Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

1982 ci ildə Tetçerə Heydər Əliyevlə bağlı hansı sual verilib?

1982 ci ildə Tetçerə Heydər Əliyevlə bağlı hansı sual verilib?

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1982-ci ildə Baş nazir Tetçerə Heydər Əliyevlə bağlı hansı sual verilib?

1982-ci ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyevin Sovet İttifaqının idarəçiliyində yüksək vəzifəyə təyin edilməsi dünyanın aparıcı dövlətlərinin diqqətindən kənarda qalmayıb.

AzPost bildirir ki, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosuna üzv seçilən, Nazirlər Soveti sədrinin birinci müavini təyin edilən Heydər Əliyevin təyinatı maraqla qarşılanmışdı. Azərbaycanlı ilk dəfə olaraq sovet rəhbərliyinin ən yüksək zirvəsində yer almışdı.

1982-ci il dekabrın 21-də Böyük Britaniyanın parlamentində deputatlar Baş nazir Marqaret Tetçerə çıxışı zamanı Heydər Əliyevin təyinatı və onun bir çıxışı barədə sual ünvanlayıb.

Azpost.info Tetçer Fondunda saxlanılan bu (Hansard HC [34 / 819-24]) stenoqramı araşdırıb.

İngiltərə parlamentinin deputatı Ameri Tetçerə verdiyi sualında ona Heydər Əliyevin bir çıxışını oxumağı məsləhət görür: “Xanım Tetçer, mən SSRİ Baş nazirinin birinci müavini Heydər Əliyevin bu posta təyin edilməmişdən əvvəl etdiyi çıxışı oxumağınızı istərdim. İyun ayında çıxışı zamanı Heydər Əliyev Cənubi Azərbaycanı sovet Azərbaycanı ilə birgə ittifaq qurmağa çağırıb. Bu çıxışın nəticələrini necə qiymətləndirə bilərsiniz?”– deyə deputat baş nazirə sual verib.

Marqaret Tetçerin cavabı maraqlıdır.

Baş nazir deyib ki, Azərbaycan tarixdə mühüm yer tutub: “Biz Azərbaycanın SSRİ-yə birləşdirilməsinə qarşı müqavimət göstərdik və Azərbaycan bu baxımdan tarixdə mühüm yer tuturdu”.

Tetçer bununla 1946-cı ildə İranda elan edilmiş Pişəvəri hərəkatına işarə edərək Cənubi Azərbaycanın şimalla birləşdirilməsi ilə bağlı aparılmış prosesi şərh edib: “Mühafizəkarlar partiyası belə birləşməyə qarşı qətiyyətlə müqavimət göstərəcək”-deyə Tetçer çıxışında vurğulayıb.

Britaniyalı deputatın Heydər Əliyevin hansı çıxışını nəzərdə tutduğu aydın deyil. Çox güman ki, bu Heydər Əliyevin Azərbaycan Demokrat Firqəsi ilə bağlı çıxışlarından götürülüb.

Mərhum Heydər Əliyev Marqaret Tetçerlə 1995-ci ilin oktyabrında müstəqil Azərbaycanın prezidenti olaraq canlı olaraq görüşüb.

BMT-nin 50 illik yubileyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Nyu-Yorka gəlmiş Heydər Əliyev Britaniyanın baş naziri C. Meycor, Fransa prezidenti J.Şirak, İsrailin baş naziri İ.Rabin, ABŞ dövlət katibi M.Olbraytla müzakirələr aparıb.

İqamətgahı Nyu-York otellərinin birində yerləşən H.Əliyevin görüşünə Tetçer də gəlib. Burada onun Heydər Əliyevlə qapalı görüşü keçirilib.

Məşhur rusiyalı telejurnalist Andrey Karaulov müsahibəsində qeyd edir. “Həmin görüşdə Tetçer Heydər Əliyevə Qarabağ probleminin həllini yüz il təxirə salmağı təklif edib”.

Bu təklif Heydər Əliyev tərəfindən özünməxsus jestlə rədd edilib. H. Əliyev Tetçerə Folklend adalarına görə Britaniyanın Argentina ilə müharibəyə 10 min ordu göndərdiyini, İrlandiyada separat hərəkatı yatırtmaq üçün hərbi gücdən istifadə etdiyini xatırladıb. Tetçer heç nə deyə bilməyib.

Tetçer bundan əvvəl -1992-ci ilin sentyabrında Bakıya işgüzar səfər edib. Bu səfər “Britiş Petrolium”un Azərbaycanla bağlamaq istədiyi neft müqavilələrinə dəstək məqsədi daşıyıb.

Britaniya ilə Azərbaycanın siyasi münasibətləri 90-cı illərdən başlayaraq yüksələn xətlə inkişaf edib.

1993-cü ilin oktyabrında Azərbaycana səfərə gələn Böyük Britaniyanın dövlət naziri Duqlas Hoqq Azərbaycanın prezidenti Heydər Əliyevin andiçmə mərasimində iştirak edib. O, Bakıda bir daha Birləşmiş Krallığın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını elan edib.

Prezident Heydər Əliyev 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkədə rəsmi səfərdə olub. Səfər zamanı o ölkənin Baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşərək danışıqlar aparıb. Bu səfərdə Heydər Əliyev və Con Meycor iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi imzalayıb.  Azərbaycan Respublikası və Böyük Britaniya arasında “Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə”ni imzalanıb.

“Əsrin müqaviləsi”nə gedən yol

Heydər Əliyev həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. O, ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib.

Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın “BP” şirkətinin ən çox paya malik olduğu ARDNŞ-lə xarici neft şirkətləri konsorsiumu arasında “Əsrin müqaviləsi” adlanan neft sazişi bağlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Yanvar 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri