Icma.az
close
up
RU
525 ci qəzet “Tramp Avropa ilə bağlı məsuliyyətdən bezib”

525 ci qəzet “Tramp Avropa ilə bağlı məsuliyyətdən bezib”

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilə keçib ki, davam edir. ABŞ Prezidenti Donald Tramp müharibəyə son qoymaq üçün bəzi addımlar atıb, təmaslar həyata keçirib. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov “525”ə müsahibəsində ilk növbədə Trampın bir ay ərzində bu istiqamətdəki addımlarını dəyərləndirib:

- Prezident Tramp bu məsələlərə siyasətçi yox, biznesmen kimi yanaşır. O deyir ki, bu, Avropa ölkələrinin təhlükəsizlik problemidir, ona görə də zəhmət çəkin, qolunuzu çırmalayın, probleminizlə məşğul olun. Bu yükü nəinki ABŞ öz üzərinə götürmək, heç bölüşmək də istəmir. Ona görə də Trampın məqsədi qısa bir zamanda atəşkəsə nail olmaqdır. Tramp Ukraynanın ərazisinin 600 min kv. km olacağının, yoxsa 500 min kv. km qalacağının onu o qədər də maraqlandırmadığını heç gizlətmir də. Əsas atəşkəsi təmin etməkdir. ABŞ daha nə maliyyə ayırmaq, nə silah  göndərmək, nə də hərbi formada orda iştirak etmək fikrindədir. Avropaya deyir ki, əgər siz davam etmək istəyirsinizsə, qolunuzu çırmalayın, silahınız yoxdursa, mən satmağa hazıram. Ancaq bundan sonra müftə heç nə verəsi deyiləm. Əksinə, Ukraynaya daha əvvəl etdiyi yardımların əvəzində təbii sərvətlərini öz nəzarətinə almaq tələbi ilə çıxış edib. Vəziyyət budur.

- Siz Trampın biznes maraqlarını qeyd etdiniz, belə çıxır ki, Ukrayna ilə bağlı ədalətli razılaşma olmayacaq?

- Beynəlxalq münasibətlərdə ədalət axtarmaq sadəlövhlükdür, maraqlar hər şeyi həll edir. Tramp gizlətmir ki, o, Avropa ilə bağlı məsuliyyətdən bezib. Bildirir ki, ABŞ Avropaya pul xərcləyir, onların təhlükəsizliyini təmin edir, onlar isə heç hərbi xərclərini artırmaq istəyində deyillər. Təhlükəsizliyi hələ də mən təmin edirəmsə, zəhmət çəkin, bunun xərcini ödəyin. Yox, xərcini də çəkmək istəmirsinizsə, hər şeyi ABŞ-ın çiyninə yükləmək istəyirsinizsə, nahaq belə düşünürsünüz. ABŞ istəyir ki, Avropa öz təhlükəsizliyi ilə özü məşğul olsun. Özü isə öz qoşunlarını, diqqətini Sakit okeanına cəlb etmək istəyir. Əsas maraqları, rəqibi - Çin ordadır.

- ABŞ-la Avropa İttifaqı arasında Ukrayna məsələsinə yanaşmada fikir ayrılığı görünür. Sizcə, Avropa ABŞ-ın Ukrayna ilə bağlı yekun qərarlarını qəbul edəcək?

- Avropa İttifaqı vahid, siyasi, hərbi güc kimi yoxdur. İqtisadi güc kimi mövcuddur. Bu gün Avropa üçün əsas təhlükə mənbəyi Rusiyadır. Başqa təhlükə mənbəyi yoxdur. Halbuki Avropa İttifaqının əhalisi Rusiyanın əhalisindən üç dəfə, iqtisadi gücü isə 10 dəfə çoxdur. Onda adama deyərlər ki, təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri həyata keçir. Yox, onlar istəyirlər ki, oturub hamıya göstəriş versinlər, ibrət dərsləri keçsinlər, amma bədəbəddə sinələrini qabağa verməyə hazır deyillər. Söhbət təkcə silahdan getmir, mübarizə aparmaq, vuruşmaq istəmirlər. Əslində bu gün Avropada vuruşan iki ordu var. Biri Ukrayna, o birisi Türkiyə ordusudur. Yerdə qalanları heç silahları olanda da düz-əməlli vuruşmağa daxilən hazır deyillər. İndi belə ola halda, sənin böyüklüyünü də heç kim qəbul etmək istəməyəcək. Bir halda ki, o böyüklük iddianın arxasında güc durmayıbsa.

- Türkiyə demişkən, Ukrayna məsələsində onun rolu nədən ibarət ola bilər? Biz bilirik ki, Türkiyə bu cür məsələlərdə daha ədalətli yanaşma ortaya qoyur, ölkələrin ərazi bütövlüyü və suverenliyini qətiyyətlə müdafiə edir. Biz bunu Suriyada və digər ölkələrə yanaşmada gördük. Türkiyənin Ukrayna məsələsində qəbul ediləcək qərarlara təsiri nə dərəcədə ola bilər?

 - Avropanın Türkiyəyə münasibətdə heç də ədalətli yanaşması yoxdur. Onlar da daim Türkiyədən istifadə etmək niyyətindədirlər. Türkiyə Avropanın əvəzinə sinəsini qabağa verən deyil. Amma təbii ki, Türkiyənin yanaşmasını, mövqeyini hamı nəzərə alır. Ukrayna prezidenti Zelenski Türkiyəyə səfər etdi, Tramp Ərdoğana zəng vurdu, Rusiya Ankaraya xarici işlər naziri Lavrovu və Federasiya Şurasının sədri Matviyenkonu göndərdi. Anlayırlar ki, Türkiyənin bu proseslərə müdaxilə etməsi vəziyyəti xeyli dəyişə bilər. Lakin Türkiyə də boş yerə özünü oda atası deyil.

Yada salmaq istəyirəm ki, məhz Türkiyənin səyləri nəticəsində Ukraynadan taxılın tədarükünə nail olundu. Onun təhlükəsizliyini də Türkiyə təmin etdi. Girovların və əsirlərin dəyişməsində də həmçinin. Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair ilk razılaşma da İstabulda əldə olunmuşdu, təəssüf ki, Britaniyanın o vaxtkı Baş naziri Boris Consonun müdaxiləsindən sonra razılaşma təmin olunmadı. Halbuki o dövr üçün əldə olunan ən uğurlu imkan idi. Müharibədən bir ay keçmişdi, o boyda dağıntılar yox idi. Rusiya Kiyevdən, Xarkovdan qoşunları çıxarmışdı, onda razılaşma əldə edilsəydi, indikindən qat-qat yaxşı bir vəziyyət olardı. Təəssüf ki, Avropa ölkələri razılaşmanın əldə olunmasına maneə törətdilər, amma indi də önə çıxmaqda tərəddüd edirlər. Türkiyə, təbii ki, proseslərin nəbzini əlində saxlayır. İstisna etmirəm ki, Putin-Tramp, mümkün Putin-Zelenski görüşü elə İstanbulda da keçiriləcək və Türkiyənin öz sözünü demək imkanı olacaq. Ancaq Türkiyə digərlərinin əvəzinə yükü çiyinlərinə götürüb daşıyası deyil. Türkiyəni bu gün daha çox maraqlandıran Suriyadır. Orda vəziyyəti tam nəzarətə götürmək, sabitliyi təmin etməklə məşğuldur. Suriya Türkiyə ilə həmsərhəd bir ölkədir və orda onun üçün təhlükələr mövcuddur, PKK-çılar və s. Ona görə də Türkiyə sabitliyi tam şəkildə təmin etməlidir.

- Bayden administrasiyasının dövründə Ukraynaya silahlar verildi, maliyyə yardımı ayrıldı, hərbçilər üçün təlimlər keçildi. Ukrayna niyə öz hədəfinə çatmadı? Dəstək kifayət etmədimi?

- Ukrayna savaşdı, mən elə bir ordu, millət tanımıram ki, üç il bu şəkildə Rusiya ilə müharibə aparsın. Rusiya da istədiyinə nail ola bilmədi, çünki ukraynalılar çox güclü müqavimət göstərdilər. Sadəcə yardımlar Ukraynanın gözlədiyi kimi olmadı. Qram-qram silah verirdilər, çatdırılma gecikirdi, buna görə də Ukrayna hazırladığı hücum əməliyyatlarını istədiyi kimi həyata keçirə bilmədi. Problemlər mövcud idi. Belə baxanda Ukrayna böyük, güclü dövlətdir, amma Rusiya ilə müqayisədə onun gücü kifayət etmədi. Məsələn, Gürcüstan dörd gün müqavimət göstərə bildi. Ukrayna isə üç ildir vuruşur. Ona görə də mənə elə gəlir ki, Ukraynanın döyüş qabiliyyətini, müqavimət göstərmək qabiliyyətini  yüksək qiymətləndirmək lazımdır. Ayrı cür yanaşma ədalətli olmazdı.

- Əgər Ukrayna ərazi itkisi, sərvətlərini ABŞ-ın nəzarətinə verməklə müharibənin bitirilməsi ilə razılaşsa, bu, nə demək olacaq? Ukrayna xalqı bunu necə qəbul edəcək?

- Biz 44 günlük müharibədə üç min itki vermişdik, bu, bizim üçün çox ağrılı idi. Mən özüm şəhidlərin dəfn mərasimlərində iştirak etmişəm, çox ağır idi. Ukrayna 30 dəfə çox itki verib, xeyli yaralı var. Bu, əlbəttə ki, çox çətindir. Orduda orta yaş 45-50 arasındadır. Həmin insanlar 3 ildir səngərlərdən, xəndəklərdən çıxmırlar. Çox ağır, çətin bir sınaqdır. Ukraynanın da müqavimət gücü sonsuz deyil. Ukrayna əsas məsələni həll etdi, Rusiyanın məqsədi Ukrayna dövlətini dağıtmaq, qalan hissəsini özünə tabe etmək idi. Buna nail olmadı və olmayacaq. Bizim üçün də çətin bir vaxt var idi. Hələ ərazilərimizin 20 faizi işğal altında olanda mərhum Prezident Heydər Əliyev götür-qoy etdi və doğru qərar verdi ki, biz torpaqlarımızı azad etmək üçün vaxt qazanmalıyıq. Ona görə də atəşkəs əldə edildi. Amma sonda biz bütün ərazilərimizi geri qaytardıq. İnanmıram ki, Ukrayna ərazilərin Rusiyaya keçməyinə imza atsın. Mövcud vəziyyətlə barışmalı olacaq, amma sonradan həmin Avropa ölkələrinin Ukraynanın bərpası, güclənməsi ilə bağlı hansı köməyi göstərəcəkləri, Ukrayna xalqının yeni çağırışların öhdəsindən nə dərəcədə gələcəyindən çox şey asılıdır. Hər bir halda Ukrayna bir dövlət kimi özünü qoruyub xəritədə saxlamağı bacardı.

- Ukraynada yeni seçkilərin keçirilməsi gündəmdədir. Sizcə, qeyd edilən məsələlər Zelenskinin dövründə həllini tapacaq, yoxsa yeni hakimiyyətin?

- Yeni hakimiyyət də ola bilər. Burda qeyri-adi nəsə yoxdur. Ukraynada dəfələrlə hakimiyyət dəyişiklikləri baş verib. Seçkilər təkcə prezident seçkiləri deyil, parlamentə də seçkilər keçirilməlidir. Bu, təbii ki, sülh şəraitində mümkündür. Atəşkəs təmin olunduğu halda, Ukraynada seçkilər keçiriləcək. İndi Zelenski olacaq, Zalujni gələcək, yaxud başqası, fərqi yoxdur, amma sülhdən sonrakı dövr də çox çətin olacaq. İnanmaq istərdim ki, Ukrayna dövlət kimi toparlanıb yeni çağırışlara cavab tapacaq. Ukrayna SSRİ dağılanda ən böyük hərbi potensialı özündə saxlamışdı. Hər şeyi darmadağın elədilər. Belə bir vəziyyət yarandı ki, müharibə başlayanda qaldı asılı vəziyyətdə. Tanklarının, artilleriyanın, təyyarələrinin sayı az qala Rusiya ilə bərabər idi. Amma hər şeyi dağıtdılar. Düşündülər ki, Rusiya qardaş dövlətdir, Avropadan da təhlükə yoxdur. Əldə olanları satdılar, dağıtdılar və görürsünüz ki, necə çətinlik yarandı, lazımi şəkildə cavab verə bilmədilər. Ukraynanın hərbi sənayesi çox yüksək səviyyədə idi, hər şeyi özləri istehsal edirdilər. Demək istəyirəm ki, hazırlıq vaxtında getməli, imkanlar düzgün istifadə olunmalı idi. Olmadı. Ancaq bundan sonra daha belə səhvlərə yol verməməlidirlər.

Pərvanə SULTANOVA 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see331

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see144

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see137

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see133

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see132

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see126

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see126

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see124

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see120

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see120

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see119

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see119

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see116

18 milyon şagird qara ayaqqabımı geyinəcək? Nazirlik açıqlama verdi

31 Avqust 2025 13:14see116

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see115

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri