Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Yağış suları parkinqdə lüks avtomobilləri məhv etdi VİDEO

525ci qəzet Aİ95 markalı benzinin qiyməti ucuzlaşa bilərmi?

525ci qəzet Aİ95 markalı benzinin qiyməti ucuzlaşa bilərmi?

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Məlum olduğu kimi, artıq bir neə aydır ki, SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzinin istehsalına başlanılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin edilir. Avro-5 keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun 15-dən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq 1.60 manat olub. Aİ-95-in qiymətlərin müəyyənləşdirilməsinə rəsmi cavabdeh olan struktur hələ müəyyən edilməyib. Əslində bu yanacağın qiymətini Dövlət Neft Şirkəti (SOCAR) müəyyənləşdirir. Ekspertlərin fikrincə, yerli istehsal yanacağın qiymətləri dövlət tərəfindən, yəni Tarif Şurası tərəfindən tənzimlənir və onları istehsal edən şirkətin bazara tarif diktə etmək hüququ yoxdur.

Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib ki, hazırda "Aİ-95" markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar siyahısına daxil edilməyib, lakin yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən əlavə ediləcəyi gözlənilir. Onun sözlərinə görə, "Aİ-95" markalı yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənmir: "Bir müddətdir ki, Azərbaycanda da "Aİ-95" benzini istehsal olunur və bu səbəbdən onun da qiymətinin tənzimlənməsi təklif edilir. Yerli istehsal olan benzinə fiks qiymət qoymaq olur, halbuki xaricdə istehsal edilən benzinin qiymətinin tənzimləmək mümkün deyil".

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Aİ-95 markalı benzinin qiymətinin tənzimlənən məhsulların siyahısına daxil edilməsi məsələsi uzun müddətdir müzakirə olunur: "Azərbaycan artıq bu məhsulu istehsal etməyə başlayıb. Hökumətin siyasəti konkret olmalıdır. Əgər yerli istehsal olan Aİ-92 markalı benzinin qiyməti tənzimlənirsə, Aİ-95 markalı benzinin də qiyməti tənzimlənməlidir. Bu tənzimlənmə müəyyən qədər bu istiqamətdə sosial aspektlərin qiymətlərin müəyyən edilməsinə təsirini artıra bilər. Burada qiymətləri Tarif Şurası müəyyən edir. Tarif Şurası bir çox məqamları nəzərə alır. Hazırda qiyməti müəyyən edən SOCAR-dır. Təbii ki, SOCAR sosial siyasətə cavabdeh qurum deyil. Buna görə də daha çox iqtisadi aspektlərdə məsələləri dəyərləndirir. Tarif Şurası ən azından nəzəri baxımdan sosial aspektləri də şirkətin iştirak mövqeyini də nəzərə almalıdır".

Ekspert qeyd edib ki, yanacağın qiyməti ən son 2024-cü ildə 10 faizdən artıq, yəni Aİ-92 markalı yanacağın və dizelin qiyməti artırılıb. Ondan sonraki dövrdə neftin qiyməti ucuzlaşıb ki, bahalaşmayıb: "Yəni məhsulun maya dəyəri aşağı düşüb, bahalaşmayıb. Belə bir şəraitdə yenidən qiymətin artması üçün iqtisadi faktor yoxdur. Bu məsələ ilə bağlı dəqiq proqnoz vermək çətindir. Bir sıra hallarda Tarif Şurasının qərarları gözlənilməz olduğu üçün bununla bağlı dəqiq qərar vermək mümkün deyil".

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, əvvəl də Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənirdi. Sonradan bu dövlətin nəzarətindən çıxıb azad bazar şəraitində qiymətin tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verildi, amma çalışmadı. Bu onu göstərir ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də rəqabətli mühitlə bağlı problem var. Faktiki olaraq, SOCAR və onun törəmə şirkətləri bu növ benzini gətirirdilər və qiymət qoyurdular. İndi bu məsələ onların əlindən alınır və yenidən dövlət tərəfindən tənzimlənməyə keçir".

Natiq Cəfərli qeyd edib ki, "Aİ-95" markalı benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə yenidən keçid ciddi suallar doğurur: "Əvvəl də dövlət tərəfindən tənzimlənirdi, bu, yenilik deyil. Sonradan guya bu dövlətin nəzarətindən çıxıb azad bazar şəraitində qiymətin tənzimlənməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qərar verildi, amma çalışmadı. Bu onu göstərir ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də rəqabətli mühitlə bağlı problem var. Faktiki olaraq, SOCAR və onun törəmə şirkətləri bu növ benzini gətirirdilər və qiymət qoyurdular. İndi bu məsələ onların əlindən alınır və yenidən dövlət tərəfindən tənzimlənməyə keçir".

İqtisadçı ekspert Xalid Kərimli deyib ki, artıq Aİ-95 markalı benzin ölkə daxilində istehsal olunur. Bu o deməkdir ki, daha ucuz maya dəyərində istehsal imkanları mövcuddur: "Əvvəllər Aİ-95 markalı benzini xaricdən idxal edirdik. Bu zaman isə əlavə logistik xərclər, istehsalçının istədiyi mənfəət marjasını qəbul etmək məcburiyyətində idik. Hazırda Aİ-95 markalı benzinin ölkə daxilində istehsal edilməsi həm qiymətlərin kəskin tərəddüdünün, həm də benzinin həddən artıq qazancla satılmasının qarşısını alır. Beləliklə, logistik xərclər, istehsalçının istədiyi mənfəət marjası kimi məsələlər aradan qalxdığından Aİ-95 markalı benzinin qiyməti enə bilər. Bu da ondan istifadəyə marağı artıracaq".

İqtisadçı ekspert Pərviz Heydərovun sözlərinə görə, ölkədə yanacaq məhsullarının istənilən növünün qiymət dəyişiklikləri həmişə ciddi rezonans doğurur. Bu, hər dəfə müəyyən mübahisələr yaratmaqla yanaşı, ölkədaxili mövcud iqtisadi proseslərə də təsir göstərir. Ona görə ki, bizdə bir sıra yanacaq məhsullarının qiymətlərini dövlət müəyyən edir, yəni başqa sözlə desək, hökumət tənzimləyir. Halbuki inkişaf etmiş ölkələrdə belə deyil. Ümumiyyətlə, yanacaq məhsullarının qiymətləri qlobal miqyasda məhz xam neftin mövcud dəyərinə əsaslanır. Belə ki, hər şey bilavasitə bu sahədə baş verən dəyişikliklərə müvafiq şəkildə təşəkkül tapır. Yəni neftin qiyməti artanda yanacaq məhsulları bahalaşır, azaldıqda isə ucuzlaşır: "Xeyli vaxtdır bir sıra faktorların təsiri nəticəsində isə qlobal miqyasda neftin qiymətləri kəskin şəkildə artdığından yanacaq məhsulları hər yerdə yüksək məbləğdə satılır. Rusiya ilə Ukrayna arasında münaqişə bu sahədə vəziyyəti daha da kəskinləşdirdi".

Ekspertin dediyinə görə,  Azərbaycanda istehsal olunan yanacaq növlərinin qiymətlərinə isə Tarif Şurası nəzarət edir: "2021-ci ildə Azərbaycana idxal edilən "Aİ-95" premiumun benzinin orta illik dəyəri 2020-ci illə müqayisədə artıb".

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, ölkədə istehsal olunan sözügedən markalı benzinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilməlidir. Amma lap əvvəldən Dövlət Neft Şirkəti nədənsə bu funksiyanı öz üzərinə götürüb, Aİ-95-in qiymətini azaltmaq qərarına gəlib. Artıq bu benzinin istehsalına başlanması münasibətilə iyunun sonunda dərc olunmuş press-relizdə o, nəinki bu faktı açıqlayıb, həm də tarifin qiymətinin aşağı salındığını bəyan edib. Sadə dillə desək, o, yerli istehsalçı olan avtomobil yanacağının qiymətlərini müəyyən etmək üçün Tarif Şurasının səlahiyyətlərini öz üzərinə götürür. Lakin indi bu avtomobil yanacağı ölkə daxilində istehsal olunduğu üçün Nazirlər Kabineti mövcud qanunvericiliyə mövcud şəraitə uyğun müvafiq dəyişikliklər etməlidir.

İ.Şaban hesab edir ki, Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənən yanacaq məhsulları siyahısına daxil edilməlidir: "Onu da nəzərə almaq lazımdır ki, son 10 ildə respublikaya idxal olunan yüksək oktanlı benzinin qiyməti ölkədə tələb və təklifə uyğun deyil, bağlanmış kartel müqavilələri əsasında formalaşıb. Ötən dövr ərzində ölkədə fəaliyyət göstərən minlərlə yanacaqdoldurma məntəqəsində "Premium" markalı yanacağın pərakəndə satış qiymətinin niyə eyni olduğunu başqa necə izah edə bilərik? Heç kim xaricdən gətirilən mühərrik yanacağının ümumi qiymət səviyyəsindən baha və ya ucuz satılmasını təklif etməyib".

O deyib ki, ölkədə istehsal olunan Aİ-95-in qiymətlərinin müəyyən edilməsinə gəlincə, mən hesab edirəm ki, hökumət 2014-cü ildə qəbul etdiyi qərara yenidən baxmalıdır, çünki biz artıq bu yanacaq növünü ölkədə istehsal edirik. Onun qiymətlərinin formalaşdırılması Tarif Şurasının səlahiyyətinə qaytarılmalı, Aİ-95 isə tənzimlənən yanacaq məhsullarının siyahısına əlavə edilməlidir: "Əks halda Aİ-95-in respublikada istehsal olunan digər avtomobil yanacağından nə ilə fərqləndiyini izah etmək lazımdır. Axı hər şeyin qiyməti dövlət tərəfindən tənzimlənir, amma bu benzinin yox. Və sonra belə bir sual yaranır: əgər bu yanacağın qiymətinin bazardan asılı olduğu deyilirsə, Dövlət Neft Şirkətinin bunu niyə təyin etdiyi anlaşılan deyil".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Dekabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Yağış suları parkinqdə lüks avtomobilləri məhv etdi VİDEO

17 İyul 2025 08:00see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri