525ci qəzet IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək
Icma.az, 525.az portalına istinadən məlumat verir.
20-24 dekabr tarixlərində ölkəmizdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təşkilatçılığı ilə vokal sənətinin əsl bayramı – IV Azərbaycan Vokalçıları Festivalı keçiriləcək.
525.az-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, layihə çərçivəsində zəngin və çoxşaxəli tədbirlər planlaşdırılıb.
Bildirilib ki, Azərbaycan Milli Konservatoriyası müəllim və tələbələrinin iştirakı ilə konsert və elmi seminar; Xalq artisti Şahlar Quliyevin əziz xatirəsinə həsr olunmuş konsert; Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın solo konserti; Kamera musiqisi axşamı, Rus bəstəkarlarının ariya və romanslarından ibarət gecə təşkil olunacaq.
Festivalın təntənəli bağlanış mərasimi 24 dekabr tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Tədbir Azərbaycan vokal sənətinin parlaq simalarını bir araya gətirərək tamaşaçılara unudulmaz anlar bəxş edəcək.
Baxış sayı:67
Bu xəbər 10 Dekabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















