Icma.az
close
up
RU
525ci qəzet Mahir Emreli: Günahkar axtarırsınızsa, bu məsuliyyəti daşımağa hazıram

525ci qəzet Mahir Emreli: Günahkar axtarırsınızsa, bu məsuliyyəti daşımağa hazıram

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sabah güclü rəqibə qarşı oynayacağıq. Bizi çətin qarşılaşma gözləyir”.

525.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Mahir Emreli UEFA Millətlər Liqasının 6-cı turunda sabah İsveçlə keçiriləcək səfər oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

"Nürnberq"də (Almaniya) son oyunlarda qol vuran 27 yaşlı futbolçu sabahkı matçda da bunun üçün çalışacağını bildirib: “Cüzi də olsa, şansımız var (C Liqasında qalmağı nəzərdə tutur - red.). Rəqib bizə yaxşı məlumdur. Uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Amma qoldan daha önəmli olan qələbə qazanmaqdır. Qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır. Sabah mən də qol vurmaq istəyirəm. Klubumda son oyunlarda start heyətdə meydana çıxıram. Məşqçim də mənə güvənir. Hazırda özümü yaxşı hiss edirəm. İnanıram ki, sabah hücumda komandama kömək edə biləcəm”.

Slovakiya ilə oyunda qırmızı vərəqə alan və buna görə də Estoniya ilə son matçda komandasına kömək edə bilməyən hücumçu bu barədə sualı da cavablandırıb. O, Qəbələdə Estoniya ilə keçirilən matçda (0:0) millimizin lazım olan qələbəni qazana bilməməsində özünü də günahkar hiss etdiyini deyib:  "Son zamanlar bizim oyunumuz yaxşılaşıb. Bu turnirdə də bunu görmək olar. Hər şeyə baxmayaraq, nəticə yoxdur. Slvakiya ilə səfər matçını çıxmaq şərtilə digər görüşlərdə yaxşı oynamışıq. Statistikaya baxmaq lazımdır. Bəlkə də ən çox hücum etdiyimiz seçmə mərhələdir. Günahkar axtarırsınızsa, mən onun məsuliyyətini daşımağa hazıram. Təbii ki, Estoniya ilə matçda komadama kömək etmək istəyirdim. Çalışacam ki, sabah bunu unutdurum".   

Qeyd edək ki, sabah Solnadakı "Strouberri Arena”da keçiriləcək İsveç - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Noyabr 2024 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri