Icma.az
close
up
RU
525 ci qəzet Az fərqi var Hekayə

525 ci qəzet Az fərqi var Hekayə

Icma.az, 525.az saytına istinadən bildirir.

O, sakit, qaraqabaq adam idi. Az danışar, nadir hallarda gülərdi. Axşamlar arabir qonşulara getməyi xoşlayardı, amma heç vaxt getdiyi yerdə yemək yeməz, evdə yeyib gəldiyini bildirər, bir stəkan çayla kifayətlənərdi. Soruşsalar, cavab verərdi. Cavabları da qısa olardı. Özü nadir hallarda nəsə soruşardı. Getdiyi yerdə çox oturmazdı. Qəfil gəldiyi kim, qəfil də durub gedərdi.

Amma bir xoşagəlməz vərdişi vardı. Öz evində, həyət-bacasında, küçədə tez-tez söyüş söyərdi. Bir də görərdin ki, qışqıra-qışqıra arvadına deyir: - Ay itin qızı, balta hardadır, tapa bilmirəm.

Ya da oğlunu-qızını səsləyərək: - ay it balaları, harda qalmısınız, ay köpək uşaqları, karsınız, eşitmirsiniz, - deyə qışqırır, səsi aləmi götürürdü.

Vay o günə ki, qonşulardan kiminsə mal-qarası onun çəpərinin üstünə çıxaydı, həyətinə keçəydi, necə deyərlər, söyüşün biri bir qəpik olardı: - Adam köpək oğlu malına baxmaz? İt uşağı malları açıb buraxır küçəyə, bir baxmır ki, hara getdi.

Dəfələrlə qonşular ona demişdilər ki, sənin çəpərin çoxdan sökülüb, dağılıb. Həyətinin dörd bir yanı demək olar ki, açıqdır. Bir az əl gəzdir. Dilsiz-ağılsız heyvanlar neyləsinlər, hara açıqdır, ora keçirlər. Amma xeyri olmamışdı, vərdişindən əl çəkməmişdi. Çəpəri bərkitmək, bərpa etmək əvəzinə, söyüşün ünvanını dəyişərdi, söyüşləri arvadına, övladlarına yönəldərdi: - Ay it balaları, mal-qara, qoyun-quzu, it-pişik keçib, niyə qovmursunuz?

Bu əhvalat baş verəndə onun yaşı qırxı çoxdan ötmüşdü.

Qışın ortaları idi. Yüngül qar yağmışdı. Həmişə axşam yeməyindən sonra qonşulara keçən Ələddin bu dəfə günortadan bir qədər keçmiş Məkkə qarıgilin həyətinə girdi. Məkkə qarının oğlu Ələddinlə yaşıd idi. Məktəbdə bir sinifdə oxumuşdular. Qonşu kənddə müəllim işləyirdi. Evə təzə qayıtmışdı. Həyətdə odun doğrayırdı. Görüşüb evə keçdilər. Adəti üzrə, Ələddin bir stəkan çay içdi. Dilxor olduğu aşkarca hiss olunurdu. Çox könülsüz danışır, bəzən soruşanlara da cavab vermirdi. Məkkə qarı onun bu halını görüb təkrar soruşdu: - Qanın niyə qaradır, ay bala? Evdə-eşikdə salamatlıqdır? Ələddin dinmədi. Sonra ağızucu cavab verdi ki, heç nə baş verməyib.

- Bəs niyə belə dilxorsan? De görüm dərdin nədir? Ələddin bir qədər susub qəflətən adətinin əksi olaraq odlu-odlu danışmağa başladı: - Ay Məkkə xala, indi arvadların zayı çıxıb, adama cavab qaytarırlar. Evdə arvad nehrə çalxayırdı. Dedim ki, dur mənə çay süz. Deyir ki, görmürsən nehrə çalxayıram. Dur özün süz, ya gözlə, işimi qurtarım sonra verərəm. Dedim ki, ay it balası, sənə söz demirəm? Qalx ayağa.

Mənə dedi ki, it balası özünsən. Ayağa durub bıçağı tapdım, dedim ki, bu dəqiqə başını kəsəcəm. Mən ona yaxınlaşanda qaçıb həyətə düşdü. Mənim də ayaqqabılarımı götürüb həyətdə qarın içində dayandı. Nə qədər qışqırdımsa, xeyri olmadı, ayaqqablarımı qaytarmadı. Mən də qara görə ayaqyalın onun dalınca düşmədim. Bir az dayandım, gördüm üşüyürəm, evə girdim. Geyinib eyvana çıxanda gördüm ki, həyətdə yoxdur. Ayaqqabılarımı pilləkənin yanına qoyub, hansı qonşuyasa gedib. Nə qədər çağırdım, cavab vermədi. Yer qar olmasaydı, onun başını kəsəcəkdim.

Məkkə qarı sakitcə dedi: - Ay oğul, qarın ömrü bizim yerlərdə çox olmur. Qar əriyib gedər, hava isinər, onda onun başını kəsərsən, qaçhaqaç deyil ki, niyə darıxırsan?

Ələddin tutuldu. Müəllim özünü saxlaya bilməyib pıqqıldadı.

Sonra Ələddin donquldadı: - Ay xala, məni ələ salırsan?

Məkkə qarı dilləndi: - Ələ salmıram. Ay bala 45 yaşın var, mənim oğlumla yaşıdsan. Nə vaxta qədər söyüş söyəcəksən? Bilmirsən ki, bir gün arvad-uşaq da cavabını qaytarar. Atan-anan sənə əziz olduğu kimi, arvadının da ata-anası ona əzizdir. Bəs əvvəllər sən onu söyəndə heç nə demirdi, cavab qaytarmırdı?

Ələddin tez dilləndi: - Yox, qələt eyləyər. Mən onu söyəndə yavaşdan deyərdi ki, az fərqi var. Mən də fikir vermirdim. Fikirləşirdim ki, mən ona it balası deyəndə, o, deyir ki, itlə onun az fərqi var.

Məkkə qarı gülə-gülə dedi: - Ay bala, sən səhv başa düşmüsən. O, demək istəyib ki, sən bərkdən söyürsən, o isə ürəyində söyür. Az fərqi var. Söyüş elə söyüşdür. Sənin dediyini o, eşidir, onun dediyini isə sən eşitmirsən. İndi ay bala, uşaq deyilsən, ayıbdır, evdə arvad-uşaqları az incit, sənin səsindən qonşular da boğaza yığılıb.

Ələddin heç nə demədən durub getdi. O gündən sonra onun söyüşünü eşidən olmadı. Bəlkə də söyürdü, amma astadan. Heç kim eşitmirdi.

Solmaz Həsənova

Göyçay rayon Rəsul Rzanın ev-muzeyinin direktoru   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see401

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see363

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see345

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see322

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see320

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see294

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see262

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see253

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see248

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see232

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see221

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see191

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see182

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see179

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see174

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see161

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri