Icma.az
close
up
RU
8 oyundan 7 ni uduzduq: Məğlubiyyətlər seriyası davam edəcək Komitə sədri

8 oyundan 7 ni uduzduq: Məğlubiyyətlər seriyası davam edəcək Komitə sədri

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Futbol üzrə Milli Komandası son qarşılaşmalarda ard-arda məğlubiyyətlərlə üzləşib. Milli komandamız Haiti ilə qarşılaşmada "3:0", Belarusla qarşılaşmasında isə "2:0" hesabı ilə məğlub olub. Bu isə azərbaycanlı azerşkeşləri, futbol həvəskarlarını məyus edib. 

Millinin baş məşqçisi Fernando Santuş isə qalib gəlmək üçün komandanın əllərindən gələni etdiyini bildirib.

"Dəfələrlə demişəm. Bəlkə də hamıdan çox üzgünəm. Karyeram boyu bu qədər uduzmamışdım. Öz işimə inanıram, oyunçuların potensialına da inanıram. İstədiyimiz nəticələri əldə edə bilərik", - o, son oyundan sonra bildirib.

Qeyd edək ki, Santuş baş məşqçi təyin edildən sonra Azərbaycan millisi 8 oyun keçirib, onların 7-sini məğlub olub, biri isə qolsuz başa çatıb.

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, hazırda futbola iki cür baxış mövcuddur:

"Futbola təsərrüfat sahəsi, bir də dövlətin idman strategiyasının vacib istiqaməti kimi baxış var. Hələ ki, təsərrüfat kimi baxış biraz daha önə çıxıb. Futbolun inkişafına yanaşma məhz bu baxışdan qaynaqlanır. Biz buna, həqiqətən də, dövlətin idman strategiyasının ən vacib istiqaməti kimi baxsaq, bu sahədə tamamilə fərqli islahatlar keçirməyimiz mümkün olacaq. Hələ ki, bu islahatlar həyata keçirilmir. Baxın, bizdə futbolun inkişafı ilə bağlı dövlət proqramları qəbul olundu, onların icrasının demək olar ki, 60 %-i gerçəkləşmədi. Bu çox ciddi məsələdir. Uşaq futbolu ilə, meydançalarla bağlı məsələlər öz həllini tapmadı. Yenə də meydançalarda yaşayış binaların tikilməsi, meydançaların keyfiyyətli şəkildə salınması, mövcud idman komplekslərinin uşaqlar və gənclər tərəfindən istifadəsinin işlək mexanizmini yarada bilmədilər. Futbolun gerilməsi uşaq futbolunun ümumiyyətlə bərbad vəziyyətdə olması ilə bağlıdır.Burada xüsusilə də meydança qıtlığı öz sözünü deyir. Yəni normal döşəməsi olan meydança Azərbaycanda ciddi problemdir. Təlim-məşq toplantıları keçirmək mümkün deyil. Elə komandalar var ki, özünün meydançası yoxdur. "Gəncə" kimi komanda niyə gedib Tovuzda oyununu oynamalıdır, yaxud da kimsə gedib Qəbələdə oynamalıdır. Yəni bu komandaların meydança problemi də ciddi narahatedici məsələlərdən biridir".

Komitə sədri söyləyib ki, çempionat güclü olmayanda futbolçuların yetişməsi, hətta xaricdən futbolçuların ölkəyə gətirilməsi problem olur:

"Ölkədə bir favorit komanda var və o da hansısa formada rəqabətsiz oynayır. Belə rəqabətsiz mühitdə də kimsə oynamağa maraq göstərmir. Süni meydançaların sayı çox olduğuna görə zədələnməmək üçün müəyyən dərəcədə futbolçular ölkə çempionatında çıxış edən komandalara transfer olmağa maraq göstərmirlər. Bu gün Azərbaycan futbolunu nisbətən ayaqda tutan "Qarabağ" komandasıdır. "Qarabağ" futbol komandası Avropa liqasına qaldığına görə, yerdə qalan komandaların hər birinə 1 milyon avro pul qazandırdı. Bu elə-belə məsələ deyil. Bir komanda irəlidə olanda digər komandalar müəyyən qədər sıxıntılarını aradan qaldıra bilir. Bir-iki belə komandamız olsa, bu komandaların maddi-texniki bazası, maliyyə məsələlərinin çözülməsinə şərait yaradar. O baxımdan məşqçini qınamaq olmaz ki, sən yaxşı oynamırsan. Bu futbolçunu haradan gətirsin, Marsdan futbolçu gətirəcək?

Gələn yeni məşqçi də ümidverici komanda prespektivini ortaya qoymur. Konsepsiyası bəlli deyil. 3 il üstəgəl 1 il müqavilə bağlamısan, amma ipucu verməlisən ki, sən dönüş yaratmağa çalışırsan. Təbii ki, bunun çətin olduğunu başa düşürük. Çünki xaricdə oynayan oyunçumuz yox, hansısa 5-6 aparıcı Avropa komandasında oyunçu olsa, bunun hesabına topu qapıya düzgün vuran 2-3 oyunçumuz olar. Bu da yoxdur. Bu baxımdan onun seçim imkanı məhduddur. Yerli çempionatdan da istədiyi səviyyədə adamları çıxarmaq olmur, milli komandada oynayır, amma beynəlxalq təcrübəsi, sürəti, dözümlülüyü kifayət qədər olmadığına görə bu rəqabətə tab gətirmir. Ona görə də millinin uduzması məsələsi normal qarşılanmalıdır. Amma burada bizim yanaşmamız budur ki, komanda onsuz da məğlub olursa, vəsaiti xarici məşqçiyə ödəməkdənsə, yerli məşqçinin yetişməsinə şərait yaratmalıyıq. Qoy, elə öz məşqçimiz uduzsun. Öz məşqçimiz uduza-uduza ən azı bir mərhələdə duracaq, komandanı atıb getməyəcək, onunla bir yerdə inkişaf edəcək. Bu baxımdan da futbol idarəçiliyində də ümidverici mesajlar, yanaşmalar da görünmür. Ona görə də məğlubiyyətlər seriyası bundan sonra da eyni qayda da davam edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri