Icma.az
close
up
RU
150 illik tarixi olan yol

150 illik tarixi olan yol

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci il Azərbaycan mətbuatı tarixində ən əlamətdar illərdən biridir. Bu il milli mətbuatımızın 150 illiyi tamam olur. Azərbaycanda milli mətbuatın əsası 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə qoyulmuşdur. Həmin vaxtdan etibarən mətbuatımız çoxillik şərəfli yol keçmiş, cəmiyyətimizin maariflənməsində, milli kimliyimizin formalaşmasında, söz azadlığının təmin olunmasında əvəzsiz rol oynamışdır. Bu il mətbuatımızın 150 illik yubileyinin qeyd olunması, onun müasir dövrdəki fəaliyyətinin qiymətləndirilməsi, qarşıda duran yeni vəzifələrin müəyyənləşdirilməsi, eləcə də gələcək nəsillər üçün mətbu irsimizin qorunub saxlanılması baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 aprel tarixində “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzetinin milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin ictimai həyatında mühüm hadisə kimi tarixə düşdüyü qeyd olunmuşdur. Milli mətbuatımızın qürur yeri olan “Əkinçi” fəaliyyət göstərdiyi cəmi iki il ərzində azərbaycançılıq, müasirləşmə, milli özünüdərk kimi bəşəri dəyərləri təbliğ etmiş, Azərbaycanda müstəqil və demokratik mətbuatın təməlini formalaşdırmışdır. “Əkinçi”nin ardınca “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat” və digər qəzet və jurnallar mətbuatımızın inkişafında, cəmiyyətin quruculuğu prosesində əvəzsiz rol oynamışlar. Ölkəmizdə mətbuatın inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ümummilli Lider hakimiyyətdə olduğu bütün dövrlərdə jurnalistikanın cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirmiş, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Heydər Əliyev hər zaman ölkəmizdə media orqanlarının sərbəst fəaliyyəti, jurnalistlərin söz və fikir azadlığının təmin olunması, mətbuat problemlərinin həlli istiqamətində təşəbbüslərlə çıxış etmiş və mühüm qərarlar qəbul etmişdir. Ulu Öndər mətbuatımızın inkişafı istiqamətində 10-dan çox sərəncam və fərman imzalamışdır. 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbul edilməsi, eləcə də 1998-ci ildə Azərbaycanda senzuranın ləğv olunması ilə bağlı sərəncamın imzalanması Heydər Əliyevin mətbuatımızın tərəqqisinə verdiyi ən böyük töhfələrdən hesab oluna bilər. Dövlət başçısının qeyd olunan sərəncamında da Ümummilli Liderin mətbuatımızın inkişafındakı roluna dair mühüm faktlar yer almışdır. Sərəncamda vurğulanır ki, Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri kimi qəbul etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafı əngəlləyən süni maneələrin aradan qaldırılması istiqamətində ardıcıl və sistemli qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu sahədəki fəaliyyətini uğurla davam etdirir. Dövlət başçısının mətbuatın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, jurnalistika sahəsində mövcud problemlərin həlli istiqamətində atdığı addımlar və qəbul etdiyi əhəmiyyətli qərarlar kütləvi informasiya vasitələrinin fəaliyyətinin genişlənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Məlumdur ki, Azərbaycan jurnalistləri 44 günlük Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhədə Azərbaycan həqiqətlərinin operativ şəkildə işıqlandırılması üçün böyük əzmkarlıqla və yorulmadan çalışmışlar. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində bölgədə erməni separatizminə son qoyulmuşdur. Bu çətin və şərəfli tarixi mərhələdə də Azərbaycan mətbuatı yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirmiş, Vətənimizin ədalətli mübarizəsi, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərliyinin xalqımıza qarşı törətdiyi müharibə cinayətləri barədə dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırmışdır. Mətbuatımız ötən il – 2024-cü ildə 149 yaşını ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş vahid Azərbaycanda böyük sevinc və qürurla qeyd etmişdir. Azad, məsuliyyətli və peşəkar mətbuatımız bundan sonra da demokratik cəmiyyətin inkişafına layiqli töhfələr verməyə davam edəcək.

Nərgiz Hüseynova,

YAP Laçın rayon təşkilatının 49 saylı ƏPT-nin sədri

Laçın rayon 12 nömrəli tam orta məktəbin direktoru

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyul 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri