18 yaşlı gəncin rejissoru olduğu “Söz” kompazisiyasının premyerası olacaq
Icma.az, Tribuna saytına istinadən bildirir.
- +
17 dekabr saat 16:00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində “Söz” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompazisiyanın premyerası baş tutacaq.
Tribunainfo.az xəbər verir ki, layihə rəhbəri bəstəkar, yazar Fərahim Sadiq olan kompazisiyanın quruluşçu rejissoru 18 yaşlı gənc aktyor, yazar, bədii qiraətçi Aysu Türkeldir. Xatırladaq ki, bu onun rejissor kimi ilk işidir. Ədəbi-bədii musiqili kompazisiyanın aktyor heyətinin sırasında respublikanın əməkdar artisti və peşəkar aktyorlar: Əməkdar artist Qasım Nağı, Xalidə Əliməmmədova, Pərviz Qurbanlı, Şövqi Əmiraslanov, Aysu Türkel, Təhminə Qarayeva, Allahverdi Qurbanov, Elcan Məmmədov, Tofiq Əhmədli, Pərviz Rzayev, İlkin Rafiqoğlu, Əlibala Qasımov yer alıblar.
Kompazisiya hərbi-vətənpərvərlik mövzusunda qurulub.
Qeyd edək ki, layihəyə təşkilati dəstəyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Həzi Aslanov adına İdealoji və Mədəniyyət Mərkəzi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Maliyyə-İqtisad Kolleci və Azərbaycan Alpaqut Federasiyası göstərib.
İmran Kərimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Dekabr 2024 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















