Icma.az
close
up
RU
525 ci qəzet Ömür dediyin şey bir ovuc xəzəl...

525 ci qəzet Ömür dediyin şey bir ovuc xəzəl...

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nübar ELDARQIZI

Yetim-yesir

Hər şey zaman-zaman dəyişir, hər şey,

Birinin çoxuna təsiri olur.

Kimi doğrusunu bilmək istəyir,

Kimi yanlışının əsiri olur.

Dünya - karvansara, gəlib-gedən çox,

Toxun gözü doymur, ac var - gözütox!

Hər şair də şahın baş vəziri yox,

Çoxusu keyfinin vəziri olur.

- Var bir uğursuzluq, var bir bəd nəzər;

Ömür dediyin şey bir ovuc xəzəl...

- Adamlar yaradan Allah nə gözəl! -

Allah bəndəsinin qüsuru olur!..

Doğru söz həmişə acı dad verir;

Qorqud, bəlkə, bu gün pulla ad verir!

Gedən il gələnə hesabat verir,

Hər ilin mütləq ki, kəsiri olur...

Allah da bilir ki, Nübar şairdi!

Həm növcavan deyil, həm müasirdi.

İndi nə olsun ki, "və b.", "və sair"di...

Şairlərin də yetim-yesiri olur...

Qırmızı

Hərdən qonaq olur şeirlərimə,

Yeddi əsas rəngin biri - qırmızı.

Şəhid bədəninə ölüm tək girən

Qarabəxt qurşunun yeri - qırmızı...

Ən diqqətçəkəndir, ən gözalıcı,

Rənglərin içində şahdı qırmızı.

Gəncliyinə verin, çılğın, tələskən,

İşvəli, sadəlövh, safdı qırmızı.

- Qırmızı - Bayraqdır, Vətən simgəsi,

Haqq üçün döyüşən əsgər cəngisi,

O səni görməzdən gəlməyə qoymaz,

Rənglərin xanımı - Ərəbzəngisi!

Yaz gözəli - lalə bir qaraxaldır,

Dədə-baba zövqü yaşıldır, aldır.

Novruz bayramında yanan tonqaldır,

Kosadır, keçəldir, dəli - qırmızı...

Şairlər şərabı eşqə bənzədib,

Şərab da qırmızı, eşq də qırmızı.

Qırmızı xəttimiz Şah İsmayıldı!

Eləcə qalaydı keşkə... qırmızı...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Yanvar 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri