Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

20 yanvar qurbanlarından Qorbaçovun nəvələrinə sual: Mirasınızın içində günahsız qanımız var…

20 yanvar qurbanlarından Qorbaçovun nəvələrinə sual: Mirasınızın içində günahsız qanımız var…

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Zülmə qarşı təkbaşına: Moskvadakı ləyaqət səsi… 
Azərbaycanın azadlıq mübarizəsinin simvolu olan 20 Yanvar faciəsi xalqımızın yaddaşında həm böyük kədər, həm də sarsılmaz qürur mənbəyi kimi yaşamağa davam edir. 1990-cı ilin həmin qorxunc gecəsində silahsız insanların üzərinə yeridilən sovet ordusu, əslində, bir millətin müstəqillik iradəsini boğmağa çalışsa da, tam əksinə, Azərbaycanın azadlıq yolundakı qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar təkcə tarix deyil. Bu, xalqın sınandığı, kimin harada dayandığının bəlli olduğu çətin dövrdür.
Taleyin acı ironiyasına baxın ki, 1990-cı ilin o qanlı yanvar gecəsində tankların altında Bakının işığını söndürən, Azərbaycan xalqına azadlığı çox görən Mixail Qorbaçovun nəvələri bu gün Almaniyada lüks həyat yaşayırlar. Bizim İlhamlar, Fərizələr, hələ bığ yeri təzəcə tərləyən məktəblilərimiz o gecə torpağın köksünə əbədi köçərkən, "Qorbaçovun nəvələri" Berlin küçələrində babalarının onlara miras qoyduğu milyonlarla firavan ömür sürürlər. 

Şəhidlərimizin yarımçıq qalmış arzularının qisası bəlkə də elə bundadır ki, gübahsız dinc insanları qan içində qoyanlar tarixin tozlu və nifrət dolu səhifələrinə basdırıldı, onlardan geriyə qalanlar isə öz kimliklərindən qaçaraq yad ölkələrin sığınacağına möhtac qaldılar.
Bu dəhşətli gecənin ən məsum qurbanları olan o uşaqların ruhları, sanki indi dünyanın o tərəfində kədərlə pıçıldayırlar. Onlar hələ oyuncaqlarından doymamış, arzuları yarımçıq qalmış Larisalar və İlqarlardır. Onların ruhu sanki bu sualın ətrafında dolanır. Larisanın yarımçıq qalmış uşaqlığı, İlqarın, İlhamın və Fərizənin qovuşa bilmədikləri sabahları bu gün Qorbaçovun nəslindən bir cavab gözləyir: 
Qatil babanızın əllərindəki qan yalnız tarixin deyil, həm də bizim sönmüş ocaqlarımızın lənətidir.
Bakı küçələrində donub qalmış o məsum ruhlar indi bir sual olub Qorbaçovun nəvələrinin vicdanını döyür: 
Sizin mirasınızın içində bizim qətlə yetirilmiş arzularımız və günahsız qanımız var. Bu ağır yükü daşımağa gücünüz yetəcəkmi?

Həmin çətin dövrdə Mixail Qorbaçovun rəhbərliyi ilə Kremlin soyuq divarları arxasında hazırlanan qanlı ssenari Bakını qan gölünə çevirmişdi. Ancaq hər kəsin sükuta qərq olduğu, qorxunun nəfəsləri kəsdiyi o qaranlıq günlərdə Moskvanın mərkəzində ləyaqətin polad səsi ucaldı. Ulu öndər Heydər Əliyev ölümün gözünə dik baxaraq, Azərbaycanın daimi nümayəndəliyinə gəldi və bu qanlı qətliamın memarlarını bütün dünyanın gözü qarşısında rəzil etdi. Bu, sadəcə bir bəyanat deyildi, xalqın boğulmaqda olan səsini dünyaya hayqıran bir cəsarətin dastanı idi. Onun "Bu, terrordur, cinayətdir" deyərək dünyaya səslənməsi, 20 Yanvar hadisələrinə verilən ilk siyasi-hüquqi qiymət və böyük cəsarət nümunəsi oldu.

Qanlı 20 Yanvar faciəsinin timsalında Azərbaycan xalqı həm də dünyaya sübut etdi ki, azadlıq sevgisi ölümdən güclüdür. Onlar heç bir var-dövlətin satın ala bilməyəcəyi bir mənəviyyat zirvəsidir. Lakin bu fədakarlığın fonunda var-dövləti milli vətənpərvərlikdən üstün tutan, ləyaqət yoxluğundan əziyyət çəkən bir çox 'məşhur' soydaşlarımızın susqunluğunun acı yarası hər zaman bizi incidəcək. Azərbaycanın havası və suyu ilə böyümüş, azərbaycanlıların hesabına varlanmış Abbas Abbasov kimi fürsətcillərin millətin qanlı faciəsindən birdəfəlik üz döndərməsi onu göstərir ki, bu cür adamların cibləri dolduqca vicdanları daha da boşalır. Zamanında xalqın faciəsinə şərik çıxa bilməyənlər hər zaman qorxaq olaraq qalacaqlar. 
20 Yanvar bizim üçün sadəcə təqvimdəki gün yox, qürur, ruhumuzun təmizləndiyi və həm də xəyanətlərin maskasının düşdüyü gündür. Kimin yanımızda, kimin kənardan sadəcə izlədiyini xalqımız əsla unutmayacaq. Çünki şəhidlərimizin ruhu bizi hər yerdə izləyir.
İslam 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Yanvar 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see216

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see178

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see140

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see137

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri