Icma.az
close
up
RU
525ci qəzet Türkər Qasımzadə: Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində tez tez eşidəcəksiniz

525ci qəzet Türkər Qasımzadə: Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində tez tez eşidəcəksiniz

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Bir il öncə 27 noyabr tarixində prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universiteti yaradıldı və biz artıq 1 ildir Qarabağ Universiteti olaraq fəaliyyət göstəririk”.

Bunu Qarabağ Universitetinin İncəsənət fakültəsinin dekanı, bəstəkar Türkər Qasımzadə deyib.

O bildirib ki, İncəsənət fakültəsi olaraq Qarabağ Universitetində ölkənin ən peşəkar müəllimləri və çox gözəl tələbə heyətilə bu ilə başlayıblar: “Bu bir illik fəaliyyətimiz dövründə bir sıra uğurlara da imza atmışıq. Əminəm ki, Qarabağ Universitetində tədris ən yüksək standartlara uyğun şəkildə davam edəcək. Qarabağ Universitetinin İncəsənət fakültəsi olaraq bu gün biz birliyimizi konsert və sərgiylə qeyd etmək istəyirik. Ümumilikdə Qarabağ Universiteti müəllim və tələbə heyəti müxtəlif janrlarda olan əsərlərlə, Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərilə çıxış edəcəklər. Eyni zamanda gözəl bir sərgi də təşkil olunmuşdur ki, sərgidə də Qarabağ Universitetinin müəllimləri 140 yaxın müxtəlif texnikalarla hazırlanmış əsərlərlə sərgiyə gələn tamaşaçıların qarşısına çıxacaqlar. Bu bayram əhval-ruhiyyəsi ilə bir ilimizi qeyd edirik. Çox şərəfli hisslərdir, böyük şükranlıq hiss edirik ki, Qarabağımızda, Xankəndi şəhərində universitetimiz 1 ildir fəaliyyət göstərir. Əminəm ki, çox böyük uğurlara da imza atacaqdır”.

Dekan vurğulayıb ki, İncəsənət fakültəsində "Musiqi müəllimliyi", "İnstrumental ifaçılıq", "Vokal", "Milli vokal" və "Xanəndəlik", eyni zamanda "Dizayn" ixtisasları tədris olunmaqdadır: “Bu ixtisaslar üzrə 130-a yaxın tələbə ilə başlamışıq. Eyni zamanda tədrisə ölkəmizin ən peşəkar müəllimləri də cəlb olunub. Onların arasında Xalq artisti, Əməkdar artistlər də yer almaqdadır və tədrisimizi də dünya standartlarına uyğunlaşdırmışıq”.

Türkər Qasımzadə onu da qeyd edib ki, bir illik fəaliyyət dövrü çərçivəsində artıq Qarabağ Universitetinin müxtəlif fakültələrinin müəllim heyətləri beynəlxalq festivallarda, müsabiqələrdə iştirak ediblər: “Onların içərisində qaliblər də var. Bizim tələbələrimiz müxtəlif sərgilərdə konsertlərdə, festivallarda iştirak edir. Bu hələ başlanğıcdır. Qarabağ Universitetinin İncəsənət fakültəsinin adını ölkə gündəmində mədəniyyət sahəsinə tez - tez eşidəcəksiniz”. (APA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Noyabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri