Icma.az
close
up
RU
44 gün ərzində Qarabağı azad etdik, indi isə... AÇIQLAMA

44 gün ərzində Qarabağı azad etdik, indi isə... AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Dövlətimizin başçısı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatına (FIFA U-20 World Cup) hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.

Bəs Azərbaycanın FIFA U-15 və FIFA U-20 dünya çempionatlarına ev sahibliyi etməsi və bu turnirlərə hazırlıq prosesinin yüksək səviyyədə aparılması ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a bölüşən idman jurnalisti Orxan Sübhan öncə bildirdi ki, o, bir neçə gün əvvəl Litvadan qayıdıb:

"Milli komanda ilə birlikdə səfərə getmişdim. Stadionlarla maraqlandım. Dedilər ki, məsələn, ölkənin ən böyük stadionu Kaunas şəhərindədir. Kaunas ölkənin ikinci böyük şəhəridir. Paytaxt Vilnüs olsa da, orada milli komanda səviyyəsində normal bir stadion yoxdur. Elementar bir nümunə deyirəm, yəni paralellər aparmaq istəyirəm. Məsələn, Azərbaycanda Gəncədə son illər tikilib istifadəyə verilən yeni stadion, ondan əvvəl isə Sumqayıtda istifadəyə verilən Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu var. Yəni bunlar artıq praktikada mövcuddur. Tikintinin sürətlə davam etməsi onu göstərir ki, biz ümumiyyətlə xalq, millət və dövlət olaraq qısa müddət ərzində çox şeyə nail olmuşuq. Məsələn, 44 gün ərzində Qarabağı işğaldan azad etdik. Üstəlik, son 6 il ərzində Qarabağda tikilib istifadəyə verilən binalar, şəhərlər, kəndlər və digər layihələr də bunun nümunəsidir. Çox qısa müddət ərzində bunların həyata keçirilməsi göstərir ki, biz doğrudan da çox böyük işlərin öhdəsindən gəlirik".

Ekspert qeyd etdi ki, hazırda ölkəmizdə həm 15 yaşadək oğlanlar arasında dünya çempionatı, həm də 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatı ilə bağlı hazırlıq işləri aparılır:

"Bununla bağlı hazırlıq işləri doğrudan da o qədər yüksək səviyyədə həyata keçirilir ki, qısa müddətdə artıq hər şey hazır olacaq. Üstəlik, bir şeyi də deyim: cənab prezident futbolu həqiqətən çox sevir. Onun tez-tez futbol adamları ilə, beynəlxalq dərəcəli futbol mütəxəssisləri ilə, həmçinin FIFA və UEFA prezidentləri ilə görüşləri, üstəlik, adı çəkilən, bayaq qeyd etdiyim dünya çempionatlarının Azərbaycanda keçirilməsi ölkəmiz adına böyük uğurdur. Ona görə də biz bu işin öhdəsindən layiqincə gələcəyimizə əminik. Çox sürətlə gedən proseslər də onu göstərir ki, ölkədə idmana həqiqətən böyük qayğı və diqqət var".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri