Icma.az
close
up
RU
525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525.az-ə istinadən Icma.az xəbər verir 525 ci qəzet Böyük coğrafi kəşflər və onların yerli xalqlara gətirdiyi bədbəxtliklər Telman Orucov yazır.

Telman ORUCOV

(Əvvəli ötən çərşənbə saylarımızda)

Yalnız 1960-cı illərdə pambıq yığan maşınlardan istifadəyə başlandı, lakin əkin sahələri çox olduğundan, əllə yığımın kütləvi istifadəsi qüvvədə qalırdı. Məktəblilər payızda məktəb nə olduğunu bilmir, yığıma cəlb edilirdi. Ali məktəb tələbələri də, rayon mərkəzlərinin qulluqçuları da, hətta həkimlər və tibb bacıları daxil olmaqla, pambıq yığmağa səfərbər edilirdi. Əslində, pambıqçılıq respublikalarında da pambıq yığımı məcburi əmək düşərgəsinə çevrilirdi. Başqa respublikalara isə belə əzablı düşərgələr yad idi.

Azərbaycan dünyada ən şimal en dairəsində pambıq becərilən bir ölkə idi, bu isə məhsulun keyfiyyətinə də öz təsirini göstərirdi. Tezyetişən sortlara üstünlük verilməsi isə xam pambığın texniki keyfiyyətini daha da aşağı salırdı.

Amerikada isə yalnız qul əməyi pampıq istehsalına xidmət edirdi. Başqa sahələrdə qul əməyindən istifadə edilməsi də daxil olmaqla, gətirilən misallar təkcə amerikalıların hindulara qarşı genosid əməlləri, qullara vəhşicəsinə münasibət göstərilməsi heç də yeganə nümunə sayılmamalıdır. Digər metropoliyalar da yerli əhaliyə qarşı qəddarlıq münasibəti göstərirdilər. Fransa imperiyası Yeddiillik müharibədəki məğlubiyyətinə görə xeyli ərazi itirməli olmuşdu. Lakin yenə də geniş müstəmləkə şəbəkəsinə malik olaraq qalırdı. Onun Afrikanın şimalında və daxili ərazilərində, Hindi-Çində, Sakit okean adalarında müstəmləkələri var idi. İmperiyanın ərazisi Qədim Roma imperiyasının ərazisindən iki dəfə böyük idi. Fransızlar müstəmləkə ölkələrinin əhalisini aşağı sort insanlar hesab edirdilər. Bunun bariz nümunəsi kimi onlar hətta 1930-cu illərdə "İnsan Zooparkı" düzəldib, orada Yeni Kaledoniyadan gətirilmiş tuzemləri nümayiş etdirirdilər. Sonralar Vyetnam, paytaxtı Brizzavil olan Konqo fransız ağalığından azad ola bildi. Hələ də, XXI əsrin əvvəllərində də mövcud olan fransız imperiyası real dağılmaq təhlükəsi ilə üzləşmişdir. Xalqları öz ağalığında saxlayan Fransa Cənubi Qafqazın da işlərinə müdaxilə etməkdən ötəri, Ermənistandan bu məqsəd üçün geniş istifadə etməyə çalışır.

Mərkəzi və Cənubi Amerikada yeni sivilizasiya

Cənubi Amerika qitəsində və Şimali Amerikanın Mərkəzi Amerika adlanan hissəsində Latın Amerikası adlanan yeni bir sivilizasiya meydana gəldi. Buradakı ölkələr, əsasən, multiirqə malik olan cəmiyyətlər idi. İspan və portəgizli sakinlər ilə yerli hindular arasında münaqişələr nisbətən az idi. Əhalinin digər qrupu isə Latın Amerikasına gətirilən afrikalılar idi. Afrikalılar və yerli hindular bu ölkələrdə unikal bir cəmiyyət yarada bildilər. Şimali Amerikadan fərqli olaraq, bu ərazi multiirqi cəmiyyət kimi inkişaf etdi və irqi fərqlər barədə burada daha az sərt münasibət halları olurdu. Katolik kilsəsinin missionerləri də əhali arasında fəal iş aparırdılar.

Avropanın həmin ərazilərə genişlənməsi prosesi işğalçılara digər iqtisadi təsir də göstərirdi. Avropalılar burada qızıl və gümüş axtarırdılar. Bir astek ispanlar barədə demişdi ki, onların bədəni, iyrənc tamahkarlıqlarından şişir.

Yeni Dünya ilə əlaqələr kommersial kapitalizmi xeyli inkişaf etdirdi. İqtisadi fəallığın yüksəlməsi ilə birja kompaniyaları da meydana gəldi.

Fransızlar və ingilislər Hindistanda. Digər Asiya ölkələrinə avropalıların gəlişi

Portəgiz donanması 1498-ci ildə Kalikuta gəlib çıxdıqda, Hindistan subkontinenti bir neçə dövlətə bölünmüşdü. Yeni eranın başlanğıcında, XVI əsrin birinci yarısında yeni yaranan dövlət Moğollar adlanan əcnəbi sülalə tərəfindən idarə olunurdu.

Moğol imperiyası Hindistan üçün doğma olmamaqla, ona yad idi. Hətta sülalənin əsasını qoyan Babura Hindistanın təbiəti və hindlilərin özü xoş gəlməmişdi və o, təəssüratını özünün "Baburnamə" əsərində göstərir. Onun atası fateh kimi tanınan Teymurləngin nəslindən idi. Anası isə Asiyanın böyük sərkərdəsi, dünyada ən böyük monqol imperiyasını yaradan Çingiz xanın nəslindən idi. Baburun nəvəsi Əkbər (1556-1605-ci illər) Moğol hakimiyyətini subkontinentin əksər ərazilərinə yaydı. İki min il əvvəlki Mauriya sülaləsindən sonra o, ən böyük Hindistan imperiyasını yaratdı.

XVII əsrin birinci yarısında ingilislərin Hindistandakı təmsilçiliyi möhkəm qaydada böyüdü, ingilis ticarət məntəqələri yaradıldı. Benqal körfəzində Uilyam (indiki Kəlküttə şəhəri) və Madras (indiki Çanna) fortları quruldu. İngilis gəmiləri xam pambığı Şərqi Hindistana daşıyır, burada onu ədviyyata dəyişib, İngiltərəyə aparırdı.

Fransızlar da özlərinin yeni fortlarını tikdilər və britaniyalılarla uğurlu rəqabət apardılar. Lakin britaniyalıların mənafeyi ser Robert Klayvın hərbi dühası hesabına xilas olundu. O, aqressiv Britaniya imperiyasının qurucusu idi və Hindistanda Ost-İndia kompaniyasının baş nümayəndəsi oldu. Bu kompaniya 1600-cü ildə yaradılmışdı. Zəruri olaraq fransızların mövqeyi kiçildi və onlara yalnız cənubi-şərqdəki sahildə bir ovuc ərazi qaldı.

Bu vaxt Klayv Benqalda Britaniyanın nəzarətini konsolidasiya etməyə başladı. Yeni hind hökmdarları Uilyam fortuna hücum edib, yerli ingilis sakinlərini dustaq edəndə, Britaniyanın kiçik, 3 minlik ordusu 1757-ci ildəki Plessi döyüşündə iri moğol ordusunu məğlub etdi. Qələbə hesabına Moğol sarayından torpağa görə vergi yığmaq səlahiyyəti ingilislərə verildi. Yeddiillik müharibə (1756-1763-cü illər) ərzində Britaniya fransızları Hindistandan bütünlüklə geri çəkilməyə məcbur etdi.

Şərqi İndia Kompaniyası öz hakimiyyətini subkontinentin daxilinə doğru genişləndirdi. Bu Hindistanın tədricən Britaniya Ost-İndia Kompaniyasına çevrilməsi üçün və sonralar 1858-ci ildə Britaniya tacının müstəmləkəsi olması üçün başlıca addım idi.

Portəgiz donanması 1514-cü ildə lövbəri digər iri Asiya dövləti olan Çin sahili yaxınlığına saldı. Donanma bura gələndə ölkəyə Min sülaləsi başçılıq edirdi, onun hökmranlığı 1369-cu ildə başlamaqla üç əsrə yaxın, 1644-cü ilə qədər davam etmişdi. Bu dövrdə Çin ərazisi xeyli genişlənmişdi, hətta qısa müddətdə çinlilər Vyetnamı yenidən işğal etmişdilər. Onlar "Böyük Sədd" adlanan Çin səddini nomad xalqların təhlükəsi ucbatından möhkəmləndirmişdilər. Əkinçi və ovçu xalq kimi mancular Min sülaləsini devirmək üçün imkan meydana gəldikdə, bu fürsəti itirmədilər. İndiki Çinin şimal ərazisini Mancuriya adlandırıb, mancular sonra isə Pekini işğal etdilər. Qalib mancular yeni sülalə yaratdıqlarını elan etdilər, bu, Sin sülaləsi adlanırdı.

Yaponiyaya gəldikdə, Portəgiz tacirləri 1543-cü ildə yapon adalarına ayaq basdıqdan sonra bir neçə il ərzində Portəgiz gəmiləri yapon limanlarında dayanmağa başladılar. Məşhur iezuit missioneri Frensis Xavyer (o, İezuitlərin lideri İqnatus Loyalanın müavini idi) yerli əhalini xristianlığa keçirməkdə xeyli uğur qazandı.

Yaponlar bu qonaqları xoş sifətlə qarşıladılar. Yapon sarayları tütünə, parçalara, eynəklərə və digər Avropa mallarına valeh olmuşdular. Yerli kübarlar Avropa odlu silahlarının bütün növləri ilə (samurayların qılıncı olan katana isə bütün dövrlərin soyuq silahları ilə müqayisədə xüsusi itiliyi ilə seçilirdi) maraqlanırdılar. Onlar avropalıların tüfənglərinə, sonralar isə toplarına heyranlıqla tamaşa edirdilər.

Katolik missionerlərin uğuru, qərblilərin nümayəndələrinə qarşı güclü şübhə reaksiyası əmələ gətirdi. Syoqun İeyasu Tokuqava 1600-cü ildə hakimiyyəti ələ keçirdikdən az sonra missionerləri ölkədən qovdu, yapon xristianları isə təqiblərə məruz qaldı. Sonra Avropa tacirləri də ölkəni tərk etməli oldular. Hökumət iki mühüm limanı bağladı, yalnız kiçik holland icmasına Naqasakidə yaşamağa icazə verildi.

 Hindistan və Çin kimi iri Asiya ölkələri öz müstəqilliklərini itirmişdilər, Hindistan Böyük Britaniyanın tam müsəmləkəsi kimi vitse-kral tərəfindən idarə olunurdu, kraliça Viktoriya isə Hindistanın imperatriçəsi titulunu daşıyırdı. Zəif iqtisadiyyata və hərbi gücə malik olan Çin isə Qərbin aparıcı dövlətlərindən asılı vəziyyətdə idi. Lakin Böyük Britaniya və ABŞ onların inkişafına müəyyən müsbət təsir göstərirdi, bu ölkələrdə təhsilin, elmin, texnikanın və texnologiyanın inkişafına müəyyən şərait yaratmışdı. Lakin bu xüsusiyyətlər də, müstəmləkəçiliyə xas olan eybəcərlikləri ört-basdır edə bilməzdi.

Hindistanda uzun müddətli milli-azadlıq hərəkatı 1947-ci ildə onun müstəqilliyini elan edilməsi ilə nəticələndi.

Çin kommunistlərinin silahlı mübarizəsi Qərbə vassallıq edən Çeş Kay-şi hökumətinin məğlubiyyəti ilə nəticələnib, 1 oktyabr 1949-cu ildə Çin Xalq Respublikası yarandı.

Yaponiya 1945-ci ilin sentyabrında II Dünya müharibəsində ABŞ-a məğlub olmaqla, militarist siyasətdən uzaqlaşdı və yeni Konstitusiya əsasında ölkədə ilk dəfə demokratik respublika quruluşu meydana gəldi.

Bu üç dövlət hazırda beynəlxalq aləmdə layiqli yer tutur, Çin və Hindistan görünməmiş sürətlə iqtisadi inkişafa nail olmuşdur.

Böyük coğrafi kəşflərə məhz Avropa xalqları imza atmışdılar. Onlar şimal istisna olmaqla, dünyanın bütün tərəflərini tədqiq etməklə, iki Amerika qitəsini açdılar, Asiyanın və Afrikanın inkişafına, bütün mənfi cəhətləri nəzərə almaqla yanaşı, güclü təsir göstərdilər. Hakim olanlar həm də yeni ərazilərin yerli xalqlarına qarşı qəddarlıq göstərmiş, hətta Şimali Amerikada genosid həyata keçirmişdilər. Sonrakı məskunlaşmalar ciddi faciələrlə müşayiət olunsa da, dünyanı bütövləşdirməkdə və sürətli inkişaf yoluna düşməsində böyük coğrafi kəşflərin əhəmiyyətini azaltmaq mümkün deyildir. Bu kəşfləri qeyri-adi iradə sahibləri həyata keçirmişlər. Düzdür, bu kəşflər bir sıra xalqlara bədbəxtlik gətirmişdir, lakin dünyaya inkişafın magistral yolunu açmışdır. Tədqiqatçıları, sonrakı yadelli sakinlərin cinayətinə görə ittiham etmək də haqsızlıqdır, real sui-istifadələrdə onların heç bir günahı yoxdur və onlar tarixin böyük şəxsiyyətləri kimi qiymətləndirilirlər. Yerli xalqların onlara mənfi münasibət bəsləməsi də haqlıdır. Lakin fərqli münasibətlərdən asılı olmayaraq, böyük coğrafi kəşflərə imza atmış tarixin ən məşhur cəngavərlərinə layiq olduqları yüksək ehtiram bəslənməlidir. 

SON

06.11.24

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see357

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see169

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see168

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see121

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see118

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see116

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see114

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see107

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see107

Yük maşınlarının yoxlanılması ilə bağlı yeni qayda

20 Fevral 2025 17:29see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri