Icma.az
close
up
RU
“400 lər klubu”nda Mbappe kimdən geri qalır?

“400 lər klubu”nda Mbappe kimdən geri qalır?

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Real Madrid”in hücumçusu Kilian Mbappe karyerasında 400-cü qolu vuraraq adını futbol tarixinə yazdırıb.

İdman.Biz xəbər verir ki, Mbappe bu göstəriciyə 26 yaş və 328 gündə XXI əsrin ən gənc futbolçusu kimi düşüb.

Hücumçu bu tarixi mərhələni Fransanın Ukrayna üzərində 4:0 hesablı qələbəsində vurduğu dubl ilə gerçəkləşdirib.

Lakin yaş faktoru nə qədər təsirli olsa da, Mbappe 400-cü qolunu vurmaq üçün 537 oyuna ehtiyac duyub və XXI əsrdə bu göstəriciyə görə ikinci yerdədir.

Müasir dövrün ən sürətli 400-cü qol rekordu isə Lionel Messiyə məxsusdur. O, 400 qola cəmi 525 matçda çatıb və bunu 27 yaş 95 gündə edib. Messinin inanılmaz qol tempi əlçatmaz görünürdü, lakin Mbappe ona heyrətamiz dərəcədə yaxınlaşıb. 400-cü qolunu daha gənc yaşda vursa da, buna çatmaq üçün cəmi 12 oyun çox keçirib.

Digər ulduzlar isə bu zirvəyə daha çox matçla çatıblar. Harri Keyn 400-cü qolunu 631 matçda vurub, bu nailiyyəti “Bavariya”dakı dönəmində əldə edib. Robert Levandovski bu rəqəmə çatmaq üçün 643 matç oynayıb və Avropanın ən məhsuldar hücumçularından biri kimi mövqeyini möhkəmləndirib.

Kriştianu Ronaldu və Neymar 400-cü qola 653 matçda çatıblar və müvafiq olaraq 28 yaş 335 gündə və təxminən 30 yaşda bu göstəriciyə imza atıblar.

Mbappenin uğuru tarixi kontekstdə nəzərdən keçirildikdə aydın olur ki, bu zirvəyə tez çatmaq həqiqətən nadir hadisədir. Mbappe XXI əsrdə ən gənc olsa da, tarixdə ən sürətli 400-lüyün sahibi hələ də Peledir. O, buna cəmi 23 yaş 4 gündə nail olub. Ferens Puskas, Gerd Müller, Eysebio və Romario kimi əfsanələr də yüzlərlə qolu inanılmaz templə vurublar. Puskas rəsmi 792 oyunda oyuna bir qol ortalamasından belə yüksək göstəriciyə malik olub.

Mbappenin karyera rəqəmlərinə baxsaq, o, “Monako”da 27 qol, PSJ-də 256 qol, “Real Madrid”də 62 qol və Fransa millisində 55 qol vurub. Daha maraqlısı isə odur ki, onun 100-cü, 300-cü və 400-cü karyera qollarının hamısı Fransa millisinin formasında gəlib. 55 beynəlxalq qolla Mbappe Olivye Jirunun “Fransa tarixinin ən yaxşı bombardiri” rekorduna cəmi iki qol qalıb.

Mbappe 400-cü qolu barədə danışarkən bildirib ki, “bu, insanları təsirləndirmir”.

“Əgər insanları şoka salan oyunçular sırasında olmaq istəyirsinizsə, daha 400 qol vurmalısınız. kiminsə 950-dən çox qolu var, kiminsə 900-dən çox. 400 dünyanı həqiqətən şoka salan futbolçular arasında olmaq üçün kifayət deyil”, - deyə Mbappe bildirib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri