Icma.az
close
up
RU
3 oktyabr Dövlətçiliyin xilası və sabitliyin bərpası günüdür

3 oktyabr Dövlətçiliyin xilası və sabitliyin bərpası günüdür

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1993-cü il oktyabrın 3-ü Azərbaycan xalqının tarixi taleyində dönüş nöqtəsi oldu. O gün keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövlətçiliyinin yaşaması, dirçəlişi və inkişafı üçün həyati əhəmiyyət daşıyırdı. Xalq öz müdrik seçimində yanılmadı – Ulu Öndər Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçməklə dövlətin məhv olmaq təhlükəsini aradan qaldırdı, qüdrətli və əbədi müstəqil Azərbaycanın təməlini qoydu. Ulu Öndərin seçkidən sonra söylədiyi sözlər bu missiyanın mahiyyətini tam əks etdirirdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” Bu, təkcə siyasi şüar deyildi – xalqla birlikdə gələcəyə ünvanlanmış tarixi bir and idi. Müstəqilliyin ilk illərində Azərbaycan ən ağır sınaqlardan keçirdi. 20 Yanvar, Xocalı kimi faciələr, Laçın və Şuşanın işğalı, ölkə ərazisinin 20 faizinin itirilməsi, siyasi xaos və vətəndaş müharibəsi təhlükəsi dövlətçiliyi məhv olmaq astanasına gətirmişdi. Hərc-mərclik, qeyri-peşəkar idarəetmə və şəxsi maraqlara qurban verilmiş siyasət xalqın ümidlərini puça çıxarmışdı. Belə bir zamanda xalqın xilası üçün yeganə ümid ünvanı Ulu Öndər Heydər Əliyev idi. 1993-cü ilin iyununda Bakıya dəvəti, Gəncəyə gedişi, qiyamın qarşısını alması, iyulda Ali Sovet Sədri seçilməsi və nəhayət, 3 oktyabrda xalqın iradəsi ilə Prezident kürsüsünə oturması müasir Azərbaycanın yeni tarixinin başlanğıcı oldu.  Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən sonra ilk vəzifə kimi ictimai-siyasi sabitliyin bərpasını qarşıya qoydu. Qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Sabitliklə birlikdə iqtisadi islahatların əsası qoyuldu, ordu quruculuğuna başlanıldı, Azərbaycanın suveren mövcudluğu real məzmun qazandı. Ümummilli Liderin qətiyyətli addımları nəticəsində ölkə dünya birliyində tanındı, beynəlxalq təşkilatlarda nüfuz qazandı. Ən əsası isə, Azərbaycan xalqının itirilmiş inamı, sabaha ümidləri bərpa edildi.

Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, dünya siyasəti üçün də fövqəladə bir fenomen idi. Realist baxışları, praqmatik yanaşmaları, tarazlaşdırılmış siyasəti, müdrikliyi və natiqlik məharəti ona “siyasət qrosmeysteri”, “siyasət patriarxı” kimi adlar qazandırmışdı. Onun idarəetmə üslu peşəkarlıq, uzaqgörənlik və milli maraqlara sədaqət üzərində qurulmuşdu. Azərbaycançılıq ideologiyasının formalaşdırılması ilə xalqı bir amal ətrafında birləşdirdi, dövlətçiliyin mənəvi dayaqlarını möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə demokratik hüquqi dövlət quruculuğunun əsası qoyuldu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya Azərbaycan tarixində ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini, hakimiyyət bölgüsünü və hüquqi dövlət prinsiplərini təsbit etdi. Eyni zamanda, “Əsrin müqaviləsi” ilə Azərbaycanın enerji siyasəti dünya iqtisadiyyatına inteqrasiya etdi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri kimi nəhəng layihələr reallaşdı. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artırdı, regionun lider dövlətinə çevrilməsinə zəmin yaratdı.

Ulu Öndər Heydər Əliyev öz tarixi missiyasını andiçmə mərasimindəki sözlərlə ifadə etmişdi: “Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcəyəm.” Bu xidmət ömrünün sonunadək davam etdi və nəticədə xalqının yaddaşında qurucu və xilaskar lider kimi əbədi yaşadı. Bu gün isə həmin siyasətin davamçısı cənab Prezident İlham Əliyev müstəqilliyin qorunub saxlanmasını, ərazi bütövlüyünün bərpasını təmin etdi. 2020-ci ilin Zəfəri Ulu Öndər Heydər Əliyev kursunun parlaq nəticəsi oldu. 3 oktyabr 1993-cü il sadəcə bir seçki günü deyildi – Azərbaycanın xilası, dövlətçiliyin yenidən doğuluşu idi. O gün verilən qərar bu günün qüdrətli, müstəqil, qürurlu Azərbaycanını yaratdı. Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Azərbaycanın müstəqilliyi əbədidir və dönməzdir. Bu müstəqilliyi qorumaq isə hər birimizin borcudur. Çünki o gün xalqın iradəsi ilə yazılan tarix artıq bütün bir millətin gələcəyinə çevrilmişdir.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri