Icma.az
close
up
RU
2026 cı ildə benzin və digər yanacaq növləri bahalaşa bilər

2026 cı ildə benzin və digər yanacaq növləri bahalaşa bilər

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda yanacaq qiymətlərinin artırılacağıilə bağlı müzakirələr geniş vüsət alıb. Bəzi ekspertlər bildirirlər ki,bu artım dünya neft qiymətlərindən, idxal çətinliklərindən, idxal mənbələrinin dəyişməsindən və Tarif Şurası kimi dövlət qurumlarının qərarlarından asılıdır, Ekspertlər ilin sonunda və yeni ildə yanacaq qiymətlərinin necə olacağı ilə bağlı fərqli proqnozlar səsləndirirlər.

Bəs görəsən, Azərbaycanda 2026-cı il üçün yanacaq qiymətləri artırıla bilərmi?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov konkret.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yanacaq da daxil olmaqla bütün strateji məhsulların qiymətlərini tənzimləyən orqan Tarif Şurasıdır. Yanacaq qiymətlərində istənilən dəyişiklik məhz bu qurumun qərarı əsasında həyata keçirilir:

"Qiymət dəyişikliyinin əsaslandırılması üçün sahə üzrə fəaliyyət göstərən qurum, yəni  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edir. Bu müraciətdə adətən qeyd olunur ki, mövcud satış qiymətləri xərcləri ödəmir və şirkət zərərlə işləyir. Belə hallarda Tarif Şurası həmin təklifləri qiymətləndirərək müvafiq qərar verir. Böyük ehtimalla, 2025-ci ildə SOCAR Tarif Şurasına müraciət edib və qiymət artımı məsələsi 2026-cı ildə müzakirəyə çıxarıla bilər. Bundan əlavə, Vergi Məcəlləsində yol vergisi ilə bağlı müəyyən dəyişikliklərin nəzərdə tutulduğu görünür. Bildiyiniz kimi, istənilən məhsul və ya xidmətin yekun qiyməti onun maya dəyəri və tətbiq olunan vergilər əsasında formalaşır. Beləliklə, vergi yükündəki dəyişikliklər, xüsusən də yol vergisi ilə bağlı artımlar, yanacağın qiymətinə təsir göstərə bilər".

İqtisadçının sözlərinə görə, nəzərə almaq lazımdır ki, 95 markalı benzin Azərbaycanda istehsal olunmur və əsasən xaricdən, xüsusilə də Şərqi Avropa ölkələrindən və Rumıniyadan idxal olunur:

"Bu isə bizi idxal qiymətlərindən asılı vəziyyətə salır. Bütün bu faktorlar qiymət artımı ehtimalını artırır. Lakin yekun qərar yalnız Tarif Şurası tərəfindən qəbul olunur. Hazırkı reallıqları və qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri nəzərə aldıqda demək olar ki, yaxın gələcəkdə yanacaq qiymətlərində artım ehtimalı yüksəkdir".

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri