184 dərmanın qiymətində Dəyişiklik
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
184 dərman vasitəsinin qiymətinin yuxarı həddi tənzimlənib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb.
Bildirilib ki, dərman vasitələrinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq tənzimlənib.
Qərara əsasən, dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi və onların qüvvəyə minmə tarixləri təsdiq edilib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı linkdə yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















