Icma.az
close
up
RU
A dan Z yə internet

A dan Z yə internet

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Media üçün praktik təlim keçirilib

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “A-dan Z-yə internet: Media üçün praktik təlim” keçirilib.

AYNA.AZ xəbər verir ki, tədbirin açılışında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov ölkədə rəqəmsallaşmaya və rəqəmsal savadlılığın artırılmasına xüsusi önəm verildiyini bildirib. Qeyd edilib ki, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin bütün ərazilərində sabit genişzolaqlı internetə çıxış imkanı yaradılıb. 2020-ci ildə ölkə üzrə medianın orta yükləmə sürəti təxminən 10 Mbit/s olduğu halda, 2025-ci ildə bu göstərici 90 Mbit/s-ə yüksəlib. Bu son illərdə internet infrastrukturunun modernləşdirilməsi istiqamətində atılan ardıcıl addımların nəticəsi kimi dəyərləndirilib.

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov telekommunikasiya sahəsində aparılan islahatların əsas prioritetlərindən birinin xidmət keyfiyyətinin yüksəldilməsi olduğunu vurğulayıb. Qeyd olunub ki, media üçün təşkil olunan bu təlimin əsas məqsədi internetlə bağlı mövzularda ictimaiyyətin daha düzgün və obyektiv məlumatlandırılmasına töhfə vermək, texniki anlayışların sadə və dəqiq formada izahını təşviq etməkdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli isə sahəvi jurnalistikanın inkişafının vacibliyini qeyd edərək bildirib ki, ixtisaslaşmış və peşəkar yanaşma media məzmununun keyfiyyətinin yüksəldilməsinə və cəmiyyətin düzgün məlumatlandırılmasına xidmət edir. Onun sözlərinə görə, müasir texnologiyalar sahəsində biliklərin artırılması jurnalistlərin peşəkar inkişafında mühüm rol oynayır.

Təlim çərçivəsində iştirakçılara internetin işləmə prinsipləri, sürət və keyfiyyət anlayışları, Wi-Fi texnologiyaları, modem və digər avadanlıqların rolu, ölçmə metodları, eləcə də internet problemlərinin düzgün diaqnostikası ilə bağlı praktik və tətbiqyönümlü məlumatlar təqdim olunub, iştirakçıların sualları cavablandırılıb.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://ayna.az
archiveBu xəbər 25 Fevral 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri