Icma.az
close
up
RU
“N” saylı hərbi hissənin yaranması günü qeyd olundu

“N” saylı hərbi hissənin yaranması günü qeyd olundu

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ilin tədbirlər planına müvafiq olaraq “N” saylı hərbi hissənin yaranmasının ikinci ildönümü günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilərək qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub. Vətənimizin müdafiəsi zamanı qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldiklərinə görə hərbi hissənin onlarla hərbi qulluqçusu Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif olunub.

Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edərək vurğulayıblar ki, 2 il öncə onun bu günü komando hərbi qulluqçuları ilə birlikdə qeyd etməsi, Azərbaycan Ordusunun şəxsi heyəti arasında böyük ruh yüksəkliyinə səbəb olub və daima qürur hissi ilə xatırlanır.

Müdafiə nazirinin və Nazirliyin digər rəhbər heyətinin təbrikləri hərbi hissənin şəxsi heyətinə çatdırılıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə qüdrətlənməsi, döyüş qabiliyyətinin artması qeyd edilərək, Ordumuzun daima ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğu vurğulanıb.

Hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Bayram tədbiri konsert proqramı və şəxsi heyətin tribuna önündən təntənəli keçidi ilə başa çatıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2024 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri