Icma.az
close
up
RU
“40 il öncə təhsilə başladığım bu binada bir daha tələbə olmaq istədim... BSU da...”

“40 il öncə təhsilə başladığım bu binada bir daha tələbə olmaq istədim... BSU da...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Çünki bu məkanı nəinki 40 il öncəki, cəmi 4 il bundan əvvəlki ilə də müqayisədə tamamilə, büsbütün dəyişik, daha gözəl, daha rahat, daha həvəsləndirici gördüm. Vestibüldən tutmuş şəffaf auditoriyalar, oxu zalları, kitabxanayadək hər şey valeh etdi məni...”

“1992-ci ilin martında - Xocalı soyqırımından sonra Azərbaycanda ilk tələbə könüllü dəstələrindən biri olan və rəsmən Müdafiə Nazirliyinin Laçındakı 811 saylı alayının tərkibində qeydiyyatdan keçən 37 nəfərlik əlahiddə bölük bu sətirlərin müəllifi və dostlarının təşəbbüsü, rəhmətlik rektor Firudin Hüseynovun, sabiq prorektor Ədalət Məmmədovun, müəllim Babaşah Babayevin dəstəyi ilə məhz həmin binada yaradılıb və oradan cəbhəyə yola salınıb...”

İndi "Bakı Slavyan Universiteti" adlanan bu təhsil ocağının binasına ilk dəfə düz 40 il öncə - 1985-ci ilin iyul ayında o vaxt Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu adlanan ali məktəbə qəbul sənədlərimi və imtahanları verərkən daxil olmuşdum. Daha sonra iki il hərbi xidmət müddəti istisna olmaqla, düz 1992-ci ilin iyununadək, yəni 5-ci kursu bitirənədək o məkana ayaq basmışam. Gəncliyimin həm ən qaynar, bəzən də çətin, kəşməkeşli çağları məhz o ali məktəblə bağlı olub. SSRİ-Rusiya imperiyasından ayrılıb müstəqil Azərbaycan dövlətçiliyinin bərpa edilməsinə doğru aparan, eyni zamanda Qarabağın işğalına qarşı yönəlmiş Milli Azadlıq Hərəkatının ən tüğyan edən epizodunu - 1988-ci ilin noyabrından başlanan Meydan hərəkatını məhz indiki Bakı Slavyan Universitetinin binası ilə əlaqəli şəkildə yaşamışam...

Günlərlə Azadlıq meydanında müəllimlərimizlə birgə odeyala bürünərək ocaq başında gecələyib səhər tezdən hisli-paslı şəkildə bu dəfə auditoriyalarımızda onların hüzuruna elm öyrətməyə qayıtmışıq... O günlər bizi auditoriyalarımızın təmirsiz, partalarımızın köhnə olması narahat etmirdi... Biz məhz bu günləri 30- 40 il sonrakı müstəqil dövlətimizdə ən gözəl şəkildə təmir olunmuş, ən müasir texnologiylarla təchiz olunmuş auditoriyalar, kitabxanalar, laboratoriyalar, idman zallarında təhsil alacaq, elm öyrənəcək gələcək nəsillərimizin  xəyalıyla yaşayırdıq...  

1992-ci ilin martında- Xocalı soyqırımından sonra Azərbaycanda ilk tələbə könüllü dəstələrindən biri olan və rəsmən Müdafiə Nazirliyinin Laçındakı 811 saylı alayının tərkibində qeydiyyatdan keçən 37 nəfərlik əlahiddə bölük(keçm. “vzvod”) bu sətirlərin müəllifinin və qrup yoldaşı Elşadın təşəbbüsü, dostu Fərhadın yardımı, rəhmətlik rektor Firudin Hüseynovun, sabiq prorektor Ədalət Məmmədovun, müəllim Babaşah Babayevin dəstəyi ilə  ilə məhz həmin binada yaradılıb və oradan cəbhəyə yola salınıb...

Bu ali məktəbin iclas zalında dəfələrlə həm elmi çıxışlar etmişəm, həm də ədəbiyyat gecələrində öz yazdığım şeirləri oxumuşam... Bir sözlə, həyatımın ən maraqlı, düşündürücü, bəzən güldürən, bəzən kədərləndirən, odlayıb-yaxan xatirələri bu məkanla bağlı olub... Və on illər sonra hər dəfə BSU binasına bu xatirələr yükü ilə  daxil olarkən yaşanan hisslər, duyğular həm sevindirici, həm də kədərli notlarla zənginləşib...

Sonuncu dəfə isə o binaya səhv etmirəmsə, 2021-ci ildə olmuşdum. Əlbəttə, həmin vaxtadək də o məkan sovet dövrünün sonu və müstəqilliyimizin ilk illərində təhsil aldığım bina ilə müqayisədə xeyli dəyişilmişdi, gözəlləşmişdi. Fəqət, bir neçə gün öncə - Qarabağ müharibəsi veteranı olan bir dostumla görüş üçün yollandığım BSU binasında tamamilə fərqli, fərəh, sevinc dolu duyğular yaşadım. Çünki bu məkanı nəinki 40 il öncəki, cəmi 4 il bundan əvvəlki ilə də müqayisədə tamamilə, büsbütün dəyişik, daha gözəl, daha rahat, daha həvəsləndirici gördüm. Vestibüldən tutmuş şəffaf auditoriyalar, oxu zallarınadək hər şey valeh etdi məni... Xüsusən kitabxana xoşuma gəldi; tam Avropa üslubunda, tələbələr istəsə, masa arxasında əyləşib oxuyur, istəsə, divanda söykənib, yerdə döşəkdə mütəkkəyə dirsəklənib mütaliə edir, çay, qəhvə içir və oxuduqlarını müzakirə edirlər... İnanırsız, bu mənzərəni görəndən sonra bir daha imtahan verərək BSU-ya qəbul olmaq və bu binada təhsil almaq eşqi yarandı qəlbimdə... İnşallah, çalışacam rəhbərlikdən izn alaq, digər tələbə yoldaşlarımla birgə 40 il öncə təhsil almağa başladığımız və 33 il öncə bitirdiyimiz bu əziz məkanı kollektiv şəkildə ziyarət edək, müəllim və tələbə kollektivi ilə görüşlər keçirək...

Düzdü, bir çox ziyalılarımız təşəbbüs qaldırır ki, artıq Bakı Slavyan Universitetinin adının da, missiyasının da dəyişdirilməsinin vaxtı çatıb. Yəni o mənadakı sovet dövründə bu təhsil ocağı “Rus Dili və Ədəbiyyatı İnstitutu” adlanmaqla Moskvanın, imperiyanın maraqlarına uyğun kadrlar yetişdirməyə istiqamətlənib.  Müstəqillik dövründə isə Slavyan Universiteti adlandırılsa, “rus” sözü “slavyan” sözü ilə əvəz edilsə də, Moskvaya yaxınlıq missiyası hələ də davam edir. Əlbəttə, milli dövlətçilik maraqları baxımından bu fikirlərlə də razılaşmalıyıq. Və sözügedən ali məktənin adının profilinə uyğun şəkildə dəyişdirilməsi məsələsi haqda, yəqin ki, Elm və Təhsil Nazirliyi və daha yuxarılarda da düşünürlər və bu gələcəyin işidir. Ancaq söhbət öncə formadan yox, məzmundan gedir. Və bu mənada mən azı ötən 40 il  ərzində şahidiyəm ki, bu təhsil ocağının divarları arasında Azərbaycan üçün minlərlə vətənpərvər, milli qeyrətli oğul-qız yetişib ki, onlar canlarını nəinki həmin Rusiya imperiyasından qurtulmaq üçün meydanlarda, hətta elə o imperiyanın dəstəyi ilə torpaqlarımızı işğal etməyə çalışan düşmənlərə qarşı silahlı savaşda da canlarını fəda etməyə hazır olub və ediblər də... İkincisi də, bu gün konkret söhbət Bakı Slavyan Universitetində gənc nəsil üçün yaradılmış ali təhsil almaq, elmlərə yiyələnmək şəraitindən gedir ki, etiraf edək ki, bu cür ab-hava, şərait adları milli maraqlarımıza uyğun gələn bir çox ali məktəblərdə yoxdur... 

Bir sözlə, fakt odur ki, budəfəki ziyarətimdə BSU-dakı tələbələrdə bir azadlıq ruhu, təhsil, elm həvəsi gördüm və içimdə böyük bir inam yarandı ki, binanın bu zahiri gözəlliyinə, çağdaşlığına nail ola bilmiş  rəhbərlik bu ali məktəbi batində də, yəni elm və təhsil səviyyəsinə görə də dünya miqyasında ad qazana biləcək bir müqəddəs elm məkanına, təhsil ocağına çevirə bilər...

Uğurlar ola!..

Sultan Laçın 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri