbər verir ki, son xəbərlər fonunda istifadəçilər onun ictimai imicinin simvoluna çevrilmiş bu geyimlə bağlı məlumatları və məhsulları kütləvi şəkildə axtarmağa başlayıblar.
Mütəxəssislər hesab edirlər ki, Nvidia şirkətini hazırda başqa rəhbərin idarə etməsini təsəvvür etmək çətindir.
Bununla yanaşı, gələn həftə şirkətin gəlirlərində kəskin artımın elan ediləcəyi gözlənilsə də, Nvidia-nın səhmlərinin qiyməti ucuzlaşmaqda davam edir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















