282 sərnişin ölümlə üz üzə qaldı ABŞ da təyyarə havaya qalxmadan alovlandı
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Florida ştatında yerləşən Orlando Beynəlxalq Hava Limanında “Delta Airlines” aviaşirkətinə məxsus “Airbus A330” tipli sərnişin təyyarəsi havaya qalxmazdan əvvəl yanmağa başlayıb.
Lent.az xəbər verir ki, bu barədə "CBS News" federal mülki aviasiya administrasiyasına istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı təyyarə artıq uçuş-enmə zolağında dayanıb və uçuşa hazır vəziyyətdə olub.
Məlumata görə, təyyarənin iki əsas mühərrikindən birində alov müşahidə edilib.
Ekipaj sərnişinləri dərhal fövqəladə evakuasiya yastıqları vasitəsilə təxliyə edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın tez bir zamanda lokallaşdırılaraq söndürülüb.
Qeyd edək ki, təyyarədə 282 sərnişin, 10 bort bələdçisi və 2 pilot olub.
Baxış sayı:99
Bu xəbər 21 Aprel 2025 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















