Britaniyada 1700 il əvvəl dəfn edilmiş körpə qalıqları tapıldı
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Bukingemşir qraflığının Uendover ərazisində arxeoloqlar təxminən 1700 il əvvəl dəfn edilmiş körpənin qalıqlarını aşkar ediblər.
Bizim.Media “The Daily Galaxy” nəşrinə istinadən xəbər verir ki, təxminən doqquz aylıq körpənin qalıqları torpağa başıaşağı basdırılmış keramika qabın içərisində olub. Qabın ağzına isə yetkin toyuq və kiçik nəğməkar quş qoyulub.
Radiokarbon analizinə əsasən, dəfn III əsrin əvvəlləri ilə IV əsrin əvvəlləri arasındakı dövrə aiddir.
Cotswold Archaeology mütəxəssisləri hesab edirlər ki, bu, Britaniyada körpənin bu üsulla dəfn edilməsinin ilk qeydə alınmış nümunəsidir.
Arxeoloqlar ümumilikdə ərazidə Roma dövrünə aid doqquz dəfn yeri aşkarlayıblar. Onlardan beşi uşaqlara, dördü isə kremasiyadan sonra qalıqları keramika qablara yerləşdirilmiş böyüklərə aiddir.
Tədqiqatçılar körpələrin keramika qablarda dəfn edilməsinin Aralıq dənizi bölgəsində daha geniş yayıldığını bildirirlər. Onlar ailənin həmin bölgədən gəlmiş ola biləcəyini ehtimal etsələr də, bunu təsdiqləyən birbaşa sübut yoxdur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 22 Noyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















