Icma.az
close
up
RU
11 kq a yaxın qızılın qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb

11 kq a yaxın qızılın qanunsuz yolla Azərbaycana gətirilməsinin qarşısı alınıb

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Gömrük Komitəsi tərəfindən dəfələrlə qiymətli metal və daşların qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin aşkarlanmasına və bu əməlləri törədən şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsinə baxmayaraq hələ də bəzi şəxslər tərəfindən bu cür əməllərə yol verilir.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat-axtarış tədbirləri əsasında xüsusilə külli miqdarda qızıl məmulatlarının qanunsuz yollarla keçirilməsinə cəhd halının qarşısı alınıb.

Məlumatın təhlili nəticəsində İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının “Terminal 1”- gömrük postunun gömrük nəzarəti zonasında əl yüklərinə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı çamadanın içərisindən gömrük orqanına bəyan edilməyən, xüsusilə külli miqdarda, 2 milyon 440 min 344 manat dəyərində, ümumi kütləsi 10 kiloqram 883,82 qram təşkil edən qızıldan hazırlanmış məmulatlar və 0,60 qram çəkidə 3 karat brilyant qaş aşkar olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müəyyən edilib ki, qeyd olunan qızıl məmulatları, izi azdırmaq məqsədilə Dubaydan İstanbula, oradan isə digər şəxs tərəfindən Bakıya gətirilib.

Hazırda qeyd olunan faktda iştirakları olan bütün şəxslərin, eləcə də bu halın baş verməsinə şərait yaradan şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, bu cür qanunsuz hərəkətlər yolverilməzdir və onların qarşısı ən ciddi şəkildə alınmaqla bu hərəkətləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri