Icma.az
close
up
RU
100 dən çox şəhid ailəsi, qazilər, tanınmış sənətçilər jurnalistlə bağlı ölkə rəhbərliynə müraciət ediblər

100 dən çox şəhid ailəsi, qazilər, tanınmış sənətçilər jurnalistlə bağlı ölkə rəhbərliynə müraciət ediblər

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bugünlərdə bir qrup Şəhid ailəsi, Qazi, müharibə veteranı və tanınmış sənət adamları jurnalist, Etikxeber.az saytının rəhbəri Kamil Həmzəoğlu (Həmidov) ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərova, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılova və Mətbuat Şurasının sədri Rəşad Məcidə ayrı-ayrılıqda müraciət ünvanlayıblar.

Ümumilikdə 3 müraciətə 100-dən çox Şəhid ailəsi, Qazi, müharibə vetranı və tanınmış sənətçilər imza atıblar.

İmza atan şəxslər arasında hər iki övladını Şəhid vermiş Şəhid anaları-Əli və İslam Əhmədovların anası Sevinc Əhmədova, Musa və Tural Həsənovların anası Nəhayət Həsənova, iki oğlunu Şəhid vermiş-Tacir və Nazir Allahverdiyevlərin anası Mailə AllahverdiyevaMilli Qəhrəman Eldar Xəlilovun anası Tərlan XəlilovaVətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayevin anası Nənəxanım Ağayeva, tək övladlarını Şəhid vermiş analar-Arzu Hüseynova, Lətafət Budaqova, Əməkdar artist Firuzə İbadova, tanınmış bəstəkar və müğənni Ruslan Səfəroğlu, tək oğullarını Şəhid vermiş Şəhid valideynləri, Şəhid anaları-Şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova“3-cü dərəcəli Vətənə xidmətə görə” ordenli Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova və atası Habil Məmmədov3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhid Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova və atası Faiq Abduləlimov“Azərbaycan Bayrağı” ordenli Şəhid Emil Sadıqzadənin anası Şəlalə Əsədova və atası Əziz Sadıqov, Şəhid Fariz Qurbanovun anası Lətafət Qurbanova, Şəhid Məhəmməd Məmmədlinin anası Mehriban Məmmədova, Şəhid Ruslan Cəfərlinin anası Tahirə Nağıyeva və atası Nəcəf Cəfərov, Şəhid Elmin Əlizadənin anası Aynur Əliyeva və Samir Əliyev, Şəhid Elşən Kərimovun anası Natella (Arzu) Yusibova və atası Rövşən Kərimov, Şəhid Səbuhi Hüseynlinin anası Samirə Əhmədxanova, Şəhid Səid Ədilovun anası Əzizə Ədilova və atası Həsən Ədilov, Şəhid Hüseyn Rzayevin anası Yeganə Rzayeva, o cümlədən “Azərbaycan Bayrağı” ordenli Devran Nayıbovun anası Xuraman Mirzəyeva (Nayıbova), Şəhid və Qazi anası Simuzər Bağıyeva, Şəhid və Qazi atası-müharibə veteranı İlqar Əliyev, Şəhid və Qazi anası Pərvanə Nadirova, Şəhid anası, Şəhid və Qazi bacısı Zərqələm Kazımova3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhid Nurlan Quliyevin anası Zülfiyyə Quliyeva, Şəhid anası və Qazi bacısı Mərifət Həsənova, Şəhid Vüsal Teymurovun anası Nahidə Teymurova“Azərbaycan Bayrağı” ordenli-Qazi Polad Mədəni3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli-Qazi Saleh Fətullayev12 medallı-Qazi Tural Əliyev, Qazi və müharibə veteranları-Gündüz Musayev, Müzəffər Abbasov, Fuad Həsənov, Ucal Əliyev, Aqil Yusifov, Asif Hüseynov, Aqil Eminov, Seymur Məmmədov, Şahin Zeynalov, Pərvin Hüseynov, Samir Ağayev, Zakir Vəliyev və digərləri var.

Mia.az Etikxeber.az-a istinadla müraciəti olduğu kimi təqdim edir:

“Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, biz Şəhid ailələri, Qazilər, müharibə veteranları və Şəhidsevər ziyalılar hər zaman Azərbaycan dövləti və dövlətçiliyini müdafiə etmişik, Azərbaycan dövlətinin yanında olmuşuq. Sizin uğurlu daxili və xarici siyasət kursunuzu dəstəkləmişik. Çünki Sizin uğurla davam etdirdiyiniz, həyata keçirdiyiniz daxili və xarici siyasət kursu hər zaman Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edib. Məhz bu uğurlu siyasət kursunun nəticəsidir ki, Qarabağımız 30 illik işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi onun hər qarışında təmin edilib. Qarabağımızda, işğaldan azad olunmuş digər ərazilərimizdə artıq əsl diçəliş, intibah dövrü yaşanır. Sizin rəhbərliyinizlə Qalib Azərbaycan dövləti hər gün yeni bir TARİX yazır.

Eyni zamanda, Sizin 22 illik hakimiyyətiniz dövründə mətbuatın inkişafı, söz azadlığının təmin edilməsi istiqamətində misli bərabəri olmayan işlər görülüb, addımlar atılıb. Media nümayəndələri, qələm sahibləri Azərbaycanın orden və medalları, fəxri adları ilə təltif olunub, 400-dən artıq jurnalist mənzillə təmin edilib. Onu da qeyd edək ki, jurnalistlərin evlə, mənzillə təmin olunması dünyada analoqu olmayan bir tarixi hadisədir.

Qarşıdan mətbuatımızın 150 illiyi gəlir. Çox güman ki, bu dəfə də qələm sahibləri, əməyi, zəhməti olan media təmsilçiləri bu əlamətdar hadisə ilə Sizin tərəfinizdən təltif ediləcəklər. İstərdik ki, təltifə layiq görülənlər arasında peşəkar və vicdanlı jurnalist, 37 ilin media mənsubu olan Kamil Həmzəoğlu (Həmidov) da olsun. Çünki 27 sentyabrdan bu yana-son beş ilə yaxın müddətdə bəlkə də yeganə jurnalist və ziyalıdır ki, gecə-gündüz, isti-soyuq bilmədən hər an bizlərin-mənəvi təsəlliyə ehtiyacı olan Şəhid ailələrinin, Qazilərin, müharibə veteranlarının yanında olub. Bizlərlə gülüb, bizlərlə sevinib, bizlərlə ağlayıb, bizlərlə kədərlənib. Hər zaman bizlərlə, bizlərdən biri olub. Bunu bütün Şəhid ailələri, Qazilər, müharibə veteranları təsdiqləyə bilər. Rəhbərlik etdiyi və kimsənin köməyi olmadan işlətdiyi Etikxeber.az saytı son 5 ilə yaxın müddətdə bizlərin-Şəhid ailələrinin, Qazilərin, müharibə veteranlarının ruporuna, tribunasına çevrilib. Hər gün neçə-neçə Şəhidimiz, Qazimiz, müharibə veteranımız barədə yazılar Etikxeber.az-da işıq üzü görür. Hər gün bu saytda Şəhidlərimiz, Şəhid ailələri, Qazilərimiz, veteranlarımız işıqlandırılır, təbliğ olunur, tanıdılır.

Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!

Ona görə Sizdən xahiş və rica edirik ki, mətbuatımızın 150 illiyi ilə bağlı imzalayacağınız növbəti sərəncamlarınızda, təltiflərinizdə “Tərəqqi” medallı, 37 ilin peşəkar jurnalisti Kamil Həmzəoğlunun (Həmidov) da adı olsun. Jurnalistikadakı fəaliyyətinə, xidmətlərinə görə “ƏMƏKDAR JURNALİST” fəxri adı və çətin maddi-sosial durumu nəzərə alınaraq, PREZİDENTİN FƏXRİ TƏQAÜDÜ ilə təltif edilsin.

İnanırıq və əminik ki, belə də olacaq, bizlərin müraciəti nəzərə alınacaq, öz müsbət həllini tapacaq və təltif olunanlar arasında Kamil Həmzəoğlu (Həmidov) da olacaq.

Öncədən də Sizə öz dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!”

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://mia.az
archiveBu xəbər 16 İyul 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri