525ci qəzet Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planları açıqlanıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Gürcüstanda etiraz aksiyalarının təşkilatçıları dekabrın 14-də prezident seçkilərini pozmağı və bu məqsədlə vəziyyəti maksimum gərginləşdirməyi planlaşdırırlar.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
"Əldə edilmiş məlumata görə, destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları bu il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin baş tutmamasını və bütün vasitələrlə Gürcüstanın altıncı prezidentinin seçilməsinə mane olmağı planlaşdırırlar. Bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq", - bəyanatda vurğulanıb.
Məlumatda vətəndaşlara etiraz təşkilatçılarının planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum ehtiyatlı olmağa çağırış da var.
“Cinayət əməllərinin təşkilatçıları insanları qurban verməklə etiraz yükünü gücləndirməyə və radikal əhvali-ruhiyyəni təşviq etməyə çalışacaqlar”, - məlumatda bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 10 Dekabr 2024 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















