Icma.az
close
up
RU
21 yaşlı taekvondo hakimi: “Atam əcnəbi, anam isə azərbaycanlıdır” MÜSAHİBƏ

21 yaşlı taekvondo hakimi: “Atam əcnəbi, anam isə azərbaycanlıdır” MÜSAHİBƏ

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Ümumiyyətlə, idman fəaliyyətimə 3 yaşından gimnastika ilə başlamışam və 5 il bu növdə özümü sınamışam”.

Bunu Azərbaycanın gənc taekvondo hakimi Suzanna Silvestr AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Özünüz haqqında ətraflı məlumat verərdiniz...

- 21 yaşım var. Bakıdanam, atam əcnəbi, anam isə azərbaycanlıdır. Hazırda İdman Akademiyasında təhsil alıram. Eyni zamanda müalicəvi gimnastika məşqçisi kimi çalışıram və taekvondo üzrə milli dərəcəli hakiməm.

- Niyə məhz taekvondo hakimliyini seçdiniz?

- Uşaqlıqdan taekvondo ilə maraqlanmağa anamın sayəsində başlamışam. Anam Səmihə Silvestr özü də bu idman növündə 6 dəfə Azərbaycan çempionu olub və ölkəni beynəlxalq yarışlarda təmsil edib. Onun təsiri ilə mən də bu idman növü ilə məşğul olmağa başladım. Təxminən 8-9 yaşımdan 15 yaşa qədər aktiv şəkildə taekvondo ilə məşğul olmuşam. Sonra təhsilimlə bağlı bir müddət idmana fasilə verdim. 17 yaşımda yenidən seminarlara qoşulmağa başladım. Gündüz Abdullayevin keçdiyi seminarlarda iştirak etdim və sertifikatlar qazandım. 18 yaşım tamam olandan sonra, yəni, 2023-cü ildən etibarən taekvondo hakimliyi fəaliyyətinə başladım. Bu sahəyə marağımın səbəbi fərqlilikdir. İdmançılarla müqayisədə hakimlər tamamilə fərqli mühitdə olurlar. Orada hər kəslə bir yerdəsən, amma məsuliyyət sənin üzərindədir. Məsələn, kimin Azərbaycan çempionu olacağına bəzən sən qərar verirsən. Bu, həm çox məsuliyyətli, bir o qədər də maraqlı işdir. Ona görə bu sahəni çox sevirəm və sevə-sevə də davam etdirirəm. 2023-cü ildən bəri artıq 3 dəfə Azərbaycan çempionatında hakim kimi iştirak etmişəm.

- Bu sahəni seçəndə yaxınlarınızdan necə reaksiya aldınız?

- Özüm də idmançı olmuşam deyə, indi hakim kimi fəaliyyət göstərməyim insanlara qəribə gəlmir. Amma məni tanımayan insanlar bu gənc yaşda necə hakim ola bildiyimlə, bunu necə bacardığımla bağlı suallar verirlər. Bəzən elə olur ki, yaşca məndən böyük insanlar “sən hələ cavansan, niyə hakim olursan, get yarışlarda döyüş, yaşın azdır" deyirlər. Amma mən izah etməyə çalışıram ki, məqsədim idmançı olaraq deyil, hakim kimi irəliləməkdir.

- Başqa hansısa idman növünə marağınız olub?

- Ümumiyyətlə, idman fəaliyyətimə 3 yaşından gimnastika ilə başlamışam və 5 il bu növdə özümü sınamışam. Daha sonra taekvondo ilə məşğul olmağa başladım. Hər iki idman növünün özünəməxsus tərəfləri var. Lakin müəyyən müddət sonra taekvondonun mənə daha uyğun olduğunu anladım. Gimnastika daha çox zəriflik, taekvondo isə döyüş və güc tələb edir. Amma onları birləşdirən cəhət elastiklikdir. Taekvondoda da, gimnastikada da elastik bədən çox vacibdir. Məsələn, taekvondoçular elastiklik qazanmaq, boylarını uzatmaq üçün gimnastika dərslərinə gəlirlər. Valideynlər də buna maraq göstərirlər. Genetika əsas rol oynasa da, idmanın təsiri böyükdür.

- Qadın hakim kimi fəaliyyət göstərmək nə dərəcədə çətindir? Qarşılaşdığınız əsas çətinliklər nələr olub?

- Bu sahədə çətinliklər təbii ki, çox olur. Əsas məsələ düzgün qərar verməkdir. Çünki bizim öz qaydalarımız var və o çərçivədə hər şeyə diqqətlə yanaşmaq lazımdır. Döyüşü tam şəkildə görmək olduqca vacibdir. Bir yanlış qərar hansısa idmançının nəticəsinə ciddi təsir edə, qalibiyyətini əlindən ala bilər. Ona görə hakim kimi daim diqqətli olmaq, qaydaları tam bilmək və obyektiv qərar vermək əsasdır. Bu sahənin məsuliyyəti çoxdur, amma mən bu çətinlikləri sevirəm və öhdəsindən gəlməyə çalışıram.

- Oğlanların yarışını idarə etmək çətindir, yoxsa qızların?

- Oğlanlarda döyüşlər daha aktiv keçir. Onlar medalı qazanmaq üçün daha böyük istəklə mübarizə aparırlar. Qızlarda isə döyüşlər bir qədər passiv gedir. Bu, əlbəttə ki, çəkidən də çox asılıdır. Yuxarı çəki kateqoriyalarında hətta bəzən oğlanların döyüşləri də bir az zəif keçir. Amma aşağı çəkilərdə, xüsusilə oğlanlar arasında mübarizə daha aqressiv olur. Ümumiyyətlə, oğlanlarda döyüş ruhu və rəqabət hissi daha güclüdür. Taekvondo cəmiyyətində də idmana daha çox oğlanlar üstünlük verirlər. Qızlara da dəstək verilir, amma reallıqda bu dəstək hələ istənilən səviyyədə deyil. Hazırda qızlar arasında döyüşlərin temp və aktivliyi oğlanlarla müqayisədə nisbətən aşağıdır.

- Hakimlik karyeranızda ən böyük arzunuz nədir?

- Qarşıma qoyduğum əsas məqsəd beynəlxalq dərəcəli hakim olmaqdır. Hazırda milli dərəcəli hakim kimi yalnız ölkə daxilində, yəni Bakı və ya regionlarda keçirilən yarışlarda iştirak edə bilirəm. Amma beynəlxalq dərəcəli hakimlik insana ölkə xaricində keçirilən turnirlərdə iştirak imkanı qazandırır. Bu isə həm daha çox təcrübə, həm də daha geniş arenada özünüsübut deməkdir. Ümid edirəm ki, bu hədəfə də çatmaq qismət olar.

- Yəqin ki, özünüzü Olimpiya Oyunlarında görmək istərdiniz. Azərbaycanda buna nail olan qadın hakimimiz yoxdur...

- Düzdür, istər qadın, istər kişi olsun, hər bir hakimin ən böyük arzusu Olimpiya Oyunlarında görüş idarə etməkdir. Bu, böyük məsuliyyət və qürur hissidir. Azərbaycanda taekvondo üzrə yalnız Aygül Abdullayeva mötəbər yarışlarda ədaləti təmsil edib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu turnirlərdə yalnız idmançılar deyil, hakimlər də diqqət mərkəzində olur. Necə ki, idmançı yarışa çıxanda həyəcanlanır, eləcə də biz hakimlərdə bu baş verir. Çünki orada lisenziyalı, yüksək nəticələr göstərmiş idmançılar döyüşürlər və belə görüşləri idarə etmək insana həqiqətən də böyük qürur verir.

- Bu yaxınlarda taekvondo üzrə ölkə çempionatı və birinciliyində ən yaxşı qadın hakim seçildiniz. Bu barədə təəssüratlarınız necədir?

- Əslində bunu gözləyirdim. Açığı, məqsədim ən yaxşı hakim olmaq deyil, bir döyüşü düzgün və ədalətli şəkildə idarə etmək, təcrübə qazanmaq idi. Yenə də ən yaxşı seçilmək mənim üçün gözəl an oldu. Deməli, artıq müəyyən səviyyəyə çatdığım üçün bu uğura nail olmuşam. Bununla bağlı ən xoş təəssüratım isə bu xəbərə ən çox sevinən anam və yaxın ətrafımın reaksiyası oldu. Onlar “sən bu ada layiq idin” deyirdilər və bu, məni çox xoşbəxt edirdi.

- Bayaq qeyd etdiniz ki, atanız əcnəbidir...

- Bəli, onun bir tərəfi Hindistandan, bir tərəfi Belçikadandır.

- Maraqlıdır, üç fərqli mədəniyyətin nümayəndəsi olmaq gündəlik həyatınıza, dünyagörüşünüzə və ya idmana yanaşmanıza necə təsir edir?

- Azərbaycanda doğulub böyümüşəm və buranın mədəniyyətinə tam uyğunlaşmışam. Amma düşüncə tərzi olaraq özümü Avropaya daha yaxın hiss edirəm. Bəzən insanlar da məni görən kimi əcnəbi olduğumu düşünürlər. Əsasən slavyanlara bənzədirlər. Avropa mentaliteti və həyat tərzi mənə bir qədər yaxın gəlir. Fikrimcə, onlar daha sərbəst və müasirdirlər. Mən də bu baxımdan özümü onlara yaxın hiss edirəm. Amma həyatıma hansısa ciddi təsir göstərmir. Çünki nəticədə Azərbaycanda böyümüşəm və buradakı dəyərlərə də uyğun yaşayıram.

- Valideynləriniz necə tanış olublar?

- Valideynlərim yarış zamanı tanış olublar. Bildiyimə görə, anam Fransada keçirilən yarışdan qayıdırmış. Atam isə onu hava limanında görüb və oradaca tanış olublar. Sonra atam işlə bağlı Bakıya gəlib və münasibətləri davam edib.

- Hindistan və ya Belçika dilində danışa bilirsiniz?

- Atamın danışdığı dili bilmirəm. Amma biz bir-birimizlə əsasən ingilis dilində danışırıq. Bəzən rus dilində də ünsiyyət qururuq. Lakin evdə ən çox ingilis dili işlədilir.

- Hakim olmaq istəyən gənc qızlara hansı məsləhətləri verərdiniz?

- Hansı sahəyə, hansı idman növünə həvəsləri varsa, o istiqamətdə davam etsinlər. İnkişaf edib irəliləsinlər. Məsələn, əgər həqiqətən də idmana maraqları varsa, sadəcə prestijə görə təhsil almasınlar. Çünki ora onların aid olduğu yer deyil. İnsan sevdiyi işlə məşğul olmalıdır ki, səhər yuxudan duranda “nə üçün işə gedirəm” demək əvəzinə “yaxşı ki, bu gün də işə gedirəm” deyə bilsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Yanvar 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri