Icma.az
close
up
RU
525 ci qəzet İqtisadiyyat İnstitutunda qiymətlərin dövlət tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb

525 ci qəzet İqtisadiyyat İnstitutunda qiymətlərin dövlət tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yanvarın 27-də Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda ənənəvi elmi seminar keçirilib.

İqtisadiyyat İnstitutundan 525.az-a bildirilib ki, seminarda İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya şöbəsinin müdiri dosent Allahyar Muradov “Qiymətlərin dövlət tənzimlənməsi: ölkələrarası müqayisəli təhlil və Azərbaycan üçün nəticələr” mövzusunda məruzə ilə çıxış edib.

Bildirilib ki, bu tədqiqat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sifarişi əsasında professor Nazim Müzəffərlinin rəhbərliyi ilə İqtisadiyyat İnstitutunda yerinə yetirilib. Tədqiqat dövlətin qiymətlərə müdaxilə səviyyəsinin ölçülməsi və müqayisəli təhlili üzrə ilk elmi əsərlərdən biridir. Belə ki, həmin ölçmələr 129 ölkə üzrə məhz İqtisadiyyat İnstitutunun hazırladığı yeni metodologiya əsasında aparılıb. Hazırda Azərbaycan qiymətlərə ümumi müdaxilənin sərtliyinə görə 129 ölkə üzrə sıralamada 68-ci, daxil olduğu yüksək-orta gəlirli ölkələr qrupunda isə 23-cü yerdədir. Baltikyanı dövlətləri saymasaq, Azərbaycanda qiymətlərin tənzimlənməsi postsovet respublikaların hamısından daha liberaldır. Tədqiqatın müəllifləri hesab edirlər ki, ölkəmizdə qiymətlərin liberallaşdırılması potensialı var və liberallaşma iqtisadiyyata müsbət təsir göstərər. Azərbaycan üçün dəyərləndirmədən ortaya gələn ümumi təəssürat belədir ki, yaxın və ortamüddətli perspektivdə qiymətlərə birbaşa və dolayı müdaxilələrin azaldılması ölkədə aparılan iqtisadi siyasətin prioritetlərindən olmalıdır.

Əvvəlki dövrlərdə Azərbaycanda ümumi qiymət tənzimləməsinin nisbi sərtliyi daha yüksək olub. Lakin vəziyyətin dəyişməsi Azərbaycanda qiymətlərin tənzimlənməsi sahəsində hansısa liberal islahatlarla bağlı deyil. Səbəb odur ki, son illərdə ekstremal iqtisadi və xüsusilə də siyasi şərtlər üzündən əksər ölkələrdə iqtisadiyyata, o cümlədən qiymətlərə müdaxilə kəskin surətdə artıb, Azərbaycanda isə əsasən sabit (dəyişməz) qalıb. Nəticədə həmin ölkələr dirijistlik üzrə sıralamada yuxarı qalxıblar və onlarla müqayisədə indi Azərbaycanda qiymətlər daha liberaldır.

A.Muradov bildirib ki, tədqiqatda müxtəlif ölkələrdə dövlətin qiymətlərə müdaxilə dərəcəsi qeyri-səlis məntiq əsasında ölçülüb və təhlil olunub. Ölçmələr iki formatda - birbaşa müdaxilələr üzrə və müdaxilənin ümumi səviyyəsi üzrə aparılıb. Bu əsasda iki yeni göstərici - dövlətin qiymətlərə birbaşa müdaxiləsi indeksi və dövlətin qiymətlərə müdaxiləsinin ümumi səviyyəsi indeksi hesablanıb. Tətbiq edilmiş metodoloji yanaşmalar hər iki halda orijinaldır və müəlliflər tərəfindən hazırlanıb. Alınmış nəticələr əsasında müvafiq reytinqlər tərtib edilib, qiymətlərə müdaxilənin sosial-iqtisadi təsirləri ayrıca araşdırılıb. Müəlliflər ümid edirlər ki, onların Azərbaycanda qiymətqoymanın müəyyən biçimdə liberallaşdırılması üzrə təklifləri dövlət qurumları tərəfindən qiymətlərin tənzimlənməsi ilə bağlı qərarların hazırlanmasında faydalı olacaq.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri