Icma.az
close
up
RU
10 il sonra eyni SSENARİ AZAL təyyarəsi ilə Malaziya “Boeing”i arasında ANALOGİYA

10 il sonra eyni SSENARİ AZAL təyyarəsi ilə Malaziya “Boeing”i arasında ANALOGİYA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

“Rusiya üçün öz səhvlərini və törətdiyi cinayətləri boynuna almamaq normal siyasətdir. Oxşar vəziyyət 2014-cü ildə Donetsk reysi ilə uçan Boeing "MH17" təyyarəsinin vurulması zamanı da yaşanıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı politoloq, hərbi ekspert Aleksandr Kovalenko deyib.
 

MÖVZU İLƏ BAĞLI:
Qazaxıstan Aktauda AZAL təyyarəsinin qəzası ilə bağlı ilk istintaq hesabatını AÇIQLADI - FOTO


Rusiya tərəfindən Azərbaycan sərnişin təyyarəsinin dekabrın 25-də vurulmasını şərh edən analitik, Moskvanın məsuliyyətdən yayındığını bildirib.
Kovalenko həmçinin Rusiya mediasının və rəsmi şəxslərinin guya təyyarənin Ukrayna tərəfindən vurulması şərhlərini verməsini, Moskvanın riyakər davranışı kimi qiymətləndirib.
“Rusiya Donetsk reysi ilə uçan Boeing  "MH17" təyyarəsinin vurulması zamanı da bütün günahı Ukraynanın üstünə atmağa çalışırdı. İndi də Rusiya Ukraynanı günahlandırır. Azərbaycanın “Embraer 190” təyyarəsinin Rusiyanın zenit raketləri ilə vurulması faktının olmasına baxmayaraq, Rəsmi Moskva məsuliyyətdən yayınmağın yollarını axtarır. Çünki üzr istəmək məcburiyyətində qalmaq istəmir.
Ümumiyyətlə, Rusiya heç vaxt üzr istəmir. Hətta ən qanlı və açıq-aşkar etdiyi cinayətlərə görə də. Düşünürəm ki, Azərbaycan yaxın gələcəkdə Rəsmi Moskvadan üzürxahlıq eşitməyəcək.
Rusiya bacardıqca törətdiyi cinayətə görə məsuliyyətdən yayınmağa çalışacaq”, - deyə A.Kovalenko bildirib.
Xatırladaq ki, 2014-cü ilin iyulunda Amsterdamdan Kuala-Lumpura uçan, "Malaysia Airlines" aviaşirkətinə məxsus "Boinq-777" təyyarəsi Ukraynanın cənub-şərq hissəsində vurulmuş, təyyarənin göyərtəsində olan 298 nəfər həlak olmuşdu. Təyyarənin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, məhz Rusiyaya aid silahla vurulması təsdiqlənsə də, Moskva bu günə qədər də məsuliyyəti öz üzərinə götürmür, əsassız yerə Ukraynanı günahlandırır.
Tehran Orucoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Fevral 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri