Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti

525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

(Əvvəli ötən sayımızda)

Əlimərdan bəy Topçubaşov Baş nazir Fətəli xan Xoyskiyə Batumdan 1918-ci il 21 sentyabrda yazdığı məktubunda təkrarən konsul təyinatı məsələsinə qayıdırdı: "Yenidən Batumda konsulumuzun təyinatı kimi yetişmiş bir məsələ üzərində dayanmaq istəyirəm. Uyğun bir adamımız yoxdursa, konsul vəzifəsini müvəqqəti olaraq Mahmud bəy Əfəndiyevə (Vladikavkazskaya, ev № 4) həvalə etməyi məsləhət görürəm. Onun vasitəsilə hər cür yazışmanı İstanbula göndərmək və İstanbuldan almaq mümkündür. Bax, indi konsula aid bir məsələ var. Bu, Türkiyə hökuməti üçün keçmiş Çakva malikanəsindən çayın gətirilməsi haqqındadır. Bizdə, demək olar ki, çay yoxdur, burada isə onu funtu 30-40 manata almaq mümkündür. Alırlar da: Şimali Qafqaz, kazaklar, ukraynalılar, bolqarlar, rumınlar və sair. Türklər həvəslə buğdaya dəyişirlər. 5-10 min funt dərhal almaq mümkündür. Bunun üçün Türkiyənin 3-cü ordusunun komandanı Əsəd paşa ilə əlaqə saxlamaq, həmin Əfəndiyevə xəbər vermək gərəkdir və o, hər şeyi öz qaydasına qoyacaq".

Ə.Topçubaşov F.Xoyskiyə 1918-ci il 31 oktyabrda yazdığı məktubunda iki aydır Bakıdan, hökumətdən bir sətir belə məlumatın olmadığından gileylənir və ən geci 10 gündən bir yazışma mübadiləsinin aparılmasının vacibliyini vurğulayaraq, çıxış yolu kimi heç olmasa Batumadək pulla xüsusi kuryer tutulmasını və orada sənədlərin doktor M.Əfəndiyevə verilməsini təklif edirdi.

Beləliklə, Ə.Topçubaşovun tövsiyəsi nəzərə alınaraq, Azərbaycanın Batumda konsulu vəzifəsinə doktor Mahmud bəy Əfəndiyev təyin edilir.

 Bu barədə xarici işlər naziri vəzifəsini icra edən Adil xan Ziyadxanov M.Əfəndiyevə ünvanladığı 21 noyabr 1918-ci il tarixli məktubunda yazırdı:

"Əlahəzrət Mahmud bəy,

Azərbaycan Respublikasının hökuməti 7 noyabr 1918-ci il tarixli iclasında Sizi Osmanlı imperiyasının Batum şəhərində Azərbaycanın konsulu vəzifəsini tutmağa dəvət etmək barədə qərar qəbul etdi. Bu vəzifəni Sizə həvalə etməklə Azərbaycan Respublikası ümid edir ki, onun bütün vətəndaşlarının maraqları tərəfinizdən lazımi qaydada qorunacaq. Bununla yanaşı, hökumət onu (Batum bölgəsindəki) siyasi vəziyyət barədə məlumatlandırmanızı xahiş edir".

Elə həmin gün A.Ziyadxanov M.Əfəndiyevin razılıq barədə yazılı cavabını gözləmədən aşağıdakı məzmunda 596 saylı vəsiqəyə imza atır: "Verilir doktor Mahmud bəy Əfəndiyevə ona görə ki, o, Azərbaycan Respublikasının Osmanlı İmperiyasının Batum şəhərindəki konsulu təyin olunmuşdur".

Dr. M.Əfəndiyev xarici işlər naziri vəzifəsinin icraçısının yuxarıda qeyd olunan məktubunu 2 dekabrda Batum şəhərindən belə cavablandırır: "Sizin Azərbaycan Respublikasının Batumda konsulu vəzifəsini tutmaq barədə 7 noyabr tarixli təklifinizi cari ilin 30 noyabrında aldım. Öz vətənimə, xüsusən də yeni doğulmuş müstəqil respublikaya xidmətdən imtina etməyə heç bir mənəvi haqqım yoxdur və ona görə də Sizin diqqətinizə çatdırmağı özümə borc bilirəm ki, mən hər yerdə və hər zaman dəyərli Azərbaycanın qulluqçusu olmağa hazıram, çünki bu, vətənin yenidən doğulduğu belə kritik zamanda hər bir müsəlmanın borcudur. Bununla yanaşı, nazirliyin diqqətinə çatdırıram ki, Batumda konsulluğun rəsmi açılışını yalnız konsulluğun katib, kargüzar-tərcüməçi, makinaçı və digər dəftərxana işçilərindən ibarət zəruri əməkdaş ştatı göstərilməklə və təsdiq olunmaqla dəqiq xidməti təlimat veriləndən sonra mümkün hesab edirəm. Azərbaycan Respublikasının nümayəndəsi olaraq onun şərəf və ləyaqətini qorumaq istəyi ilə konsulluğun, bütün digər xarici dövlətlərdə qəbul olunduğu kimi, lazımi səviyyədə təmsil olunmasını işin maraqlarına uyğun zəruri hesab edirəm. Bunun üçün nazirliyin uyğun gördüyü müvafiq təlimatların Batum konsulluğuna göndərilməsinin tezləşdirilməsi zəruridir. Sizin cavab qərarınızı gözləməklə bərabər, bütün Azərbaycan vətəndaşlarının maraqları istənilən halda tərəfimdən lazımınca təmin olunacaq. Bu diyarlardakı siyasi duruma dair isə ümumi vəziyyətlə bağlı bəzi qeyri-müəyyən məsələlərə aydınlıq gətirildikdən sonra tərəfimdən xüsusi məlumat göndəriləcək".

 M.Əfəndiyev konsul qismində öz funksional vəzifələrinin icrasına olduqca fəal başlayaraq, Azərbaycanın maraqlarının təmin olunması və nüfuzunun artırılması üçün böyük səylər göstərmiş, Batum şəhərində və bütövlükdə Acarıstanda, eləcə də ətraf bölgələrdə cərəyan edən siyasi-ictimai proseslərin nəbzini tutmağa çalışmış, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə davamlı olaraq bilgi vermiş, Batumun türk-müsəlman icması ilə sıx ünsiyyət qurmağa müyəssər olmuşdu.

Konsul vəzifəsinə təyinatının ilk günlərində Azərbaycan Xarici İşlər Nazirliyinə ünvanladığı məktublarda Mahmud bəy Əfəndiyev İrəvan və ətraflarından Gümrü və Axalkələyə köçmüş, lakin oraları da tərk etmək məcburiyyətində qalaraq Batumda sığınacaq tapmış müsəlman qaçqınlara yardım göstərilməsi üçün maddi vəsait ayrılmasını, həmçinin Batumda dolaşan müəyyən şayiələrə istinad edərək, Azərbaycanda baş verən daxili siyasi proseslər və ölkənin proqressiv inkişafı barədə mütəmadi olaraq məlumatlandırılmasını xahiş edirdi. Bu müraciətlərə 4 yanvar 1919-cu il tarixli cavabında xarici işlər naziri v.i.e. A.Ziyadxanov konsulun iki məktubunu 29 dekabr 1918-ci ildə aldığına diqqəti çəkərək, Azərbaycanda daxili vəziyyət barədə məlumat verərək, konsulun Azərbaycandakı vəziyyət barədə mütəmadi bilgiləndiriləcəyini və istənilən yalan şayiələri qəti şəkildə inkar edə biləcəyini vurğulayırdı. Eyni zamanda M.Əfəndiyevin qaldırdığı müsəlman qaçqınlar məsələsinə toxunaraq yazırdı: "Onların ehtiyacları üçün mənə təqribi smeta göndərsəniz, yaxşı olardı. Bu, öz yurdlarından qovulmuş bizim qardaşlarımız üçün Himayədarlıq Nazirliyi qarşısında vəsatət qaldırmamız üçün lazımdır. Hələliksə, onlara xeyriyyə ianələri və Batumda olan digər qaynaqlarla köməklik edə bilərsiniz" (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), fond 970, siyahı 2, iş 143, vərəqlər 6-8).

Qeyd etdiyimiz kimi, Mudros barışığının şərtləri əsasında 1918-ci ilin sonunadək Cənubi Qafqazdan çıxarılmalı olan Osmanlı və Almaniya qoşunlarının yerini Böyük Britaniya ordu hissələri tutmalı idi. Dr. M.Əfəndiyev 14 dekabr 1918-ci ildə Batumdan Azərbaycan Xarici İşlər Nazirliyinə şəhərdəki mövcud vəziyyət barədə yazırdı ki, ingilislər buraya kəşfiyyat tipli 4 gəmi ilə gəliblər; hələ ki, şəhər və vilayətin daxili işlərinə qarışmırlar; liman və dəmir yolu stansiyası onlar tərəfindən tutulub; ümumən türklərə münasibətləri müsbətdir və burada yaradılmasına türklər tərəfindən icazə verilmiş 21 nümayəndədən ibarət milli şura fəaliyyətə başlayıbdır.

Batumda Azərbaycan konsulluğunun rəsmi fəaliyyətə başlaması: Konsul Mahmud bəy Əfəndiyevin diplomatik yazışmaları

Batum vilayəti ingilis qoşunlarının tam nəzarətinə 24 dekabr 1918-ci ildə keçir. Azərbaycanın Batumdakı konsulluğu rəsmi fəaliyyətə bundan sonra - 1 yanvar 1919-cu ildə başlayır.

M.Əfəndiyev Nazirlər Şurasının sədri və xarici işlər naziri F.Xoyskiyə 15 yanvar 1919-cu ildə ünvanladığı məktubunda rəhbərlik etdiyi konsulluqda katib vəzifəsinə "iş qabiliyyətinə və əxlaqi keyfiyyətlərinə" yaxından bələd olduğu doktor Əziz bəy Qədimbəyovun, kargüzar vəzifəsinə isə "Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin Batum üzrə fəaliyyətindən yaxşı tanıdığı, millətinə sadiq olan vətənpərvər", nuxalı (şəkili) Safvət əfəndi Ağayevin təyin olunduğunu bildirir, eləcə də 1919-cu il üçün konsulluğun smeta xərclərini təqdim edirdi.

​​​​​​​

Batum şəhərində ingilis hakimiyyəti ümumən bərqərar olduqdan sonra Azərbaycan xarici işlər naziri v.i.e. Adil xan Ziyadxanov Batum vilayətinin general-qubernatoru Ceyms Kuk-Kollisə 26 yanvar 1919-cu ildə göndərdiyi məktubunda "doktor Mahmud bəy Əfəndiyevin Azərbaycan Respublikasının hökuməti tərəfindən Batum vilayətində konsul" təyin olunduğunu bildirərək, ona xidməti fəaliyyətində mümkün köməkliyin göstərilməsini xahiş edirdi. Həmin gün Batumun rusdilli mətbu orqanı olan "Naş kray" ("Naş kray") qəzetində Azərbaycana gedən istənilən şəxsin Batumdakı Azərbaycan konsulluğundan buraxılış götürməsi, eləcə də Batumda yaşayan Azərbaycan vətəndaşlarının bir ay ərzində konsulluqda qeydiyyatdan keçib pasportu əvəz edən müvafiq vəsiqə alması zəruriliyi barədə elan dərc olunmuşdu. Elanda konsulluğun müvəqqəti olaraq Vladiqafqaz//Vladikavkazskaya küç. 4 (indiki Parnavaz Mepe//Çar Parnavaz küçəsi)  ünvanında,  konsul dr. M.Əfəndiyevin mənzilində yerləşdiyi qeyd olunurdu.

1919-cu ilin əvvəllərində Paris Sülh Konfransına qatılacaq Qafqaz respublikalarının nümayəndələri dəniz yolu ilə İstanbula getmələri üçün Batuma toplaşırlar. Buraya Tiflis üzərindən yanvarın 11-də Gürcüstan və Dağlılar Respublikasının heyətləri ilə birlikdə gələn, tərkibi Əhməd bəy Ağaoğlu, Ə.Şeyxülislamov, M.Mehdiyev, C.Hacıbəyli və M.Məhərrəmovdan ibarət olan və Məmməd Həsən Hacınskinin müvəqqəti başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Acarıstanın müsəlman ziyalıları tərəfindən təntənəli şəkildə qarşılanır. Azərbaycanlı qonaqların şərəfinə "doktor Mahmud bəy Əfəndiyev cənablarının  xanələrində Acara üməra və vəkillərinin iştirakı ilə" ziyafət verilir ("Azərbaycan" qəz., 1919, 31 yanvar (Bax: "Azərbaycan" qəzeti: 1918-1920, IV cild, Bakı, 2022, s. 523).

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri