Icma.az
close
up
RU
525ci qəzet Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilib

525ci qəzet Azərbaycana 9 ayda 1 milyondan çox smartfon idxal edilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 289 milyon 239 min ABŞ dolları dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 14.4% və ya 130 min 187 ədəd, dəyər baxımından isə 21% və ya 50.1 milyon ABŞ dolları çoxdur. Belə ki, 2023-cü ilin ilk 9 ayı ərzində ölkəyə 239 milyon 116 min dollar dəyərində 906 min 676 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 474 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 448 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (811 340 ədəd), Vyetnamdan (161 684 ədəd), Hindistandan (59 496 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 150 ədəd ) gətirilib. Bu məhsul Çindən 450 manata, Vyetnamdan 586.5 manata, Hindistandan 406 manata, Amerika Birləşmiş Ştatlarından isə 1920 manata idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 176.5 min ABŞ dolları dəyərində 944 ədəd smartfon ixrac edilib. İsveçrə (18 ədəd), Çexiya (354 ədəd) və Honqonqa (571 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 317.8 manat təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri