“Məni Rafinya ilə səhv salırlar” “Sabah”ın futbolçusundan maraqlı etiraf
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Sabah”ın braziliyalı yarımmüdafiəçisi Du Keyruş xarici görünüşünə görə dünya futbolunun ulduzlarından sayılan Rafinyaya bənzəyir.
Özü də bu oxşarlıqdan xəbərdardır və insanların onu tez-tez “Barselona”nın futbolçusu ilə səhv saldığını deyir. Hətta braziliyalı futbolçu Dubayda istirahətdə olarkən küçədə ona yaxınlaşanların Rafinya deyə müraciət etməsi Du Keyruşu təəccübləndirib.
“Sabah”ın yarımmüdafiəçisi bu barədə “TNT Sports” telekanalına açıqlamasında danışıb:
“Bəli. Rafinya fiziki görünüşünə görə mənə çox oxşayır. İnsanlar da tez-tez bizi müqayisə edirlər.
Küçədə çox adam mənə yaxınlaşıb “Ay, Rafinya, Rafinya” deyir. Dubaya getmişdim, orada da çox adam məni Rafinyaya oxşadırdı.
Mən Rafinya deyiləm, o, böyük futbolçudur və çox yaxşı insandır. “Sabah” - “Barselona” qarşılaşmasından sonra formasını mənə hədiyyə etdi. Ona təşəkkür edirəm və karyerasında uğurlar arzulayıram”. (sportinfo.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Noyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















