525 ci qəzet Britaniya NATO nun Baltik dənizindəki missiyası üçün iki təyyarə göndərəcək
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) sualtı qayıq əleyhinə və kəşfiyyat təyyarələri NATO-nun Baltik dənizində keçirdiyi “Baltic Sentry” (“Baltik keşikçi”) missiyasında iştirak edəcək.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı ölkənin müdafiə naziri Con Hili bildirib.
“Bu gün təsdiq edə bilərəm ki, Britaniya HHQ “P-8 Poseidon” sualtı qayıq əleyhinə və “RC-135W Rivet Joint” kəşfiyyat təyyarələrini Baltik dənizində sualtı infrastrukturun qorunması üçün nəzərdə tutulmuş NATO-nun “Baltic Sentry” missiyasına göndərəcək”, - Hili deyib.
Daha əvvəl NATO Baş katibi Mark Rutte alyansın Baltikyanı ölkələrinin Helsinkidə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında “Baltic Sentry” missiyasının başladıldığını elan etmişdi. Əməliyyatda həmçinin alyans ölkələrindən olan freqatlar və dəniz patrul təyyarələri də iştirak edəcək. Missiya dekabrın 25-də Finlandiya və Estoniya arasında sualtı kabelin zədələnməsinə cavab olaraq başladılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Yanvar 2025 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















