Icma.az
close
up
RU
70 milyon il əvvəl yaşamış, dinozavr yeyən timsahın dişləri hələ də minasını saxlayıb

70 milyon il əvvəl yaşamış, dinozavr yeyən timsahın dişləri hələ də minasını saxlayıb

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentinanın cənubundakı Pataqoniya bölgəsində müasir  timsahların uzaq qohumu olan nəhəng yırtıcı heyvanın fosili (qalıqları) tapılıb.

Bizimyol.info xəbər verir ki, alimlər bu yeni növə "Kostensuchus atrox" adını veriblər. Təxminən 70 milyon il əvvəl son Meyzozoyik dövründə yaşamış bu heyvanın dinozavrlarla qidalandığı təxmin edilir.

Təxminən 3,5 metr uzunluğunda və 250 kiloqram ağırlığında olduğu təxmin edilən "K. atrox"un güclü çənələri və iri dişləri böyük yırtıcıları parçalamaq üçün çox uyğun olub.

Paleontoloqlar bildirirlər ki, heyvan həm quruda, həm də bataqlıqda ov edərək, ot yeyən dinozavrları asanlıqla məğlub edib.

Qalıqlar 2020-ci ilin martında dinozavr qazıntısı zamanı aşkar edilib. Quyruq və bəzi əzalar istisna olmaqla, demək olar ki, tam skelet tapılıb. Maraqlıdır ki, onun kəlləsindəki dişlər hələ də minasını saxlayır. Bu, bölgədə indiyə qədər tapılmış ən tam timsah formalı peirosaurid fosilidir.

Tədqiqatçılar qeyd edirlər ki, "K. atrox" duruşu müasir timsahlara bənzəsə də, müəyyən fərqlərə malikdir. Burun dəlikləri irəli ıxıb, gözlər isə kəllənin yan tərəflərində yerləşib. Müasir timsahların burnu və gözləri daha yüksəkdə yerləşir, bu da onlara gizlənərək ovlarını sudan izləməyə imkan verir.

Alimlər müxtəlif dövrlərdə yaşamış timsah qohumları arasında oxşar bədən quruluşlarının inkişafını "konvergent təkamül" nümunəsi hesab edirlər. Başqa sözlə, uzaqdan qohum olan növlər oxşar yaşayış şəraitinə görə oxşar xüsusiyyətlər əldə edə bilirlər.

"K. atrox" və buna bənzər iri ətyeyən növlər meyzozoyik dövrünün sonunda baş verən kütləvi yoxa çıxmadan sağ qurtara bilməyiblər. Tədqiqatçılar bunun heyvanın "hipercarnivor" qidalanması ilə bağlı ola biləcəyinə inanırlar. Ölçüsü daha kiçik olan və müxtəlif qidalarla yaşaya bilən timsahlar günümüzə qədər gəlib çatıb.

Alimlər "K. atrox"un yaşayış mühitini və qidalanma vərdişlərini araşdırmaq üçün onun dişlərindən izotop məlumatları əldə etməyi planlaşdırırlar. Həmçinin bildirilir ki, onun sümük quruluşunun araşdırılması onun böyümə sürəti, yaşı və potensial xəstəlikləri haqqında daha çox məlumat verə bilər.

Mütəxəssislərin fikrincə, Pataqoniyada tapılan bu əlamətdar fosil yaxın illərdə qədim timsah qohumlarının təkamülü və onların ekosistemdəki rolu ilə bağlı yeni sirləri aça bilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri