43 təyyarə İstanbula enə bilmədi
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin İstanbul şəhərində güclü yağış və külək hava nəqliyyatında fasilələrə səbəb olub. İstanbul hava limanına enə bilməyən 43 təyyarə alternativ hava limanlarına yönləndirilib.
“Qafqazinfo” “Anadolu”ya istinadən xəbər verir ki, təyyarələrdən 39-u Türkiyənin müxtəlif şəhərlərinə, 4-ü isə Tehrana, Burqasa və Afinaya istiqamətləndirilib.
Daxili reyslərdən 16-sı Ankara Esenboğa, 8-i Sabiha Gökçen, 10-u İzmir Adnan Menderes, 2-si Balıkesir Koca Seyit, 2-si Çanaqqala, 1-i isə Antalya hava limanına yönləndirilib.
Güclü külək səbəbindən Sabiha Gökçen hava limanında da uçuşlarda fasilə yaranıb. Saat 21:42-də dayandırılan əməliyyatlar 22:02-də bərpa olunub. Bu müddətdə üç təyyarə Ankara Esenboğa hava limanına yönləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 15 Oktyabr 2026 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















