525ci qəzet Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada iki medal qazanıblar
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan “Bosnia Open” beynəlxalq turnirində iki medal qazanıb.
525.az-a federasiyadan verilən məlumata görə, Vasif Səlimov (68 kq) bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub.
Elcan Əliyev (78) isə bürünc medal əldə edib.
Qeyd edək ki, noyabrın 24-də startı verilən yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib. Bu gündən isə böyüklər mübarizəyə qoşulacaqlar.

