Icma.az
close
up
RU
525ci qəzet “Kardiologiya” dərsliyi tələbə və müəllimlərin istifadəsinə verilib

525ci qəzet “Kardiologiya” dərsliyi tələbə və müəllimlərin istifadəsinə verilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

ATU-nun I Daxili xəstəliklər kafedrasının bir qrup əməkdaşı - Vəsadət Əzizov, Gülarə Hacıyeva, Sona Qəhrəmanova, Yasmin Rüstəmova, Sevinc Məmmədli, Qalib İmanov, Şahin Xəlilov, Günay Şirəliyeva və Fərəh İbadovanın birgə müəllifliyi ilə “Ocaq” nəşriyyat-poliqrafiya mətbəəsində “Kardiologiya” adlı dərslik nəfis tərtibatla işıq üzü görüb.

525.az xəbər verir ki, Tədris Terapevtik Klinikanın direktoru, I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizovun redaktorluğu ilə ərsəyə gələn dərsliyə Əziz Əliyev adına AHTİ-nin Kardiologiya kafedrasının müdiri, professor Tofiq Cahangirov və ATU-nun I Daxili xəstəliklər kafedrasının dosenti Leyla Əfəndiyeva rəy veriblər.

“Kardiologiya” dərsliyi müasir məlumatları özündə ehtiva edən fundamental kitabdır. Kitabın ümumi hissəsində ürək-damar sisteminin subyektiv (şikayətlər, xəstəliyin anamnezi, həyat anamnezi), obyektiv (baxış, palpasiya, perkusiya və auskultasiya), qeyri-invaziv (EKO, sutkalıq monitor, yük siqnalları, ExoKQ və stress ExoKQ, ürəyin yeməkborusudaxili stimulyası, radioizotop və stress-radioizotop müayinə, ürəyin KT müayinəsi, KT angioqrafiya) və invaziv (koronor angioqrafiya) müayinələri, onlara göstəriş və əks-göstərişlər, eləcə də laborator müayinələr barədə müfəssəl məlumat verilib.

Sonrakı bölmələr ayrı-ayrı ürək-damar xəstəlikləri, onların etiologiyası, patogenezi, klinikası, təsnifatı, diaqnostikası, differensial diaqnostikası, müalicəsi və profilaktikasına həsr olunub.

On doqquz fəsil, 416 səhifədən ibarət olan dərslikdə müxtəlif mövzulara uyğun diaqramların və izahedici şəkillərin verilməsi məlumatların tələbələr tərəfindən  daha asan mənimsənilməsinə şərait yaradır.

Bu faydalı mənbədən Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri, müəllimləri və həmçinin praktik səhiyyə ilə məşğul olan həkim-mütəxəssislər istifadə edə bilərlər.

Xatırladaq ki, “Kardiologiya” dərsliyi universitetin tədris proqramına uyğun olaraq, ATU-nun Böyük Elmi Şurasının qərarı əsasında çap edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Dekabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri