“8 avqust Cənubi Qafqazın Rusiyanın caynağından azad olunma tarixi olacaq”
Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq”.
Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili özünün “Facebook” sosial media hesabında yazıb.
“Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək. Azərbaycan və Ermənistan ABŞ Prezidenti Donald Trampın vasitəsilə sülh sazişi imzalayacaq”, - deyə siyasətçi vurğulayıb.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddətdir ki, danışıqlar aparır, amma Ağ Ev rəhbərinin vasitəçiliyi ilə proses sürətlənib. Həmin gün dünya tarixində Cənubi Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi xatırlanacaq.
Saakaşvili qeyd edib ki, Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegomonluğunu itirir.
Sabiq Prezident həmçinin əlavə edib ki, Rusiya daxildəki şəbəkə vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyət dəyişmək üzrədir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 07 Avqust 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















