Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

20 Yanvar müasir tariximizin ağrı acılı, eyni zamanda, ən şərəfli səhifələrindən biridir Millət vəkili

20 Yanvar müasir tariximizin ağrı acılı, eyni zamanda, ən şərəfli səhifələrindən biridir Millət vəkili

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

"1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın milli azadlıq uğrunda mübarizəsinin ən önəmli səhifələrindən biridir. Həmin gün yüzlərlə dinc insanların qanı töküldü, lakin bu faciə xalqın azadlıq ruhunu sarsıda bilmədi".


Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Mahir Süleymanlı deyib. 


Deputat bildirib ki, 1980-ci illərin sonlarında Sovet İttifaqının zəifləməsi və mərkəzi hakimiyyətin idarəetmə sistemindəki boşluqlar bir çox respublikalarda milli azadlıq hərəkatlarının başlamasına səbəb olmuşdu: 

"Azərbaycanda isə bu proseslər həm sosial-iqtisadi narazılıq, həm də Qarabağ münaqişəsi ilə əlaqədar daha da dərinləşmişdi. 1988-ci ildə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə iddialar irəli sürməsi və separatçı fəaliyyətlər ölkəmizdə dərin narazılıq yaratdı. Sovet rəhbərliyinin bu proseslərə laqeyd yanaşması və ermənipərəst mövqe sərgiləməsi xalqın mərkəzi hakimiyyətə olan etimadını tamamilə sarsıtdı. Bunun nəticəsində Bakıda və digər bölgələrdə genişmiqyaslı mitinqlər keçirilməyə başlandı. SSRİ rəhbərliyi Azərbaycanda baş verən bu xalq hərəkatını əsassız olaraq öz hakimiyyətinə qarşı ciddi təhdid kimi dəyərləndirdi. Rəsmi Moskva bu hərəkatı yatırmaq üçün sərt tədbirlər görmək qərarına gəldi. Ancaq bu qərar xalqın iradəsini qıra bilmədi. 19 yanvar 1990-cı ildə gecə saatlarında Sovet ordusunun müxtəlif bölmələri, daxilində xüsusi təyinatlılar da olmaqla, Bakıya daxil oldu. Bu hücum zamanı dinc əhalinin yaşadığı məhəllələr, küçələr və ictimai obyektlər hədəf alındı. Tankların və ağır texnikaların şəhərə girməsi nəticəsində yüzlərlə insan həlak oldu, yaralandı və itkin düşdü. Hadisədən əvvəl dövlət televiziyasının enerji bloku Sovet ordusu tərəfindən partladıldı. Bu, əhalini fövqəladə vəziyyət rejimindən xəbərsiz qoymaq məqsədi daşıyırdı. Həmin anda xalq küçələrdə və meydanlarda birləşərək öz azadlıq iradəsini ifadə edirdi. Beləliklə, tankların və atıcı silahların qarşısında heç bir silahı olmayan dinc insanlar Sovet ordusu tərəfindən amansızcasına qətlə yetirildi. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar və tibbi yardım göstərən həkimlər də var idi. Bu faktlar Sovet hakimiyyətinin azərbaycanlıları sındırmaq üçün nə qədər sərt addımlara əl atmağa hazır olduğunu göstərirdi".


Parlament üzvü xatırladıb ki, o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı: 

"Sovet rəhbərliyinin Bakıda törətdiyi ağır bəşəri cinayəti kəskin şəkildə pislədi. Dahi Liderin 20 Yanvar hadisələri ilə bağlı Bəyanatı nəticəsində dünya ictimaiyyəti SSRİ rəhbərliyinin xalqımıza qarşı bu dəhşətli, xüsusi qəddarlıqla törədilən dövlət terrorundan xəbər tutdu. Yanvarın 22-də isə Bakıda milyonlarla insanın iştirakı ilə şəhidlərin dəfn mərasimi keçirildi. Xalq kütlələrinin birliyi Sovet ordusunun və hakimiyyətinin gözləntilərinin əksinə olaraq qorxu deyil, mübarizə ruhunu daha da gücləndirdi. Azadlıq uğrunda canlarını fəda edən Vətən övladları Şəhidlər Xiyabanında (keçmiş Dağüstü park) dəfn edildilər. Bu yer Azərbaycan xalqı üçün müqəddəs ziyarətgah və milli kimliyin rəmzinə çevrildi. Şəhidlər Xiyabanı hər il yüz minlərlə insanın baş çəkdiyi, xalqın azadlıq yolundakı qurbanlarını yad etdiyi bir məkan oldu. 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyət tərəfindən geniş şəkildə qınanmadı. Sovet ordusunun Bakıda törətdiyi qırğın dünya mətbuatında yalnız məhdud şəkildə işıqlandırıldı, lakin hadisənin təfərrüatları tədricən aydınlaşdı. Bu faciədən sonra Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə qlobal miqyasda diqqət çəkdi".


Millət vəkili xüsusilə qeyd edib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yarandı: 

"Ulu Öndərin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Sənədə əsasən, Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq, 1994-cü il martın 29-da qəbul edilən Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar tarixi ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Şəhid ailələri və əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev təşəbbüsləri sayəsində bu kateqoriyadan olan şəxslərin sosial təminatı gücləndirilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanı şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi daşıyır. Hər il faciənin ildönümündə Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla yad edir. Bu hadisələr göstərdi ki, xalqın milli ruhunu, azadlıq arzularını heç bir qüvvə sındıra bilməz. 20 Yanvar müasir tariximizin ağrı-acılı, eyni zamanda, ən şərəfli səhifələrindən biridir və hər zaman xalqın yaddaşında əbədi yaşayacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Yanvar 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see226

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see220

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see219

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see218

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see184

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see181

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see167

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see161

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see160

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see159

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see157

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see153

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see153

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see152

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see149

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see146

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see145

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see139

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see136

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri