Icma.az
close
up
RU
27 ölkədən yalnız biri Aİ sammitində Ukraynaya dəstək bəyannaməsi ilə bağlı razılığa gələ bilməyib

27 ölkədən yalnız biri Aİ sammitində Ukraynaya dəstək bəyannaməsi ilə bağlı razılığa gələ bilməyib

Icma.az, Oxumeni.az portalına istinadən məlumatı açıqlayır.

27 ölkədən yalnız biri Aİ sammitində Ukraynaya dəstək bəyannaməsi ilə bağlı razılığa gələ bilməyib

.Aİ-nin 27 dövlətindən 26-nın lideri martın 6-da Brüsseldə keçirilən sammitdə Ukraynaya dəstək bəyannaməsi ilə bağlı razılığa gəlib. Yalnız Macarıstanın baş naziri Viktor Orban qərara səs verməkdən imtina edib

Bəyannamədə Aİ-nin sülhməramlı əməliyyatlarda iştirak etdiyi Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) mexanizmi çərçivəsində Ukraynada potensial sülhməramlıların yerləşdirilməsinə dəstəkdən bəhs edilir.

“Hərtərəfli, ədalətli və davamlı sülhə dair danışıqların işığında Avropa İttifaqı və Üzv Dövlətlər beynəlxalq hüquq normalarına uyğun olaraq, öz səlahiyyətləri və imkanları əsasında, xüsusən də Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) alətlərinin mümkün istifadə imkanlarını araşdırmaqla təhlükəsizlik təminatlarına əlavə töhfə verməyə hazırdırlar”, - sənəddə deyilir.

Aİ-nin 27 üzvündən 26-sı da Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə davamlı və sarsılmaz dəstəyini təsdiqlədi.

Avropa liderləri bəyannamədə qeyd ediblər ki, atəşkəs yalnız “hərtərəfli sülh sazişinə aparan prosesin bir hissəsi kimi baş verə bilər və istənilən belə razılaşma Ukrayna üçün gələcək Rusiyanın təcavüzünün qarşısını almağa kömək edəcək etibarlı təhlükəsizlik zəmanətləri ilə müşayiət olunmalıdır”.

Sənəddə həmçinin bildirilir ki, sülh Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında olmalıdır. Qeyd olunur ki, Ukraynasız və Avropasız Ukrayna ilə bağlı danışıqlar aparıla bilməz.

Bununla belə, Orbanın bəyannaməyə səs verməkdən imtina etməsi o deməkdir ki, o, Aİ sammitinin rəsmi nəticələrinə daxil edilməyəcək, lakin “26 üzv dövlət tərəfindən qəti şəkildə dəstəklənərək” həmin nəticələrə əlavələrdə yer alacaq.
Xatırladaq ki, martın 6-da Brüsseldə Avropa Şurasının xüsusi iclası keçirilib. Ukrayna prezidenti Vladimir Zelenski də orada olub.

Aİ liderlərinin sammiti Avropanın müdafiə xərclərinin artırılmasına və Ukraynaya yardıma həsr olunub. Digər məsələlərlə yanaşı, Aİ liderləri Ukraynada davamlı sülhün təmin edilməsi üçün lazım olan təhlükəsizlik zəmanətlərinə Avropanın töhfəsini müzakirə ediblər.

Xüsusilə, sammitdə Aİ-yə üzv olan 27 dövlətin hamısı bu yaxınlarda Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən təqdim edilən Avropanın yenidən silahlanması planı ilə bağlı razılığa gəlib. Plan 800 milyard avronun səfərbər edilməsini nəzərdə tutur və müdafiə ehtiyacları üçün 150 milyard krediti əhatə edir.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 07 Mart 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri