Icma.az
close
up
RU
44 günə işğala son qoyan ölkə Qərbi Azərbaycana qayıdışa da nail olacaq RƏY AZƏRTAC

44 günə işğala son qoyan ölkə Qərbi Azərbaycana qayıdışa da nail olacaq RƏY AZƏRTAC

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 10 yanvar, AZƏRTAC

“Dörd ildən artıq müddətdir ki, Azərbaycan xalqının həyatı, dünyanın ölkəmizə münasibəti tamamilə dəyişib. 44 günlük Vətən müharibəsi zamanı həm gücümüzü, həm birliyimizi, həm də haqlı olduğumuzu hər kəsə sərgilədik. Heç bir təzyiq, heç bir qeyri-qanuni əməl, heç bir vandallıq bizi dayandırmadı. Üç il sonra yenidən sentyabrda biz missiyamızı tamamladıq. Bütöv, konstitusiya quruluşu tam bərpa edilmiş Azərbaycanın uzaqgörən Prezidenti, Rəşadətli Ordusu və məğrur xalqı hər şeyə rəğmən öz istəyinə nail oldu. Hazırda hər birimiz o torpaqlara atdığımız hər addımda şəhidlərimizi dərin ehtiramla yad edir, döyüşçülərimizə minnətdarlığımızı ifadə edirik. Ölkə başçısının da dediyi kimi, azad edilmiş ərazilərə neçə dəfə getdiyimizdən asılı olmayaraq hər dəfə oralara qədəm qoyduqca ilk dəfəki sevinci, qüruru duyuruq”.

Bunu AZƏRTAC-a müsahibəsində “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev deyib.

O, fikirlərinə belə davam edib: “Təəssüflər olsun ki, Ermənistan hələ də reallığı qəbul edə bilmir. Ölkəmizi gizlin və aşkar qəbul edə bilməyən ölkələr və şəxslər Ermənistanın sözün əsl mənasında ağılsız xülyalarla yaşayan bir qrup rəhbər şəxsinə səhv istiqamət verir, onları silahlandırır, yeni müharibəyə, münaqişəyə cəlb edir. Elə Vətən müharibəsindən sonra da bir neçə dəfə biz buna şahid olduq. Təxribatlar dayanmadı, amma hər dəfə suyu süzülə-süzülə geri dönən onlar oldular. Son dövrlərdə də elə Laçın istiqamətində mövqelərimizin atəşə tutulması təxribatları onu göstərir ki, onlar həqiqəti qəbul etməkdə, məğlubiyyətə boyun əyməkdə, şərtlərə əməl etməkdə çətinlik çəkirlər. Onlar silahlanırsa, əvəzində biz də hərbi və təhlükəsizlik məsələlərinə daha çox vəsait sərf edirik. Nə qədər şərtlərlə razılaşmasalar da biz öz istəklərimizə çatırıq. Ötən il Qazaxın dörd kəndinin qaytarılması hadisəsini buna misal göstərmək olar. Növbəti hədəf Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycandan olan vətəndaşların öz dədə-baba yurdlarına dönməsidir. 44 günə 30 illik işğala son qoyan bir ölkə buna da nail olacaq.

Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan bölgədə söz sahibi olsa da, təhlükə mənbəyi deyil. Sülh, əmin-amanlıq və humanizm dəyərlərinə kifayət qədər üstünlük verən və bunları öz yanaşmamızda tətbiq edən ölkəyik. Ümid edirik ki, qarşı tərəfin müttəfiqlərinin, onları münaqişəyə çəkən tərəflərin bir-bir sıradan çıxması onları daha dərindən düşünməyə və daha ağıllı qərarlar verməyə sövq edəcək. Əks halda silahlanma və revanş niyyəti onlar üçün yaxşı sonluqla nəticələnməyəcək. Azərbaycanın igid oğulları Vətən keşiyində ayıq-sayıq dayanmağa və ölkəmizi istənilən təhdidlərdən qorumağa hazırdırlar. İnanırıq ki, çox keçmədən Qarabağa qayıdışın sevincini yaşadığımız kimi Qərbi Azərbaycana da geri dönüşün xoşbəxtliyini dadacağıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri