Icma.az
close
up
RU
“Gəncədəki atmosfer sanki avrokubok matçını xatırladırdı”

“Gəncədəki atmosfer sanki avrokubok matçını xatırladırdı”

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının XII turunda səfərdə “Kəpəz”lə qolsuz bərabərliyə (0:0) razılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə oyun haqqında fikirlərini bölüşdü:

– “Kəpəz” rəhbərliyinə, azarkeşlərinə yaratdıqları atmosferə və komandanın sərgilədiyi futbola görə təşəkkür edirəm. Həqiqətən də sanki Avropada, avrokuboklar qarşılaşmasında idik. Matçdan bir saat əvvəl meydana çıxmışdıq və həmin ab-havanı artıq hiss edirdik. Əsl futbol üçün hər bir şərait var idi. Futbolçularıma təşəkkür edirəm. Qələbə üçün sona qədər hər şeyi etməyə çalışdılar. Azarkeşlərimiz də burada idi və sona qədər dəstəklərini əsirgəmədilər. Deyəcək əlavə söz yoxdur; heç kim məğlub olmaq istəmirdi. Göstərdikləri istəyə görə ən azından uduzmamağa haqq etdilər. Özümüzə gəldikdə, geriyə addım yoxdur, ancaq irəliləməyə çalışacağıq. Növbəti oyunlara daha pozitiv köklənəcəyik. Bizə qarşı həmişə hansısa taktiki dəyişikliklər edilir, istək çox yüksək olur. Azarkeş marağı da böyükdür. Bu da “Qarabağ”a verilən dəyəri göstərir. Əvvəlki matçlarda da çempionatın gücünü hiss etmişdik. Get-gedə çempionatın səviyyəsini tam hiss etməyə başlayırıq, yeni gələn futbolçular da bu mühitə uyğunlaşır. Geriyə addım yoxdur, ancaq irəli baxacağıq. Bir daha aydın oldu ki, bir az da məsuliyyətli olmalıyıq. İnanıram ki, qarşıdakı oyunlarda daha güclü kollektiv görəcəksiniz və uğurlu nəticələr əldə edə biləcəyik.

– Stadiondakı atmosferdən danışdınız. Bu ab-hava sizi hansı illərə geri qaytardı?

– Təbii ki, əvvəlki illəri xatırlatdı. Bu stadionun keçmiş vaxtlarında da oyunumuza 25 minə yaxın azarkeş gəlmişdi, hətta rekord qeydə alınmışdı. Burada azarkeş həmişə olub, qarşılaşmalara hər zaman gəliblər, xüsusilə də bizim matçlarımıza. O vaxtkı “qızıl oyun”un da ab-havası hiss olunurdu. 2004-cü ildəki qarşılaşmada da stadion tam dolmuşdu. Sona qədər də atmosfer yaxşı oldu. Meydançanın vəziyyəti də yaxşı idi, tribunalar da dolu. Azarkeşlərin futbol  mədəniyyəti də yüksək səviyyədə idi. Mənim üçün xoş oldu ki, oyunun gedişatında heç bir nalayiq ifadə səsləndirilmədi, sırf futbola azarkeşlik gördük.

– Bruno Lanqanın ehtiyatda qalması nə ilə bağlıdır?

– Həm Lanqa, həm də Sefas milli komandaların düşərgəsindən qayıtmışdılar, uzun yol qət etmişdilər. Buna görə ehtiyatlı davranırdıq. Sefası meydana buraxanda da narahat idim. Lanqa daha təcrübəlidir. Sefas isə komandaya yeni-yeni öyrəşməyə başlayırdı, sonradan millinin düşərgəsinə yollandı və bir neçə gün bizimlə olmadı. İstəyirdik ki, bu gün kollektivlə birlikdə meydanda oynasın, özünü daha rahat və sərbəst hiss etsin. Millidən qayıdan oyunçuları meydana buraxmağa ehtiyat edirdim, çünki bir çoxu hər iki matçda oynamışdı. Reda Xardanı isə ümumiyyətlə meydana buraxmadım.

– Beş oyunluq qələbəsizlik seriyası var. Bu, sizə böyük problemlər yarada bilər?

– Əlbəttə ki, beş oyun qalib gələ bilmiriksə, bu, artıq problemdir. Üstəlik, xallarımız da gedir. Bununla razılaşmaya bilmərəm. Bəlkə qarşıdakı matçlarda da xal itkilərimiz olacaq.

– Bəhlul Mustafazadənin geri qayıdışı haqda nə düşünürsünüz?

– Bəhlul 8 aydır ki, meydanlardan uzaq idi. Millinin son fasiləsinə kimi yaxşı səviyyəyə gəlmişdi, əvəzedici komandamızda da oynadı. Düzünü desəm, bu gün onun 60 dəqiqə meydanda qalmasını planlaşdırırdım. Söhbət etdik, özünü normal hiss edirdi. Sonlara yaxın yorulmuşdu, amma inanıram ki, ciddi bir şey olmaz, sona qədər dözdü. Onun da bu çempionatı, bu oyunları yenidən hiss etməsi mənim üçün müsbət haldır. Bəhlulun topu qapı xəttindən çıxarmasına gəlincə, o, bunu ən yaxşı bacaran oyunçularımızdandır. Rəqibdə də belə epizod oldu, amma Bəhlul bunu daha yaxşı bacarır.

– Milli komandamız Millətlər Liqasında ümumilikdə 2-ci yeri tutdu. Bunu nə dərəcədə uğurlu hesab etmək olar?

– Birinci yer elə birinci yerdir, onu dəyərləndirmək lazımdır. Onsuz da bu cür böyüyürsən. Çempionluq, birinci yer hər məşqçiyə və hər futbolçuya nəsib olmur. Liderliyi, çempionluğu hiss edirsənsə, gələcəyə baxmaq daha rahat olur. Buna dəyər vermək lazımdır. Millimizi təbrik edirəm, halal olsun.

– Qış transfer pəncərəsi zamanı yeni hücumçu gətirməyi planlaşdırırsınızmı?

– İlk olaraq, əlimizdə olan oyunçuları daha yaxşı vəziyyətə gətirməliyik. Digər tərəfdən, axtarışlarımız ilboyu davam edir. Transferlərdən bir-ikisi gələn kimi uğurlu olursa, bu, böyük üstünlük sayılır. Olmursa, bəzi futbolçulara daha çox vaxt lazım gəlir. Hər halda, heyətimizi genişləndirmək istəyirik, danışıqlar gedir. Amma bu o demək deyil ki, uğursuzluğu və məsuliyyəti transferlərin üzərinə atırıq. Bu futbolçuları da inanaraq gətirmişik, onlara güvənirik. Bu heyətlə daha keyfiyyətli oyunlar göstərməyə layiqik.

Ayxan Zayıdzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Noyabr 2026 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri