Icma.az
close
up
RU
525 ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

525 ci qəzet Böyük coğrafi kəşflər və yerli xalqlara onların gətirdiyi bədbəxtliklər Telman Orucov yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Telman ORUCOV

(Əvvəli ötən çərşənbə sayımızda)

Pisarro qızıl ehtiyatlarını ələ keçirə bildi. O, şərt qoymuşdu ki, bir otaq dolusu həcmində perulular ona qızıl versinlər. Qızıl bəzək əşyaları, əsl sənət əsrləri əridilib, külçə halına, lövhə şəklinə salınırdı. Girov pulu adı altında belə nəhəng ölçüdə qızıl toplansa da, Pisarro İnka Atahualpanı nəinki azad etdi, hətta gizlicə onu öldürtdü.

Kusko şəhəri dəniz səviyyəsindən 3 min metr hündürlükdə yerləşirdi, ispan işğalına qədər İnka imperiyasının paytaxtı kimi inkişaf edirdi. Fransisko Pisarro bura, dəqiq deyilsə, 1530-cu ilin dekabrında gəlmişdi. O, 180 nəfərlik qrupla Cənubi Amerikanın Sakit okean sahilinə ayaq basmışdı. Kortes kimi o da polad silahlara, barıta və atlara malik idi, onların heç biri onun düşmənləri olan yerli adamları məlum deyildi. Pisarronun xoşbəxtliyi onda idi ki, Meksikada, Atstek paytaxtında olduğu kimi burada da yerli əhali arasında su çiçəyi xəstəliyi yayılmışdı. İmperator Atahualpanın qoşunu ispanlarla vuruşmaq gücündə deyildi, əsgərlər silah kimi yalnız daş qılınca, nizəyə malik idi.

Pisarro üçün taleyin xoş əlamətlərindən biri, imperatorun qurban getməsi idi. İmperatorun özünün öldürülməsi baş versə də, onun taxt-taca iddia edən iki oğlu var idi. Pisarro Atahualpanın qüvvələrini ram etdikdən əvvəl, onun qardaşlarını məğlub etmişdi. İnkanın əsgərləri ispanların atlarına müqavimət göstərə bilmirdi. Onlar üçün at, Hannibalın İtaliya ərazisinə gətirdiyi fillərin qorxulu təsirini bağışlayırdı. Axı həm də ispanlar tüfəngə və topa malik idilər.

Atahualpanı edam etdikdən sonra Pisarro və onun əsgərləri İnkanın müttəfiqlərini öz tərəflərinə çəkdilər və Kuskoya hücum etdilər. Onlar İnkanın paytaxtını 1535-ci ildə işğal etdilər. Pisarro Limada ölkənin yeni paytaxtını qurdu və bununla da İnka artıq İspaniya imperiyasının müstəmləkəsinə çevrilmişdi. Pisarronun paytaxta çevirdiyi Lima şəhəri indiyədək bu mövqeyini qoruyub saxlayır.

Yeni Dünyada hindulara qarşı ispan siyasəti qaydasızlığın özünə yol açmasının, iyrənc paternemizmin və qəddarlıqla istismarın qarışığından ibarət idi. İspan hakimiyyəti buradan təzminat yığmaq üçün encomtuda adlanan iqtisadi və sosial sistem yaratmışdı və hindulardan işçi qüvvəsi kimi istifadə edirdi. Bu siyasət həm də hinduları himayə etməyi nəzərdə tuturdu, onlara maaş verirdi və adamların ruhi ehtiyaclarına nəzarət edirdi. İspaniyadan bu ölkə 3 min km məsafədə uzaq olmaqla, buradakı ispan sakinləri əsasən öz hökumətinin göstərişlərinə məhəl qoymurdular və hindulara qarşı qəddarlıq göstərirdilər. Hindular plantatorlar üçün işləyirdilər, həm də çox gəlirli qızıl və gümüş mədənlərində çalışırdılar.

Məcburi əmək, pis qidalanma və xüsusən xəstəlik hinduların vaxtından əvvəl ölməsi ilə xoşagəlməz itki siyahısını yaradırdı. Avropalıların xəstəliklərinə qarşı heç bir müqavimət gücünə malik olmamaları ucbatından Amerika hinduları təkcə su çiçəyindən deyil, qızılcadan və tif xəstəliyindən də əzab çəkir, həyatla vidalaşmalı olurdular. Hindulara tanış olmayan bu xəstəliklər, tufan zəif ağacları qırıb yerə sərdiyi kimi onları məhv edirdi. Yerli sakinlərin 30 faizdən 40 faizə qədəri ölmüşdü. Təkcə İspaniyolada (indiki Haiti və Dominikan respublikalarında) 1493-cü ildə Kolumb bura gələndə, 100 minə qədər adam ölmüşdü. 1570-ci ilə yalnız 300 hindu sağ qalmışdı. Mərkəzi Meksikada 1519-cu ildə əhalinin sayı təqribən 11 milyon nəfər idi. 1540-cı ildə bu say 6,5 milyona enmişdi. XVI əsrin sonunda isə yerli əhalinin sayı 2,5 milyon nəfər idi və ya beş dəfə azalmışdı.

Yerli əhalinin immuniteti olmadığından idxal edilən xəstəliklərə müqavimət göstərə bilməməsinə görə onların ölümün sayını artırmaqla, az qala qırğın effekti yaradırdı. Tarixdə buna bənzər hadisələr olmuşdu. Neondartallılar homo sapiense-in xəstəliklərinə sirayətlindikdə kütləvi şəkildə ölürdülər, bu onların bütünlüklə sıradan çıxmasına səbəb oldu.

Yeni Dünyada ispanların yerli inzibati sisteminin inkişafı vitse-krala tabeliyə əsaslanırdı. Hər bir vitse-kral mülki və hərbi qulluqçuların, kral taxt-tacına tabe olan bir başçısı kimi xidmət edirdi. Roma papasının razılığı ilə ispan katolik monarxlarına Yeni Dünyada olduqca geniş hüquqlar verilmişdi. Onlar yepiskopları və ruhani xadimləri təyin edə bilərdilər.

Hindular kütləvi qaydada xristianlığa keçirilirdi. 1570-ci ildə ispan inkvizisiyası ilk dəfə Peruda, sonrakı il isə Meksikada quruldu və geniş fəaliyyətə başladı.

Qul ticarəti

Afrikada isə Avropa dövlətləri geniş qul ticarətinə başladılar. Bunu ilk dəfə Portuqaliya dənizçiləri həyata keçirmişdilər. Onlara tezliklə agah oldu ki, bu əməliyyatdan böyük gəlir götürmək olar. Lakin bu ticarət heç də yeni və naməlum olan bir iş deyildi. Qədim dövrlərdə də həyata keçirilmişdi. XV əsrdə isə bu fəaliyyət növü daha ciddi səviyyəyə qalxmışdı. İlkin dövrlərdə afrikalılar üçün qul bazarı Orta Şərqdə idi, bu qullar, əsasən, ev nökərləri kimi istifadə olunurdular. Avropa ölkələrinin çoxunda qul sahibləri təbəqəsi mövcud idi, onlarda Afrikadan olan qullar və ya Qara dənizin Şimal sahillərindən gətirilənlər ev təsərrüfatına kömək göstərməkdə və kənd təsərrüfatı üçün zəhmət adamları kimi faydalı idilər.

Avropalıların şəkərlə tanışlığı Səlib yürüşləri vaxtı baş vermişdi. Yürüşün iştirakçılarına şəkər qamışı Orta Şərqdən tanış idi. XVI əsrin sonunda portəgizlilər Afrikanın özündə, onun işçi qüvvəsindən istifadə etməklə, şəkər qamışı plantasiyaları yaratmışdılar. XVII əsr ərzində şəkər qamışı plantasiyaları Braziliyanın şərq sahili ərazilərində və Karib dənizinin bəzi adalarında geniş yayıldı. Şəkərə olan tələbat da böyümüşdü. Avropalılar ona çox öyrənmişdilər. Şəkər, az qala, narkotik maddə təsirinə yiyələnmişdi. Ona görə də bir il ərzində şəkərin qiyməti xeyli yüksəlmişdi. Bunu nəzərə alaraq istehsalı artırmaq lazım idi. Plantatorların bu məqsədi həyata keçirmək üçün daha çox işçi qüvvəsinə ehtiyacları yaranırdı. Çünki Yeni Dünyada Amerika hindularının kiçik saydakı əhalisi bunu təmin etmək imkanına malik deyildi. Axı bu əhalinin xeyli hissəsi Köhnə Dünyadan idxal edilmiş xəstəliklərdən ölmüşdü. Digər tərəfdən, hindular plantasiyadakı ağır zəhmətə dözmürdülər, onlar tez yorulurdular və onların faydalı iş əmsalı olduqca aşağı idi.

O vaxtlar həm də qızmar iqlimə və ağır zəhmətə görə Qərbi Afrika şəkər qamışını becərmək üçün əlverişli yer sayıla bilməzdi. Ona görə də Afrika qulları gəmilərə yükləyib, Braziliyaya və Karib dənizi adamlarına göndərilməyə başlandı ki, onlar oradakı şəkər qamışı plantasiyalarında işləsinlər.

Avropalılar qidalarında şəkərə çox öyrəndiklərindən, onun istehsalı və ticarəti xeyli böyümüşdü. XVI əsrin başlanğıcındakı kiçik həcmdəki istehlak əsrin sonunda 22 dəfə artmışdı. Bu mənada həmin dövrdəki şəkərə olan aludəçiliyi, indi bəzi qadağan olunmuş maddələrə olan münasibət ilə müqayisə etmək olar.

Qul ticarəti inkişaf etməyə başladı. Sonrakı iki əsr ərzində qul ticarəti daha dramatik xarakter daşıdı, Avropa ilə əlaqədar olan Üçlük ticarətinin bir hissəsinə çevrildi. Avropa tacirlərinin gəmiləri, xüsusən İngiltərəyə, Fransaya, İspaniyaya, Portuqaliyaya və Hollandiya respublikasına məxsus olanlar Avropa manufaktura mallarını, tüfəngi, imbiri və tikiş paltarını Afrikaya daşıyırdı, oradan isə qul yükü ilə qayıdırdı. Mallar qullara dəyişdirilirdi. Qullar gəmilərlə Amerikalara daşınıb, orada satılırdı. Avropa tacirləri isə amerikalılardan tütün, patka, şəkər, rom və xam pambıq alırdılar və onları geri, Avropaya daşıyırdılar ki, qitənin bazarlarında satsınlar.

Ümumilikdə XVII əsrdə bir milyondan artıq adam Afrika ölkələrindən çıxarılmışdı. XVIII əsrdə bu rəqəm 6 milyona çatmışdı. XIX əsrin birinci yarısında Britaniya və digər Avropa dövlətlərində qul ticarətinə son qoymağa cəhd edilsə də, qara qitədən 2 milyona qədər qul xaricə ixrac edilmişdi. 10 milyon nəfər afrikalı qul XVI və XIX əsrlər arasında Amerikaya daşınmışdı.

Qul sahiblərinin çoxu, xüsusən Vest İndiada olanlar inanmışdılar ki, qulu almaq, onların uşaqlarını böyütməkdən az xərc tələb edir. Qədim Romada isə bunun əksinə hərəkət edilirdi, qul satın almaq əvəzinə qul uşaqların böyüdülməsinə sərf edilən xərc daha faydalı hesab edilirdi.

Qul ticarətinin səmərəsi olduqca böyük idi. Lakin gəlirin məbləği zonadan zonaya fərqli idi. Əlbəttə, həm də qulların və onların ailələrinin həyatını itirməsi də faciəvi effekt verirdi.

Afrikanın bədbəxtlikləri təkcə qul ticarəti ilə bitmirdi. Qitədə yaşayan xalqların mədəniyyəti də qəsdən məhv edilirdi. Onlara məxsus olan sənət əsərləri ələ keçirilir, qəsb edilirdi. Bu işdə metropoliyanın ərazidə xidmət göstərən məmurları, hərbçilər, ağ dərili plantatorlar, missionerlər fəal iştirak edirdilər. Onlar fil sümüyündən və qırmızı ağacdan yonulmuş kiçik heykəl fiqurlarını, rəsm əsərlərini, tarixi artefaktları oğurlayıb, Avropaya göndərirdilər. Fəlakət hadisələrindən də belə qarətlər üçün istifadə edirdilər. Bir dəfə Nigeriyada tayfa başçısının evi yanırdı.  Guya onu söndürməyə gələn hərbçilər evdəki qiymətli sənət əsərlərinin hamısını götürdülər. Çox şey zabitə çatdı, əsgərlər də paylarına düşənə sahib oldular.

1984-cü ildə Konqonun paytaxtı Brazzavildə olarkən, Poto-Poto rəssamlıq muzeyinə getdik, burada ancaq müstəqillik dövründə yaradılan əsərlər nümayiş etdirilirdi, müstəmləkə vaxtı yaradılanları isə hakim fransız məmurları ölkədən çıxarmışdılar. Əslində yazıq konqoluların tarixi oğurlanmışdı.

Afrika xalqlarının sənət əsərlərinin əksəriyyəti Avropanın muzeylərində eksponat bolluğu yaradır. Qitənin müstəqilliyə nail olmuş dövlətləri həmin əsərlərin və tarixi artefaktların geri qaytarılmasını tələb edirlər. Lakin onların haqlı iddiaları eşidilməz olaraq qalır, Avropa ölkəkələri bu ədalətli işə başlamaq istəmirlər. Çünki başa düşürlər ki, bu, domino effekti yarada bilər. Başqa ölkələrdən qarət edilmiş qiymətli sənət əsərlərini də geri qaytarmaq insidenti yarana bilər. Axı Assuriya portret heykəlləri və Parfenondan götürülmüş frizlər Londonun Britaniya muzeyində, Babilin məşhur İştar qapısı isə Berlinin Perqam muzeyində saxlanılır.

(Ardı var)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see143

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see141

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see140

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see137

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see131

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see128

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see125

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see124

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see123

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see120

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see118

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see117

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see116

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see114

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see113

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see109

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see108

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri