Icma.az
close
up
RU
12 saatdan çox saxlamayın, bulaqdan içməyin... SU haqqında MARAQLI FAKTLAR

12 saatdan çox saxlamayın, bulaqdan içməyin... SU haqqında MARAQLI FAKTLAR

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Həkimlər tez-tez deyir ki, su insan üçün yeməkdən vacibdir. Bu həqiqətən belədir. İnsan orqanizminin 85%-ni su təşkil edir.

Su qanın, beyinin əsas tərkib hissəsidir. Orqanizmdə gedən bütün proseslər məhz suyun iştirakı ilə baş verir. Suyun orqanizmə lazım olandan az miqdarda daxil olması bir sıra ağır pozulmalara səbəb olur:

- qan qatılaşır, damarlarda trombların əmələ gəlmə riski artır. Tromblar damarları daraldır, qan dövranını  pozur. Tromb qopa bilər və qan axını ilə hərəkət edərək ürək və ya beyinin damarını bağlaya bilər. Bu isə infarkt və ya insultun inkişafına səbəb olur.

- beynimiz əsasən sudan ibarətdir. Susuzlaşma ilk növbədə beyinə mənfi təsir edir, beyinin fəaliyyətinin pozulmasına səbəb olur.

- susuzlaşma dərinin qocalmasının ilk səbəbidir.

- böyrəklərin fəaliyyəti pozulur, böyrəklərdə daşlar əmələ gəlir.

- sidik kisəsində toksiki maddələrin və mikrobların yığılmasına səbəb olur ki, bu da iltihablara gətirib çıxardır.

- bağırsaqların fəaliyyəti pozulur, qəbizlik inkişaf edir.

- su orqanizmi daxildən sanki "yuyur", ağır metallar, toksinlər, şlaklar və s. ziyanlı maddələrdən azad edir. Bu baş vermədikdə ziyanlı maddələr orqanizmdə yığılır və bu da o cümlədən xərçəngin riskini artırır.

Beləliklə, sağlam olmaq istəyirsinizsə, mütləq su iç. Həkimlər buna əks-göstərişlər olmadığı halda isti havada 2,5-3 l su (çay, qəhvə. kompot və s. yox!) içməyi tövsiyə edir.

Su qəbulu ilə bağlı olan bəzi həkim tövsiyələrini sizə təqdim edirik:

- Həkimlərin fikrinə görə, ən yaxşı seçim dükanlarda plastik (və ya şüşə) butulkalarda satılan içməli sudur. (Mineral sulardan söhbət getmir.)

- Kran suyu mütləq qaynadılmalıdır.

- Bulaq suyunu da mütləq qaynatmaq lazımdır. El arasında bulaq suyu çox faydalı, hətta müalicəvi sayılır. Lakin, belə suda mikroblar və ziyanlı maddələr ola bilər.

- Qaynanmış suyu 12 saatdan çox saxlamaq olmaz.

- Plastik butulkada olan suyu qazın yanında və günün altında saxlamaq olmaz. Butulka qızdıqda suya ziyanlı maddələri buraxır.

- Mineral suların qəbuluna diqqət yetirmək lazımdır. Butulkanın üzərində olan yazıları oxuyun. 1 l suda 5 qr-dan artıq mineral maddə varsa, belə suyu yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar. Əks halda bu böyrəklərdə daşların əmələ gəlməsinə və digər pozulmalara gətirib çıxarda bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri