Icma.az
close
up
RU
1975 ci ildən bu günə: İnanılması çətin olan 5 xəbər başlığı

1975 ci ildən bu günə: İnanılması çətin olan 5 xəbər başlığı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələr dövründə dünya daha qəribə görünə bilər. Lakin arxiv xəbərləri göstərir ki, artıq 1975-ci ildə media göz oxşayan, diqqəti ayırmağın mümkün olmadığı hekayələrlə doludur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Grunge" portalı yazıb.

Qusmalı etiraz aksiyalarından tutmuş, siçovullar tərəfindən çəkilən rəsmlərə, yol hərəkətini dayandıran toyuqlardan iki həftədə prezidentə iki silahlı hücuma qədər - 50 il əvvəl yayımlanan beş real xəbər bu günün viral hekayələri qədər inanılmaz səslənir.

Radikal vegetarianlar "McDonald’s"da "qusma etirazı" keçiriblər

17 oktyabr 1975-ci ildə özlərini Radikal Vegetarianlar Liqası adlandıran qrup Miçiqan ştatında kampusdakı "McDonald’s" restoranına basqın edib. Aktivistlər xeyli xardal və su gətirərək zalda eyni anda qusmağa başlayıblar və bunu "qusma aksiyası" adlandırıblar.

Bəyanatlarında etirazçılar "artıq onların bizdə yaratdığı xəstəliyi gizlətməyəcəyik" deyərək "McDonald’s"ı "sintetik zibil" və işçilərin istismarı ilə günahlandırıblar.

ABŞ-da siçovulların çəkdiyi rəsmlərdən ibarət sərgi açılıb

1975-ci ilin mayında Nyu-Yorkda psixologiya professoru Riçard Zimbalo laboratoriyada saxlanılan 11 siçovulun yaratdığı əsərlərdən ibarət sərgi təşkil edib. Heyvanlar kiçik fırçaları pəncələri ilə tutub və hər bir cızığa görə şirniyyatla mükafatlandırılıb.

Peşəkar bir rəssama əsərlər göstərildikdə, müəlliflərin insan olmadığını bilmədən rəsmlərdə "ustalıq” göründüyünü etiraf edib. Rəsm satışından əldə olunan gəlir universitet kafedrasına verilib.

Zibil qutusu poçt qutusu ilə səhv salınıb - şəhər məktubları itib

1975-ci ilin iyununda Vermont ştatının Ratlend şəhərində sakinlər məktublarının itməsindən şikayət etməyə başlayıb. Araşdırma göstərib ki, insanlar kivanis klubunun şəhərə hədiyyə etdiyi yeni mavi zibil qutusunu rənginə və poçt şöbəsinin yanında yerləşməsinə görə rəsmi poçt qutusu hesab edərək məktubları ora atıblar.

Kaliforniyada toyuqlar rəsmi "patrula” çevrilərək tıxacı azaltmağa yardım edib

Napa şəhər park departamentinin rəhbəri Bob Pelusi sürücülərin sürəti azaltması üçün 85 toyuq alaraq onları şəhər parkına buraxıb. Quşlar tez-tez yola çıxaraq avtomobilləri dayanmağa məcbur edib.

Proqram sürət maneələri quraşdırmaqdan daha ucuz olub, baxmayaraq ki, doqquz ayda 12 toyuq ölüb.

Prezident Forda 17 gün ərzində iki sui-qəsd: San-Fransisko küçəsində atəş

1975-ci ilin sentyabrında prezident Cerald Ford iki dəfə möcüzəvi şəkildə ölümdən xilas olub.

5 sentyabrda Sakramentoda "Menson ailəsi”nin üzvü Linett Skviki Fromm küçədə ona tapança tuşlayıb, lakin silah dolu olmayıb.

17 gün sonra San-Fransiskoda Sara Ceyn Mur prezidentə atəş açıb, güllə Fordun yanından bir neçə santimetr aralı keçib. Təkrar atəşi isə təsadüfi keçən Oliver Sippıl dayandırıb.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri